Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Arzu Əsəd: Ərdoğan Adalet.az | Arzu Əsəd: Ərdoğan Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Arzu Əsəd: Ərdoğan

18094    |   2019-09-21 10:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkün şanlı yürüşü çatırmış kimi sona,
Yenidən gömülürmüş kimi Ərgənəkona,
Bu dəfə qussun deyə yeddi əsrin kinini,
Bəlkə bitirsin deyə Allahın son dinini,
Zülmün, məkrin qoşunu dörd yanını sarırkən,
- Bu dəfə son! – Bu dəfə nəhayət, bitdi, - derkən
O ruh, o qalib ruh ki, hər doğanda sirr doğan –
İndi də səndə doğdu, Rəcəb Tayyib Ərdoğan!

Tarix çökür zamanın laylarına sıxılır,
İnsanlığın ruhuna, damarına yığılır.
Möhtac olduğun qüdrət damarında qandadır,
Sənin yaşamaq haqqın yaşanmış zamandadır.
Tarix kimə verdi ki sınırsız qüdrətini,
Kim alıb, kim daşıyır haqqın əmanətini?
Kimsə zorla, sərvətlə qapılmasın xülyaya,
Türksüz bir insan oğlu düşməsin bu sevdaya.
Yeri, göyü bölələr, kimlər, kimlər gələlər,
Onlar Allahdılarmı bizə yol göstərələr?
Beş qitənin üstünə qalxmadımı beş barmaq –
Əsrin üfüqlərinə türkün açdığı bayraq! –
Demədimi dünyaya: "dünya beşdən böyükdür!”
Tarix türkün məhşərə daşıyacağı yükdür!
O ruh, o qadir ruh ki, doğuluşdan pir doğan -
İndi də səndə doğdu, Rəcəb Tayyib Ərdoğan!


Dünyanın qulağında hələ də çınlamada
Əsrlərin bağrından qopub gələn o nida –
Bu sərsəm fırlanışa”uvan minit” hayqıran,
Fırtınalar önündə məğrur duran, tək duran,
Tuzakları dağıdan, qurğuları uçuran,
Hesabları qapadan, uykuları qaçıran,
Ey yüz ilin insanı, əsrə bərabər insan,
Qoca bir tarix görür sənə baxan hər insan!
Ürəklərin başkanı, könüllərin sultanı,
Bir tək sənmi qalmısan bu dünyanın vicdanı?
Onca adam içində qərib adam, tək adam,
Adam kimi bə adam, qatqısız, gerçək adam!
Dünya sənə gəldi də, sən dünyaya uymadın,
Sən insanı düşməyə, alçalmağa qoymadın!
O ruh, o nadir ruh ki, almaz doğan, dürr doğan –
İndi də səndə doğdu, Rəcəb Tayyib Ərdoğan!

Kəsəcək, ayıracaq yenə zülmün tiyəsi,
Yenə birləşdirəcək qəlblərin "Rabiyəsi” –
Tək dövlət, tək məmləkət, tək ordu və tək bayraq –
Səadət yenə ancaq vəhdətdən doğulacaq!
Nə bütlər çökdü, sındı sənin yüksəlişinlə,
Siyasət meydanına peyğəmbər gəlişinlə.
Ey ağaya qalxışı dirilən insanlığın!
Ey canlı yürüyüşü əzmin, qəhrəmanlığın!
Dünya səndən alırkən peyğəmbərin ətrini,
Öz Əbu-Cəhllərin bilməzlərmi qədrini?
Olmasaydı varlığın bunca gərək həyata,
Şəhadət yaraşırdı sənə bir tək dünyada!
Ey türk,nə mutlu sana, ey ruh, nə rəhmət sana
Yarın salam verirkən əbədiyyətdə Ona !
Dörd yanında cənnətin işıl-işıl nurları –
Bədrin, Çanaqqalanın, Qarabağın ərləri.
O ruh, o şəhid ruh ki, aşiq doğan, ər doğan –
İndi də səndə doğdu, Rəcəb Tayyib Ərdoğan!

Tale bu cənnət yurdu neçə gözlə qoruyur,
Göydə mələklər, yerdə S-400-lər qoruyur.
Çırpınacaq, çatacaq, yüksələcək Türkiyə
İdrakın ulaşdığı o əngin yüksəkliyə!
Daşacaq, daşıracaq nəsillərin hünəri
Fatehin, Atatürkün açdığı üfüqləri!
Türkün ağlı, xəyalı sonsuzluğa yetməzmi?!
İstanbulu fəth edən kosmosu fəth etməzmi?!
O ruh, o yılmaz ruh ki, dəmir doğan, sərt doğan –
İndi də səndə doğdu, Rəcəb Tayyib Ərdoğan!




Kim qıracaq bu əzmi, kim yenəcək bu ruhu?
Bir ruh ki, sevdasından nə dönür, nə yorulur.
Vicdanlara çırpınan türkün dəli inadı!
Ürəklərdə qanayan Qarabağın fəryadı!
Əcdadın qəbri yanır, nə durmusan, dur da gəl!
Bu yaralı Vətənə, bu müqəddəs yurda gəl!
Ayağın dəyən torpaq inim-inim inləsin,
Tarix qoxan türkcəni dönə-dönə dinləsin.
O məğrur duruşunla, o qalib ruhunla gəl!
O sakin imanınla, o çılğın duyğunla gəl!
Heç yuxuna gəlmirmi şəhid çağırışları,
Nakam gedən ruhların qisas yalvarışları?
Bu dəfə can başkanım, sən bir paşa kimi gəl!
Kamal paşa kimi gəl, Ənvər paşa kimi gəl!
Rəcəb paşa kimi gəl!
Soyuq ruzgarlar əsir, paşam, qışa kimi gəl!
O ruh, o qalib ruh ki, tarix boyu hürr doğan -
İndi də səndə doğdu, Rəcəb Tayyib Ərdoğan!
Ey türkün taleyinə hər əsrdə bir doğan!



İmza:
SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK