Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib Adalet.az | Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

2320    |   2019-09-10 17:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Energetika naziri Pərviz Şahbazov BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən "Asiya Enerji Nazirlərinin 8-ci Görüşü”ndə Azərbaycanı təmsil edib.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir "Rəqabətli və məhsuldar enerji üçün yeni texnologiyaların rolu” mövzusunda çıxış edib.

Nazir çıxışında növbəti 20 ildə enerjiyə tələbatın ağırlıq mərkəzinin Asiya regionuna düşəcəyi ilə bağlı proqnozlara istinad edərək, enerjiyə artan tələbatın ödənilməsi ilə eyni vaxtda karbon emissiyalarının azaldılması kimi məsələlərin həlli baxımından tədbirin əhəmiyyətini qeyd edib. Dünya enerji sistemində texnologiyaların böyük dəyişikliklərə yol açdığını vurğulayan nazir sənaye üsulu ilə ilk neftin çıxarılmasından bu günədək Azərbaycanın enerji sektorunda texnoloji yeniliklərin tətbiqi ilə bağlı təcrübəsini bölüşüb. Dünyanın ən nəhəng infrastruktur və qlobal enerji təhlükəsizliyi layihələrindən sayılan, artıq yekunlaşmaqda olan "Cənub Qaz Dəhlizi”ni və onun resurs mənbəyi -"Şahdəniz” yatağının işlənməsini qabaqcıl mühəndislik və texnoloji uğurun nümunələri kimi diqqətə çatdırıb. Energetika naziri Azərbaycanın enerji ölkəsi kimi davamlı inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ekoloji cəhətdən təmiz texnologiyalardan, bərpa olunan enerjidən istifadənin genişləndirilməsinə və energetika sektorunun liberallaşdırılmasına imkan yaradan islahatların həyata keçirilməsindən bəhs edib: "Bu gün Azərbaycanın enerji siyasətində izlənilən kurs təbii ehtiyatlarımızdan səmərəli, bərpa olunan alternativ enerji mənbələrindən isə tam şəkildə istifadəyə yönəlib. Ölkədə elektrik enerjisinin 92%-i ənənəvi enerji resurslarından-təbii qazdan əldə edir. Bir tərəfdən, ən yeni texnologiyalar tətbiq etməklə təbii qazla işləyən elektrik stansiyalarında yüksək nəticələr əldə etmək, stansiyaların faydalı iş əmsalını yüksəltmək, enerji səmərəlliliyinə nail olunması istiqamətində tədbirlər görülür. Digər tərəfdən isə karbon emissiyalarını daha çox elektroenergetika sektorunun yaratdığını nəzərə alaraq elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payını artırmağa çalışırıq.”

Nazir təmiz, məhsuldar və dayanıqlı enerji ilə dolu gələcəyin yaradılması üçün beynəlxalq əməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın bərpa olunan enerji sahəsində də belə bir əməkdaşlığa açıq olduğunu bildirib.




İmza:

Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

Azərbaycan kartofunun ixrac coğrafiyası İraqa qədər uzanır

Niderland Bakı-Tbilisi-Qars dəhlizinə qoşulmaqda maraqlıdır

Azərbaycanın ixrac sifarişləri 10 faiz artıb

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK