ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda adam oğurlayan ərlə arvadın dəstəsi tutuldu

20801    |   2019-09-11 11:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ), Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.

BŞBPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsininin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



İmza:

Hacıqabulda qadını qətlə yetirən şəxs Bakıda 21 yaşlı oğlanı bıçaqlayıb - FOTO/VİDEO

Bakının mərkəzində 29 yaşlı şəxs başından bıçaqlandı

Dostunu öldürüb xarici ölkəyə qaçdı - VİDEO

Bakıda qadından ağlasığmaz əməl: Özü oğurluq etdi, maşında gözləyən isə... - VİDEO

Azərbaycanda qadın qonaq gəldiyi evdə çantadan 600 manat oğurladı - VİDEO

“İnstagram”da narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs həbs edildi - VİDEO

Masallıda ata və oğlu güllələndi

Şəmkirdə bıçaqlanma olub: 1 ölü, 1 yaralı

Dağıstanın keçmiş rəhbərinin oğlu adam öldürməkdə şübhəli bilinərək saxlanılıb

Yasamalda iki nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib

Lənkəran sakinini döyərək, 70 min manatlıq qızılını əlindən alanlar tutulub

"İnstagram"da narkotiki təbliğ edən şəxs həbs olunub - VİDEO

Azərbaycanda kişi sevqilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Bakıda onlayn narkotik satan şəxs saxlanılıb - VİDEO

Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlanıb

Bakıda evdən 1 milyon manatlıq oğurluq olub

10 kq narkotik vasitə dövriyyədən çıxarıldı

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Narkotik asılılığı olan Bakı sakini qonşusunun evindən oğurluq etdi - VİDEO

Bakıda baldızını öldürüb, arvadını yaralayan şəxs həbs edildi - VİDEO

Zərdabda torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı

SON XƏBƏRLƏR
2020-08-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK