hacklink Adalet.az | Nicat Novruzoğlu: MİN İLLİK ADƏTİ QADAĞALARLA YOLUNA QOYMAQ OLMAZ Adalet.az | Nicat Novruzoğlu: MİN İLLİK ADƏTİ QADAĞALARLA YOLUNA QOYMAQ OLMAZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat Novruzoğlu: MİN İLLİK ADƏTİ QADAĞALARLA YOLUNA QOYMAQ OLMAZ

15888    |   2019-09-03 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzetlərdə başsağlığı verilməsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə çox lazımsız və mənasız müzakirələr gedir. Müzakirəyə də səbəb Səyavuş Novruzovun başsağlığı ilə bağlı «Azərbaycan» qəzetinə tutduğu iraddı. Məsələ belədi ki, Milli Məclisə gələcək dinlə bağlı yeni bir layihədə dövlət qəzetlərində başsağlıqlarının verilməsinə yasaq qoyulmasıdı.

Əslində bu heç bir məntiqə sığmır. Dünyanın elə bir ölkəsində elə bir qəzet yoxdur ki, başsağlıqlarını çap eləməsin. Hətta qardaş Türkiyədə bəzi qəzetlər buna görə ayrıca səhifə ayırır. Çünki ölkə böyükdü, ölən də çoxdu. Təbii ki, rəhmətə gedənlərin əzizlərinin dərdinə şərik olanlar da çoxdu.

Kimsə rayonda rəhmətə gedib Bakıdan, ya Şəkidən, ya Qazaxdan həmin rayona yasa getmək həm vaxt aparır, həm də xərc. Ona görə də insanlar qəzet vasitəsilə yas sahibinə həmdərd olduqlarını bildirirlər.

Və yaxud əksinə, rayondan Bakıya gələ bilmir, qəzet vasitəsilə başsağlığı verir.

«Azərbaycan» qəzeti ən çox başsağlığı çap edən mətbu orqanıdır. Əsas səbəblərindən biri də tirajının yüksək olmasıdır. Və təbii ki, istər sıradan bir adam rəhmətə getsin, istər yüksək çinli bir adam, qəzet üçün fərq etməz, çap üçün başsağlığını qəbul edir. Və o da təbiidir ki, vəzifəli, imkanlı adamların ölənləri üçün «ağlayanlar» çox olur.

Sovetlər dönəmində belə bir qanun vardı, bir qəzet eyni adama dörd dəfədən artıq başsağlığı çap edə bilməzdi. Bu ona görə idi ki, adi vətəndaşla «qeyri-adi» vətəndaşa fərq qoyulmasın.

Ümumiyyətlə, toylar və yasları qanunlarla tənzimləmək doğru deyildir. Bunu yalnız maarifçiliklə yoluna qoymaq olar. Necə ki artıq yeddi, cümə axşamları aradan bu yolla qaldırılıb.

Və heç kəsə qadağan etmək olmaz ki, atana ehsan vermə.

Bir ara belə bir qadağa tətbiq etməyə başladılar. Hökumət qurumları rayonlarda yas yerlərinə az qala hücum edib qazanları aparırdılar. Bu da böyük narazılığa səbəb oldu və sonradan hər şey yerini tapdı.

Qadağalar həmişə effektli olmur. Bir belə televiziyalar var, radiolar var, qəzetlər var, bu məsələni ziyalılar müzakirələrlə yoluna qoya bilər. Amma mətbuatda söz atışması ilə yox.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK