Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nazim Süleymanov yeni təşkilat yaratdı Adalet.az | Nazim Süleymanov yeni təşkilat yaratdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Nazim Süleymanov yeni təşkilat yaratdı

3212    |   2019-09-12 12:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün AFFA Azad Həmkarlar İttifaqının sədri seçilən Nazim Süleymanov iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə Süleymanov əvvəlcəittifaqın mahiyyətindən danışıb:

-Təbriklərə görəhər kəsə dərintəşəkkürümü bildirirəm. Biz əvvəllər təsis qrupu yaratmışdıq və onunla fəaliyyət göstərirdik. Ondan sonra AFFA-nın baş katibi ilə görüşdük. Görüş zamanı məlum oldu ki, AFFA-da Azad Həmkarlar İttifaqı yoxdur. Bölgələrə gedərək futbol ictimaiyyəti ilə görüşdük və onların problemlərini dinlədik. Düşündük ki, AFFA Həmkarlar İttifaqını yaradaq.

- Bununla bağlı AFFA-dan razılıq alınıb?

- Ulu öndərimiz Heydər Əliyevin imzaladığı qanunda qeyd olunub ki, Həmkarlar İttifaqı heç kimdən icazə almır.

- Veteranlar İttifaqının sədri Oqtay Abdullayev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov mətbuata bu iclasa dəvət olunmamaları barədə açıqlamalar veriblər.Bu şəxslər yeni yaradılan ittifaqa yaxşı münasibət bəsləmirlər.

- Sizə sual vermək istəyirəm ki, Həmkarlar İttifaqı və ya digər təşkilatlar eynidirlər? Bunlar fərqlidir. Əgər fərqlidirsə, deməli biz bir-birimizə dəstək olmalıyıq. Başqa təşkilatlar haqqında danışmaq fikrində deyiləm. Bu gün biz AFFA Azad Həmkarlar İttifaqını təsis etdik. Bu daxili təşkilatdır. Kim ittifaqın üzvüdürsə, onlar dəvət olunub. Yalnız AFFA-nı dəvət etdik. Ona görə də biz Həmkarlar İttifaqı və AFFA-dan başqa heç kimə dəvət göndərməmişik.

- Gələcək fəaliyyətinizləbağlı nə deyə bilərsiz?

- Bu haqda geniş olaraq danışmışıq. Məqsədimiz inkişaf etmək, bölgələrdəbu komitəni yaratmaq, sıralarımızı genişləndirməkdir. Bu gün üzvlərimizin sayı 150-dən çoxdur. Ona görə çalışırıq ki, Azərbaycan futboluna xidmət edək. Azərbaycan futbolunda olan haqsızlıqlara qarşı futbol ictimaiyyətində çalışan insanların hüquqlarını qoruyan təşkilat olmalıdır.Biz də bu təşkilatı yaratdıq ki, həmin şəxslərin haqq və hüquqlarını qoruyaq.

- Təşkilatın iş yükü nə qədər olacaq və hansı səlahiyyətlərə malikdir?

- AFFA-ya bizəyer vermələri iləbağlı müraciət edəcəyik. AFFA-nın nəzdində fəaliyyət göstərən qurum kimi, assosiasiya bizə məhdudiyyət yox, fəaliyyət göstərməyimiz üçün şərait yaratmalıdır.

- Əgər AFFA buna şərait yaratmayıb, əvəzindəözü belə təşkilatyaratsa, necə olacaq?

- Biz ictimai təşkilatıq. İctimai təşkilat nə deməkdir? Bu hamımızın təşkilatıdır. Çalışıb Azərbaycan futboluna xidmət etmək üçün burdayıq.

- Bölgələrdə ittifaqın nümayəndəliklərin olacağı ilə bağlı fikir səsləndirdiniz. Bu yöndə işlərə başlanılıb?

- Videoslaydda bölgələrdə keçirdiyimiz görüşlərə baxdınız. Bu görüşlər davamlı olacaq. Həmkarlar İttifaqını təsis etdik. Bundan sonra isə bölgələrdəki komitələrimiz ilə görüşüb onlara da sədr təyin edəcəyik.

- Söz-söhbət var ki, Nazim Süleymanov artıq futbol idarəçiliyində özünü göstərmək istəyir və funksioner kimi bu istiqamətdə addımlar atır.

- İdarəçilik deyəndə ki, mən "pro” kateqoriyalı məşqçiyəm. Vaxtilə futbol oynamışam. Sabah mənə təklif gələrsə, gedib məşqçi kimi işləyəcəm. Bu gün Azərbaycan futbolunda bu təşkilatın yaranması zəruri idi. Futbol ictimaiyyətində çalışan hər kəsin- futbolçu, həkim, massajist, məşqçilərin hüquqlarını qorumaq üçün bu təşkilatı yaratdıq.

Azad NURİYEV




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK