hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Əbülfət Mədətoğlundan yeni şeir: İLLƏRƏ Adalet.az | Əbülfət Mədətoğlundan yeni şeir: İLLƏRƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğlundan yeni şeir: İLLƏRƏ

("Bir qadına..." silsiləsindən)

8551    |   2019-08-15 09:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır























Baxışın bir anlıq çaşdırdı məni
Ağlımı apardı ötən illərə...
Özümü unudub, mən bu günləri -
Tən tutdum, ay gülüm, o, tən illərə...

Səsin söz ilməsin toxumuş kimi
Heyrət kitabını oxumuş kimi...
Bir anlıq özümü - yoxumuş kimi -
Səpib qarışdırdım , o dən illərə!..

Tutdum ot saralmış vərə üzümü
Batırdım şeh adlı " tərə" özümü...
Çatmadım dağ boyu, dərə uzunu -
Əriyən o duman, o çən illərə...

Uzandı içimin sözü, söhbəti
Tanrının bizlərə lütvü, möhləti...
Çiynimdə həsrtətin ağır töhməti -
Ürəyi şumlatdım , kotan illərə!..

... Səhəri bir açıb, günü ovudan
Sevinci süsləyib, ünü ovudan...
Məcnunluq adlanan dini ovudan -
İndi girov düşüb mən, sən illərə!..



İmza:
SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK