Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Tələbələrə təqaüdlərin ödənilməsi qaydası dəyişdirildi Adalet.az | Tələbələrə təqaüdlərin ödənilməsi qaydası dəyişdirildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Tələbələrə təqaüdlərin ödənilməsi qaydası dəyişdirildi

2549    |   2019-08-31 12:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nazirlər Kabineti "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Adalet.az-ın məlumatına görə, indiyədək mövcud olan qaydalara görə, bu qayda Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycanın vətəndaşlarına şamil edilirdi.

Yeni dəyişikliklərə görə isə bu qayda Azərbaycanın elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycanın vətəndaşlarına və Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənir. Azərbaycanın beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunur və bu Qaydaya (1.9-cu, 2.4-2.5-ci, 2.7-2.15-ci bəndlər istisna olmaqla) uyğun olaraq ödənilir.

Qaydanın indiyədək olan variantına əsasən, ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılıdır.

Yeni dəyişikliklərə əsasən isə ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılacaq.

Bu qərar 2019-cu il 1 iyul tarixindən tətbiq edilir.




İmza:

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

XALİD KAZIMLI BAKIDAKI ERMƏNİLƏRİN XƏTRİNƏ DƏYİR

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü

APARICILAR GÜL VURUR EY!

İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə

8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub

Qətlə yetirilmiş polis anasından Prezidentə məktub: "Bu ağır cinayətin üstünü ört-basdır etmək bu qədərmi asandır?"

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK