hacklink Adalet.az | Görəsən, cahil dinçilərin imanı neçə metrdir? - Eminquey yazır Adalet.az | Görəsən, cahil dinçilərin imanı neçə metrdir? - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Görəsən, cahil dinçilərin imanı neçə metrdir? - Eminquey yazır

10161    |   2019-09-25 11:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Axundların, mollaların səydərəş fətvalar verdiyi bir dövrdə ikən tragikomik bir həyat yaşamaq lüksümüz var. 

Baxırsan, həm üzülürsən, həm də bir xeyli gülürsən. 

Üzülürsən, nöşün? Oşün ki, cahilliyin virus kimi ağıllara yeriməsi ağlını başından alır. 

Gülürsən, nöşün? O şünki, bunca sərsəm fətvalar insan məntiqinin, şüurunun orbitindən kənarda qalır. 

Nə bilim, bu cür fətvalar adama yadplanetlilər kimi qəribə, asteroidlər kimi qorxunc gəlir. Düşdüyü beyinləri dağıdıb viran qoyurlar. Nəticədə, gəzən ölülərlə birgə bir havanı udmağa məcbur qalırsan.

Qonşu ölkələri qatı dindar olan biz də bu təsirlərdən quru çıxmırıq. Bu kimi şeylərin bir ucu bizə də toxunur. Üstəgəl, Quranı evinin ən uca yerində saxlayıb oxumayan müsəlmanlarımızın haqq yolunda kor-təbii gəzişmələri adamı paramparça edir. Bu gün qadına qarşı şiddətə meyilli olan kəsim, (ki, əksəri özünü müsəlman sayır) açıb Quranı oxudumu? Oxudumu ki, Nisa surəsinin 34-cü ayəsində deyilir ki, qadını döymək olar.

"Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!”.

Ərəbcədən döymək kimi tərcümə olunan o sözün mənası toxunmaq, çimdikləmək, mıcıqlamaq belə olsa bu həqiqəti dəyişmir. Çünki Azərbaycanda olan Quranın tərcümələrində bu söz döymək kimi keçir. O zaman nəyə etiraz edirlər? Yaxud bu vaxta kimi bu ayəni görmüşdülərsə, niyə bu məsələni gündəmə gətirmirdilər? Niyə demirdilər ki, Allah belə şey buyurmaz. Bizim Vasif Məmmədəliyevlə Ziya Bünyadov bunu niyə belə tərcümə ediblər?

Demək ki, qadını döymək olar, yuxarıdan icazə var.

Sözümün mustafası bu deyil. Bu yaxınlarda Türkiyədə onların diliylə desək, bir imamdan bir qadın soruşub ki, sürücülük vəsiqəsi alsam, maşın sürsəm, günahdırmı? Bizim haqq yolunda avtoxuliqanlıq edən bu imam, adı Nurəddin Yıldızdır, deyib ki, qadın təkbaşına 90 kilometdən çox yol gedə bilməz, dində qadağandır. Çünki peyğəmbər o vaxt deyib ki, bir qadın 90 kilometrdən uzağa təkbaşına gedə bilməz, mütləq yanında kişi olmalıdır. Hətta üç-dörd qadın belə olsa, qadağandır.

Görünür, bizim bu imam əfəndi o dünyasıyla o qədər həşir-nəşir olub ki, bu dünyada baş verənlərdən xəbərsiz qalıb. Çünki 1795-ci ilə qədər dünyada standart bir uzunluq ölçüsü yox idi. 

Məsələn, Misirdə...

... miladdan əvvəl firounun dirsəyi ilə əli arasındakı məsafəni ölçüb o məsafəni ölçü vahidi kimi istifadə edirdilər. 

İngiltərədə...

Rəvayətə görə, kral I Henri sağ qolunu önə doğru uzadıbmış, burnundan orta barmağının ucuna qədər olan məsafə bir yard olaraq hesablanıbmış. XII yüzillikdən bəri bu ölçünü istifadə edirdilər.

Osmanlı

... arşın var idi. Amma bazar arşını başqa, memar arşını başqa idi. Bir az da kobud desək, Misirdəkinə bənzəyirdi. Dirsəklə barmaq ucu arası. Qumaş alarkən dirsəyə dolanaraq ölçülürdü. Memar arşını bazar arşınından 7 sm uzun idi.

Amma zaman yetişincə, ölkələr arası ticarət artınca, bir-birilə əlaqəsi olmayan ölçü vahidləri məsələni müşkülə çevirir. 

Fransa inqilabı 

... bu qarmaqarışıqlığa son qoyur.

Krallıq və kilsənin səydərəşliklərini kökündən dəyişən respublikaçılar bütün dünyanın qəbul edə biləcəyi uzunluq ölçü vahidinin bəlli olunması üçün işi tapşırırlar Fransa Elmlər Akademiyasına. Məclis qurulur, yunan dilindən ölçü mənasını verən "metron” sözündən təsirlənib uzunluq ölçü vahidini "metr” adlandırırlar.

Parisin olduğu meridianda triqonometrik hesablamalar edib ölçü aparırlar. Dünya çevrəsinin 40 milyonda birinə "bir metr” deyirlər. Beləcə metrik sistem dünyaya gəlir.

Uzunluq ölçüsünün dünyaya istinad etməsi bütün dünyanın ağlına əlbəttə ki məntiqli gəlir.

Elm ortaq dilə çevrildi.

Əl barmaqlarımızının sayına görə, 10 barmağımızın qatlarına görə hesablandı ölçülər. Millimetr, santimetr, destimetr, metr. Çox asan idi hesablamaq.

Amerika

... bu gün də dirəşib. Krallıq sistemi olan inç, fit, yard, mil kimi ölçü vahidlərindən istifadə edir.

Bu barmaq ölüçlərindən fərqlidi, istifadəsi çətindir, vurma-bölmə hesabları da qarışıqdır. Bu qarışıqlığa görə Marsa göndərdikləri aparatları da qəzaya uğradı. Çünki göndərdikləri cihaz ingilis ölçü vahidinə uyğun hazırlanmışdı. Belə olunca da 125 milyon dollarlıq cihaz Marsa çırpıldı.

Bunca səbəblərdən dolayı Amerikada metrik sistemə keçməyi istəyənlərin də sayı getdikcə daha da artır. İngiltərədə gündəlik həyat tərzində hələ də inç, fit, yard kimi ölçü vahidlərini eşidə bilərsiniz, amma dünyayla ayaqlaşmağa məcbur oldular. 1995-ci ildə təhsildə və texnikaların hazırlanmasında metrik sitemə keçdilər.

Gələk bu dəcəl imamımızın məmləkətinə. Türkiyə 1926-ci ildən etibarən Atatürkün sayəsində metrik sistemdən istifadə edir. Ki, əslinə qalsa, bu dəcəl imamımızın həyat tərzilə, dünya baxışı ilə heç kilometr ölçüsünü dilinə belə gətirməsi yasaqdır. Çünki bunu kafirlər icad edib.

İmamın bunlardan xəbəri varmı? Peyğəmbərin vaxtında söz yox ki, müəyyən ölçü vahidi olub, amma bunun 90 kilometrlik məsafə olduğunu hardan bilmək olar?

Mənə bir şey maraqlıdır, bəs görəsən, bu imamın və bu kimi adamların imanı neçə metrdir?





Yazıda Yılmaz Özdilin yazısındakı məlumatlardan istifadə edilib


İmza:Eminquey

YAZARIN ARXİVİ

2019-11-20 : GÜNÜN SİTATI
2019-11-04 : TƏBRİK
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK