ANA SƏHİFƏ / YAZARLAR

TÜRKİYƏDƏ LİDERLƏRİN ÇÖMƏLMƏ DAVASI

(Day ermənilər demir türklərin sonrakı ağlı)

16997    |   2010-07-03 01:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Viaqra" çıxanda zarafatla yazmışdım. Belə bir deyim var, türkün 60-acan qurşaqdan aşağısı, 60-dan sonra qurşaqdan yuxarısı işləyir. Allah bu "Viaqra" çıxarana lənət eləsin, indi ölənəcən türkün qurşaqdan aşağısı işləyəcək. Bunu statistikaya əsaslanıb yazmışdım. Statistikada göstərilmişdi ki, dünyada istehsal olunan "Viaqra"nın 40 faizdən çoxu Türkiyədə satılır. Hərçənd ki türklərin buna ehtiyacı yoxdu. Mənim balaca dayım öz bacısı qızından 15 yaş kiçikdi. Hərçənd ki, mən bunu həmişə ayıb saymışam.
   
   Və indi ermənilər görürlər ki, day türklərin də sonrakı ağlına həsəd aparmağa dəyməz.
   
   Qırğızıstanda qırğızlar öz türk qardaşları olan özbəkləri qırırlar, evlərini yandırırlar. Yüz mindən çox özbək türkü evsiz-eşiksiz qalıb, qaçqın gününə düşüb. Bu çox dəhşətli bir hadisədi. Dünyada qardaşın qardaşa əl qaldırmasından da, qardaşın qardaşının balasını öldürməkdən də dəhşətli bir faciə ola bilməz. Və dünya da bunu sakitcə izləyir, qaçqınlara beş-altı kilo əzgil qurusu göndərməklə işini bitmiş hesab edir. Dünyanın nə vecinə, cəhənnəmə qırılsınlar, qırılanlar türklərdi də. Özü də bir-birlərini qırırlar.
   
   Bu məni çox ağrıtdı. Əlimdən-filanımdan da bir iş gələn deyil, day söz də heç bir rol oynamır. Və yaxud, mənim deyəcəyim sözü demək istədiyim adamlar da eşitmir.
   
   Amma onu da qeyd edim ki, için-için, faciəvi bir şəkildə güldüm.
   
   20 il öncə də özbəklər Daşkənddə və Özbəkistanın digər vilayətlərində öz qardaşları məhsəti türklərini qurşundan keçirdilər. O da dünyanın gözü qabağında. 70 mindən çox məhsəti türkü ayaqyalın, başıaçıq Özbəkistandan qovuldu. Onda Azərbaycan ən ağır günlərini yaşayırdı. 300 mindən çox azərbaycanlı Ermənistandan qovulmuşdu və Dağlıq Qarabağda da Azərbaycan kəndləri yandırılırdı. Demək olar ki, Azərbaycanın özünün bir tikə çörəyə ehtiyacı var idi. Amma buna baxmayaraq, bu millət qucağını açdı və Özbəkistandan qovulan 70 mindən çox məhsəti türkünü bağrına basdı. Yəni bu boyda türk dünyasında yalnız Azərbaycan öz qardaşlarına sahib çıxdı. Amma indi baxıram ki, Özbəkistan öz millətinə sahib çıxmır. Yenə sağ olsun Nazarbayevi, bu məsələdə sinəsini irəli verdi.
   
   Əslində Türkiyənin rəhbərliyi ilə türk dövlətlərinin ağsaqqalları bir araya gəlib Qırğızıstana bir saytal nümayəndə heyəti göndərməliydi ki, qırğızların başına ağıl qoysunlar.
   
   Qırğız dedim, yadıma düşdü, onların bir papağı yeməli cümhurbaşkanı vardı ey - Əsgər Akayev. Gedib İrəvanda girdirmə "erməni soyqırımı" abidəsinə əklil qoymuşdu. İndi Moskvada papaqsız gəzir.
   
   Yekə qardaşımız Türkiyənin başı Qəzzadakı vaxtilə onların kürəyinə xəncər sancan ərəblərə qarışdığından Qırğızıstanda baş verən olaylara burnunun ucuyla da baxmır. Bilmirəm, deyəsən beş-altı kilo əzgil qurusunu da onlar göndərdi.
   
   Ermənilər deyir türklərin sonrakı ağlı. İndi görün türklərin sonrakı ağılları bu dəqiqə nə üstə bir-birlərini qırırlar?
   
   Şırnakda baş vermiş 11 nəfərin şəhid olduğu terror hadisəsindən sonra sayın Ərdoğanla sayın Başbuğ getmişdilər terrorçuların hücum elədiyi karakola. Bu karakol da İraq sınırında yerləşir, hər an düşmən atəşinə və snayperə hədəf ola bilər. Həm sayın Ərdoğan, həm sayın Başbuğ , həm də digər sayınlar hər hansı ola biləcək bir hadisədən qorunmaq üçün sınır xəttini çömələrək izləyirdilər. Və burda da qeyri-adi heç nə yoxdu və utanverici də bir şey yoxdu. Amma on gündən çoxdur Türkiyə mediası bunu gündəmdən çıxarmır və sanki Türkiyənin bütün sorunları həll olunub, bircə sorunu qalıb ki, bu da sayın Ərdoğanın çöməlməsidir. Əgər Ərdoğan orda çöməlməsəymiş Türkiyənin sorunları çözüləcəkmiş. Ən gülməlisi də odur ki, buna görə sayın Ərdoğanı top atəşinə tutan CHP-nin çiçəyi burnunda başkanı sayın Kılıçdaroğlu da çıxdı televizyonlarda bəyan etdi ki, mən də (gərək ki, bu gün idi) həmin karakola gedəcəm, amma sayın Ərdoğandan fərqli olaraq çöməlməyəcəm, dik dayanacam. Qəhrəmanlığa bax ey.
   
   Türkiyə dağılır, Türkiyədə böyük bir iç savaş gedir. Bəli, bəli, iç savaş. Sən nə qədər gizlədirsən gizlət, hökumət terrorçuların əlində əsir-yesir qalıb, millətin liderləri də çöməlmə davası aparır.
   
   Millət deyilik ey, kefik başdan-ayağa.
   
   Sonda. Türk olrdusunun çeçələ barmağı gücündə olmayan Suriya ordusu srağagün beş bölgədə apardığı eyni vaxtlı əməliyyatda 12 PKK-lını öldürdü, 400 PKK-lını da əsir götürdü. Bircə günün içində. Bəs, Türk Ordusu belə bir əməliyyatı niyə həyata keçirə bilmir? Çün, Türk Ordusunda bu əməliyyatı həyata keçirənləri "Ergenekon" adı altında həbsxanalara doldurublar.
   
   Şamaxılı gözəl şairimiz Qürbət Əzizin sözü olmasın, millət deyilik ey, kefik başdan-ayağa!
   
   Lap sonda. Mən bu yazını bilgisayara diqtə edərkən, "Xəzər" TV-nin "Xəbərlər" proqramında çox maraqlı bir məlumatı eşitdim və izlədim. Qırğızıstanın baş köyü Bişkekdə srağagün gecə naməlum uçan obyekt peyda olub, düz yarım saat sallanıb qalıb Bişkekin üstündə. Müxtəlif işıq pozları verib, qəribə rəngli bir duman yaradıb və sair və ilaxır. İndi bütün dünya maraqlanır ki, bu nədi? Çox sadə bir şeydi. Görünür, Tanrı görüb ki, türklərin sonrakı ağlı da işləmir, mələklərinin birini göndərib ki, get gör neyləyirsən.
   
   


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK