nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Bakıda 17 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu üçün müraciət edildi Adalet.az | Bakıda 17 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu üçün müraciət edildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda 17 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu üçün müraciət edildi

4800    |   2019-08-30 10:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17 377 ərizənin onlayn qeydiyyatı (30.08.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bu isə proqnozun 40 faizindən çoxdur. Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilir.

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar (2014-cü il təvəllüdlü) qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət etmək olar.

Xatırladaq ki, 2019-2020-ci tədris ilindəbütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.




İmza:

“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Azərbaycanda bu kənddə kəskin bronxit və suçiçəyi yayılıb

Bakı polisi "Əsgərə salam" aksiyasına qoşuldu

Türkanlıların avtobus problemi: “Axşam saatlarında sakinlər taksilərə möhtac qalır”

Nazirlik: Azərbaycanda taxıl qıtlığı gözlənilmir

“İnsanlarımızda intellekt qıtlığı var...” - SORĞU

Dövlət Komitəsi məcburi köçkün yataqxanalarındakı yanğınlarla bağlı məlumat yayıb

“Azerçay” Moskvada təşkil edilmiş Beynəlxalq sərgidə iştirak edib

Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib - VİDEO

Naxçıvanda qanunsuz yaşayan 35 əcnəbi aşkarlanıb

Faiq QİSMƏTOĞLU: AVTOXULİQAN

BNA: "Sədərək"dəki yanğın 10 marşrutun hərəkətinə mane oldu

SON XƏBƏRLƏR
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK