nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Bakıda müxtəlif yerlərdə avtomobil qaçıran Masallı sakinləri saxlanılıblar Adalet.az | Bakıda müxtəlif yerlərdə avtomobil qaçıran Masallı sakinləri saxlanılıblar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda müxtəlif yerlərdə avtomobil qaçıran Masallı sakinləri saxlanılıblar

12202    |   2019-08-27 12:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhərində avtomobil qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, avqustun 25-də DİN-in "102 – Zəng Mərkəzi”nə müraciət edən Masallı rayon sakini İ.Bağırov şəhər ərazisindən "VAZ-2109” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin avqustun 26-da saat 20 radələrində Ələt-Astara yolunun 35-ci kilometrliyində hərəkətdə olması aşkar edilib.

Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Z.Fətullayev və 3 sərnişini Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə təhvil veriliblər.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə isə avqustun 26-da B.Nuriyev küçəsindən A. Rəhimova məxsus "VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi həmin gün Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş T.Ağazadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.

Hər iki faktlarla bağlı araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23
2020-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK