Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı Adalet.az | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı

6136    |   2019-09-19 12:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 18-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi Stanislav Zas arasında görüş olub.

Görüşdə ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Ramil Usubov hər iki dövlətin başçıları - cənab İlham Əliyevin və cənab Aleksandr Lukaşenkonun siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın, ən müxtəlif sahələr üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyini məmnunluqla qeyd edib. O, eyni zamanda, ikitərəfli münasibətlərdə təhlükəsizlik fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını nəzərə çatdıran R.Usubov ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanları tərəfindən zəruri tədbirlərin bundan sonra da intensiv həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edən S.Zas Azərbaycanla əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə Belarus tərəfinin hər zaman böyük önəm verdiyini, hazırkı görüşün təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, sıx peşəkar əlaqələrin yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. Görüşün sonunda Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti ilə Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət katibliyi arasında 2020-2021-ci illər üçün əməkdaşlıq Planı imzalanıb.

Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi S.Zasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə də ikitərəfli görüşləri keçirilib.




İmza:

Nazir: “Macarıstanla 40-dan çox sənəd imzalanıb”

Xarici mətbuat Ərdoğanla Putinin Soçi görüşündən nə yazdı?

Zərif Bakıdan dünyaya SƏSLƏNDİ: “ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur edin"

XİN rəhbərlərinin Bakı görüşü: Sədrlik Azərbaycana keçdi - Yenilənib

Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir”

İlham Əliyev Macarıstan Prezidentinə təbrik məktubu göndərib

Qənirə Paşayevadan ÇAĞIRIŞ

Vitse-spikerdən deputata irad: “Bura selfi çəkmək yeri deyil”

Vitse-spiker: “Onların məqsədi islahatları dayandırmaq idi”

Vitse-spiker: Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir

Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”

Bakı sammitində 4 sənəd imzalanacaq

SON XƏBƏRLƏR
2019-10-23
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK