ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakı Metropoliteni qış qrafikinə keçir - İnterval 2 dəqiqəyə endiriləcək

6710    |   2019-09-11 12:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Bakı Mertopoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu dövrdə metro istifadəçilərinin sayı artır, sərnişin axını intensivləşir: "Bunu nəzərə alaraq, metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun tərtib olunur və bir sıra müvafiq digər tədbirlər də görülür.

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılaraq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq.

Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Onu da əlavə edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Onu da əlavə edək ki, Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq".

Məlumatda bildirilir ki, Bakı metropoliteni sərnişinləri günün müəyyən vaxtlarında "Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Bu hallarda "Ulduz-Həzi Aslanov" sahəsində bəzi hallarda interval daha çox ola bilər. Eyni qayda ilə, "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edilməsi mümkündür.

Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.

Məlumat üçün bildiririk ki, Bakı metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması, habelə yay mövsümündə şəhərdən kənarda istirahətə üz tutan sərnişinlərin sayının əsaslı şəkildə artması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

Sərnişinlərimiz qatarların "Bakmil" stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-dən metro.gov.az saytının müvafiq bölməsində tanış ola bilərlər.




İmza:

Növbəti həftədə açıq havada kafe və restoranların fəaliyyəti bərpa oluna bilər

Bu gün metronun açılması müzakirə olunmur - RƏSMİ

Aqil Abbas: “Oğlanlarımın toyunda Məmməd Araz yox idi, Fəttah dayı onu əvəz etdi...”

Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib - FOTO

Yüzlərlə ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi - SİYAHI

Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

54.8 milyon manatlıq saxta və əsasız pensiya işləri ləğv edilib - Nazir

Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir - CANLI

İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı - SƏRƏNCAM

Hamımız yorulmuşuq karantin rejimindən, bu bir əziyyətdir - Şahmar Mövsümov

Dəniz üçün darıxanlar: Uşaqların çimərlik kefindən REPORTAJ

Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Paytaxt sakinlərinə xəbərdarlıqt - Ehtiyac yaranmadıqda küçəyə çıxmayın

İqtisadiyyat Nazirliyi 65 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edib

Avqustun ortalarında hava sərin keçəcək

Polis və Daxili Qoşunların əməkdaşları Bakı küçələrində - FOTO

Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ

Nurəddin Xoca: Yoluxma sayı artıb deyə camaatı qorxutmayın!

Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”da açıqlama

Rusiya ilə təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Məktəbli formaları neçəyədir? - BTE-dən açıqlama

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

SON XƏBƏRLƏR
2020-08-14
2020-08-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK