hacklink Adalet.az | Bakıda şagirdlərə dərsliklərin paylanılır Adalet.az | Bakıda şagirdlərə dərsliklərin paylanılır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakıda şagirdlərə dərsliklərin paylanılır

6897    |   2019-09-04 12:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklər paylanılır. Dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-dək davam edəcək.

İdarədən verilən məlumata görə, şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumi təhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir:

"Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir".

Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.



İmza:

ADU-da imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur keçirilib

ADU-da şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Magistraturaya qəbul qaydaları sadələşdirilib

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Məktəblərdə 9 gün dərs olmayacaq

Təhsil nazirindən yeni TƏYİNATLAR

Bakı Ali Neft Məktəbi karyera imkanlarına görə liderdir

ADU-da payız semestrinin imtahan sessiyası başlayıb

Dillər Universitetində Çin bayramı - "qışın zirvəsi" qeyd olunub

Bakı Ali Neft Məktəbinin nigeriyalı tələblələrinin ifasında “Sarı gəlin” - VİDEO

Dillər Universitetində Mao Tszedunun nəzəri irsi müzakirə edilib

Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib

SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK