nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Hacı Cəfər Quliyev: KƏKLİK Adalet.az | Hacı Cəfər Quliyev: KƏKLİK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Hacı Cəfər Quliyev: KƏKLİK

Yaxın dostum şair M.Arazın “Kəklik” şeirinə nəzirə

17991    |   2019-08-28 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



























CULFADAN TƏBRİZƏ NƏ YOL QALDI Kİ?

Azərbaycanın xalq şairi , yaxın dostum Söhrab Tahirə

Şeirini oxudum dərd – zara gəldi,
Başıma min cürə macəra gəldi,
Bir yaram üstünə min yara gəldi,
Arazımı kəsən çay Arazdı ki,
Culfadan Təbrizə nə yol vardı ki?

Cuıfadan Təbrizə otuz beş ağac ,
Mən ona intizar, o mənə möhtac.
Tapsa bu həsrətin dərdinə əlac,
Deyərdim Söhrabım sehrkardı ki,
Culfadan Təbrizə nə yol vardı ki?

Qardaş, vüsal dərdin günləri gözlər,
Həsrət telin darar, illəri gözlər.
O tayda yolunu bir pəri gözlər,
Sən burda, o, orda intizardı ki,
Culfadan Təbrizə nə yol vardı ki?


O tayda bir ana bayatı dedi,
Qaldırın, ay ellər, elatı dedi,
Qaçaq Nəbi minsin Boz atı dedi,
Baxdım, bu səda bir xəyaldı ki,
Culfadan Təbrizə nə yol vardı ki?

Körpüdən yollanan qatara baxdım,
Dönüb həsrət-həsrət o taya baxdım.
Yandım xısın-xısın, əridim, axdım,
Araza süzüldüm, çeşmim cardı ki,
Culfadan Təbrizə nə yol vardı ki?

Hayladım, əks-sədam o taya düşdü,
Qəlbimi apardı, tək saya düşdü.
Səsimə görüşə daş-qaya düşdü,
Bu görüş, bu öpüş ilk nübardı ki,
Bu taydan o taya nə yol vardı ki?


Bənövşətək həsrət boynu bükülüb,
Xəzan vurdu, gülüstanı tökülüb.
Şəhriyarın sinə dərdi sökülüb,
Bu dərddən Arazlar yasa daldı ki,
Culfadan Təbrizə nə yol vardı ki?

Duman olub Arazdan yol salaydım,
Şehə dönüb çöhrən üstə qalaydım.
Məlhəm olub yarana son qoyaydım,
Tələsək, Söhrabım, qaş qaraldı ki,
Atlansaq Təbrizə nə yol vardı ki?

Hər dəfə bu tayda səni görəndə,
Ağlayır içimdə dağın, dərən də.
Bu dərdimi bilən də , bilməyən də,
Deyirlər bu Cəfər bəxtiyardı ki,
Hay desə, Təbrizə nə yol vardı ki?

***

XALQIMIZIN FƏDAKAR OĞLU "ŞÖHRƏT ORDENLİ” TAĞI ƏHMƏDOVUN 75 İLLİYİNƏ HƏSR EDİRƏM

Bu hicranım necə dağlar dolanıb
Gecə-gündüz səcdə qılıb Allaha,
Bu həsrətin qəmli çağlar dolanıb –
Qəm, kədərdən uzaq olaq bir daha.

Səadət bəxş etdi yaradan sənə,
Fəhləlik yoluilə zirvəyə qalxdın.
Güvəndin bu yolda əziz vətənə
Gələcək həyata ümidlə baxdın.

Yer altda çalışdın döndün Fərhada
Neçə yol çəkirdin əzab içində.
Dostlar alğqış dedi bu təmiz ada;
Sərvi qamətin də varlıq biçimdə.

Sən Məmməd Arazın dayağı oldun,
Qoymadın, nəinsə çəkə həsrətin.
Dərdinə-sərinə olmusan şərik
Ondan çəkilməyib, nəzər-diqqətin.

Sən Hüseyn Cavidin ruhun oyatdın,
Neçə əsərini çıxartdın üzə.
Sən, Turan Cavidin qəlbin oynatdın
Qorxdum ki, ay qardaş gələrsən gözə.

Bir alim, bir şair, şəxsiyyət kimi,
Bütün insanlara sən dayaq oldun.
Yerin alt üzündə metronun himnin
Qabaqda aparan bir bayraq oldun.

Sən sadiq olmusan Ulu Heydərə
Allah bilir şər-böhtandan uzaqsan.
Qəlbi təmiz, hər böhtana dözmüsən,
Düz işini əyri yola yozan var.

Sən yararlı kişilərdən birisən,
Zaman gələr at çaparsan Şuşaya.
Qalma, dostdan-aşinadan geri sən,
Al bayrağı çatdır hündür qalaya.

Düz olsan da əyri yola yozan var,
Sən Vətənin, mərd oğlu, nər oğlusan.
Hamı bilir, ayağını qazan var,
Bu yurdunda doğrulardan doğrusan.

Qardaş sənin 70 mübarək,
Allah deyib dualar et Heydərə,
Mənim sözlərimi ürəyinə yaz,
Sən sadiq qalmısan Ulu Öndərə.

***

Nə çəkirsən narın-narın
Yenə daşdan-daşa Kəklik
Könlüm istər nəğmən kimi
Bircə nəğmə qoşa Kəklik.
M.Araz.

KƏKLİK

Yaxın dostum şair M.Arazın "Kəklik” şeirinə nəzirə

Daşdan-daşa nə uçursan,
Qah-qah ilə bala kəklik.
Niyə məni tək qoyursan,
Qonursan boş kola kəklik.

Axı sən uçardın qoşa,
"Sarı dağdan” "Dübək daşa”,
Onunla verib baş-başa,
Səs salardın yola kəklik.

İndi səni tək görəndə
"Belgilidə”, "Xoşgəlində”
İstəmərəm gələm kəndə,
Saldın yaman hala kəklik.

Asta oxu, ayıq dolan
Öz eşqinlə etmə fəğan.
Zalım ovçu səni hər an ,
İstər tora sala kəklik.


Qüdrətdən çəkilib qaşın,
Tərlanısan dağın-daşın.
Hanı sənin yar-yoldaşın?
Verdin onu bada kəklik.

Sular sızar qayalarda,
Hər fəsildə, hər bir ayda.
Cəfa yetim bu diyarda,
İstər sənlə qala kəklik.

***
BACIM

Ordubad rayonunda yaşayan 91 yaşlı bacım Gövhərə ithaf edirəm

Anam yadigarı, belin bükülüb,
Baxışların qəm-kədərlə ölçülüb.
Əllərində damar şumu əkilib,
Qurban olum, xısın-xısın ağlama.

Yaran üstə təzə yara qoyuldu,
Cüt oğul itirdin, qəlbin soyuldu.
Ürəyin kədərdən hər gün oyuldu,
Qurban olum, dərdi-dərdə bağlama.

Karvan köçdü, bacı-qardaş qalmışıq,
Hər ikimiz oğul dərdi almışıq.
Hər ikimiz yaş ötüb qocalmışıq,
Qurban olum, dərdli-dərdli ağlama.

Anamız cavankən bizi tərk etdi,
Qoşa bacım onun dalınca getdi.
Mələk kimi tez görsəndi, tez itdi
Qurban olum, ürəyimi dağlama.

Qardaşımı dərgah özü apardı,
Bacoğlumla qardaşoğlum çapardı.
Qohum-qardaş yasda şivan qopardı,
Qurban olum, narın-narın ağlama.

Məmməd Araz qırdı mənim belimi,
Nakam getdi, cəm rəm etmədi, diləyi.
Dərdi qoydu, obasını, elini
Dağlar-daşlar matəm tutdu, ağladı,
Vətən ona 40 gün matəm saxladı.

Yığışmışıq Təmkin bəyin toyuna,
"Uzundərə” çəkdi səni oyuna.
İndi de gül hamı girsin oyuna
Bundan belə Allah sizi saxlasın,
Mələklər də hər an sizi yoxlasın.




İmza:
SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK