Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bu qidalar xərçəng riskini azaldır Adalet.az | Bu qidalar xərçəng riskini azaldır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Bu qidalar xərçəng riskini azaldır

5042    |   2019-08-16 11:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tərkibi flavonoidlərlə zəngin qidaları müntəzəm olaraq qəbul etmək xərçəng və ürək-damar sistemi xəstəlikləri riskini azaldır.

Bu barədə tədqiqatın nəticələri"Nature”jurnalında yayımlanıb.

Alimlərdən ibarət qrup 23 il ərzində Danimarkanın 56 min sakininin qida rasionunu incələyib.

Tədqiqat 52-60 yaşlı könüllülər arasında aparılmağa başlanılıb. Təcrübə ərzində 14 083 iştirakçı vəfat edib. Onlardan 4 065-i xərçəngdən, 5299 nəfəri isə ürək-damar sistemi xəstəliklərindən həyatını itirib.

Məlum olub ki, qida rasionunda daim sitrus, qarağat, alma, yaşıl çay və flavonoidlərlə zəngin ərzaq məhsullarına üstünlük verən iştirakçılar daha uzun müddət yaşayıblar və özlərini yaxşı hiss ediblər.

Maraqlıdır ki, bu tip qidalar daha çox siqaret çəkənlər və spirtli içki qəbul edənlər üçün maksimal müdafiə "qalxanı” yaradıb. Amma alimlər xəbərdarlıq edirlər ki, flavonoidlər tütün və spirtli içkinin orqanizmə vurduğu mənfi effekti sıfıra endirmir, sadəcə, yumşaldır.




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK