viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | TƏNDİR ÇÖRƏYİ Adalet.az | TƏNDİR ÇÖRƏYİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

TƏNDİR ÇÖRƏYİ

( Şəhriyarsayağı)

2183    |   2019-08-14 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən oturub fikirlərimə ayna tuturam. Keçmiş günləri, acılı- şirinli uşaqlıq çağlarını xatirlayiram. Yadıma çox şeylər düşür. Xatirələrin qoynunda uçuram kəndimizə. Həyəti daim səs-küylü olan kənd evimizə. Bu gün süküta dalmış təndirəsər damından təndir çörəyinin ətri gəlir. Kündə açan, çörək yapan qonşularımızın səs-küyü, şirin söhbətləri xəyalən üzümə təbəssüm qondurur. Həmişə- şad gündə də, dar gündə də bir-birinə arxa, dayaq olan qonşular...

Atalarimiz yerində deyib: - uzaq qohumdandısa, yaxın qonşu yaxşıdı. Bir birinə ana-bacı olan dəyərli qonşularımızın bu birliyinin canlı şahidiyəm.Təkçə, hər ay təndirə çörək yapılanda qonşularımızın- Maman əmicanımın, Bəyim, Ruqiyyə ( biz onu Urqiyə xala çağırardıq) Surə xalanın və anamın (Allah dünyasını dəyişən o gözəl qonşularımıza rəhmət eləsin) bir-birinə canı-dildən köməyini xatırladıqca, "necə gözəl dəyərlərimiz, adət-ənənəmiz var”-deyə ürəyim qabarır. Əgər kiməsə kömək lazımdırsa, boyun qaçırtmazdılar, xəmir də eliyərdilər, təndir də salardılar bir- birlərinə. Bu birlik- bir-birinə dayaq durmaq, əl tutmaq bizim xalqın özünəməxsüs adətidı. Hər bir işdə belə idi. Amma mən bu gün təndir tüstüsü ilə, təndir çörəyinin ətri ilə sözlərimə, ürəyimə rahatlıq gətirmək istəyirəm.

Hə,təndirə çörək yapmaq üçün bir gün əvvəlcədən hazırlıq görülərdi. Təndirin köhnə külünü külçıxardanla çıxarar, kərmə, odun parçaları ilə təndiri qalayardılar. Bir də bu təndir qalamağın öz sirləri vardı. Küflənin ağzını qapamaq olmaz, yoxsa təndir "boğular”, yaxşı yanmazdı. Ana- nənələrimiz bunu cavan qız- gəlinə başa salardı. Bizdə təndiri çox vaxt anam qalayardı.

Çeşmədən xəmir suyu götürülərdi. Onu başqa suya qatmazdılar. Çünki çörək müqəddəsdi, bişirilən çörək ruzidi, bərəkətdi, onun suyunu qarışdırmaq olmazdı.

Səhərisi namaz vaxtı, tezdəndən xəmir yoğrular, təndir salınardı. Sübh ayazında təndir tüstüsünün qoxusu kəndın o başında hiss edilərdi. Şirin yuxudan ayılıb,- kimsə təndir salıb, görəsən, kim çörək yapır- sözlərini pıçıldıyanlar çox olardı. Beləcə gözəl bir gün başlardı...Təndirəsər sulanar, yovşan süpürgəsi ilə tər-təmiz süpürülər, döşənərdi. Çörəkdaşı, oxlov, çörək şişi, irəfətə, dəstov suyu- hərəsi öz yerini alardı. Qonşular –çörək açanlar keçərdi iş başına. Təndirin itisinə yapılan çörək tər olardı. Su səpib yumşaltmaq lazım gəlməzdı. Elə təndirin başında arasına yağlı pendir qoy, dürməklə, şirin-şirin ye...o gözəl çörək ətrini də çək ciyərlərinə..

Kündələr oxlovla vərdənə verilər, qulac-qulac açılar, irəfətənin üstunə sərilib, baş tərəfinə iki-üç damcı dəstov suyu vurulub, qıp-qırmızı qızarmış təndirə yapılardı. Təndir çox iti olanda, dibinə dəmir atardılar, çorəklər yanmasın deyə..

Bir də işin şirin yerində çörəyin küt getməsi vardı. Çox küt gedəndə anam hövsələdən çıxardı.

- Yenə işimizin üstə kim gəldi?- deyərdi.

Çünki hər adamı iş üstə çağırmazdılar. Elə ki, yanan təndir oturuşdu, ayağı yüngül biri iş üstə çağrılardı. Bizim evdə qardaşım Eldənizi anam tezdən yuxudan durğuzardı, o da gözlərini ova-ova, qaçıb iş üstə gələr, - "işiniz irəli olsun”- deyərdi. Anam arxayın olardı ki, bu gün işimiz yaxşı gedəcək.

Bir haşiyə çıxmaq istərdim. Bəs kimlər ayağı yüngül insan sayılırdı? Demək, nənəmin inancına görə, sübh tezdən anadan olanların əli də, ayağı da, günortadan günbatana kimi olanların ayağı yüngül olar. Gecə doğulanlar isə bu ustünlükdən məhrumdular, onların əl-ayağı ağır sayılır. Bir işə başlayanda nənəm onlara bərk-bərk tapşırardı:- nəbadə, iş üstə gələsiz ha!..

Hə, kiminsə " ağır ayağının” güdazına gəlmiş küt çörəkləri şişin burnunda çölə çıxaran anam onları uşaqlara verər,- kim küt yesə pul tapacaq, -deyərdi. Biz də, bu inancla doyunca yeyərdik qızarmış kütlərdən...indi adam bunları fikirləşdikcə, gülümsəmədən keçə bilmir.

Hələ təndir arasında hər fəslə uyğun keçirilən kətə " festivalı” nda təndirin badına yapılan ləzzətli kətələri demirəm. Hər fəslin öz kətə payı vardı. Ən çox yaz kətəsinin həsrətində olardıq. Dağ pencərləri- şomu, çiriş, gicitkən, cincilim,hər həyətdə olan quşəppəyi vaxtikən yığılar, hazırlanar, bişirilən kətə təndirlərin damaq dadı olardı. Elə olurdu ki, günorta yeməyində bişirilmiş ləziz yeməklər qalırdı bir tərəfdə, təndirdən çıxmış pencər kətəsindən yeyıb, üstündən sərin su, çay içərdik.

Yayda isə urəyimiz kətə istəyəndə ispanaq, kartof, maş, soğan kətəsi təndirə yapılardı. Kartof dedim, yadıma közdə bişirilmiş kartof kababı düşdü. Elə ki, çörək yapılır qurtarırdı, təndirəsəri yığışdıranda anam yadımıza salardı,- ay bala, kartof yu, düz şişə, sımə, ataq təndirə, əl-ayaq yığışınca o da bişəcək. Təndirin keşkinində bişmiş o kartof kababının dadını heç yerdə görmədim. Hələ bir iyi, qoxusu var ki...Yanında da təzə təndir çörəyi, keşniş, reyhan, baş soğan, bir də Naxçıvan duzu... Keçilməz bir ləzzətdi, vallah! Hə, bu da təndirin başqa bir dadıdı...

Kətədən deyirdim axı.. Elə ki,təbiət üzü payıza, qışa döndü, təndirin kətə menyusu da dəyişirdi. Ən çox sevilən, min bir dərdin dərmanı sayılan balqabaq kətəsi bişirilərdi. Onu da deyim ki, kətənin arasına isti-isti kərə yağı, ev yağı tökərək yeyəndə daha dadlı olur, biləsiz. Təndir başında qonşuların, çörəkçilərin əl birliyi ilə kətə, çıbba, dəstana, bökən, Novruz bayramında özəlliklə hazırlanan Naxçıvan çöçəsi təndirə yapılar, doyunca yeyilər, qonşulara pay da tutulardı. Bəli, belə gözəl adətlərimiz var bizim. Əgər təndirdə bişən çörəyin, kətənin, çöçənin qoxusu qonşuya gedirsə, mütləq pay verilməlidi. Nənəm, -bu təndirin bərəkəti içindədi, pay tutmasaq bizim o dünyamız olmaz –deyərdi. Ruzini verən Allahdı, bərəkətınə min şükür!- deyə duasını da əsirgəməzdi, evin ağbirçəyi. "Bismillah”la, "Xoş gəldin!”lə başlanan bərəkətli bir gun, "Min şükür!”lə, el duasıyla başa çatardı.

Bilmirəm, təndir, təndir çörəyi və başqa təndir tikələrinin dadını sizə çatdıra bildimmi? Amma, mənim bu dadlı xəyallarım bitməmiş, hələ səhərin gözü açılmadan, gün yerindən çirtlamadan od salınan təndirin tüstüsü dolur gözlərimə sankı. Gözlərimi ovuram, fikrim daha da aydınlanır, düşüncələrim istər-istəməz misralara çevrilir. Bu yaxınlarda qonaq edildiyim təndir çörəyinin ətrini duya-duya, ləzzətini dada-dada ürəyimdə qalanları yenə də sizinlə bölüşürəm.


Oturanda keçmiş gunlər çözülər,

Gözlərimə nələr-nələr düzülər,

Bəzən yolda fikirlərim üzülər,

Yada düşər hər bir evin gərəyi,


Xoş ətirlı təzə təndir çörəyi.

Tezdən durub suya un, duz qatardıq,

Qalaq vurub təndirə od salardıq,

Çörək daşın alıb, bardaş qurardıq,


Çağırardım:- Bəyim xala, tez gəlin,

Təndir keçdi, harda qaldı qız- gəlin?

Anam haylar, kündəni sal, tez gətir,

Atan istər isti çörək, yağ, fətir,


Məhləmizi bürüyərdi xoş ətir,

Çağırardı anam məni iş üstə,

Təndir iti, çörək durmaz şiş üstə.

Biz gözlərdik həsrət ilə çörəyi,


Istəməzdik yağlı tıkə, xörəyi,

Verərdilər şorla- kərə dürməyi,

Isti- isti gözümüzə təpərdik,

Yeyib-doyub nənəmizi öpərdik.


Kənd baş –ayaq danışıqdan keçərdi,

Bu söhbətlər hər kəsə don biçərdi,

Oğlan, qıza burda qismət seçərdi,

"Evləndirib, yola da salardılar”


Hər ocaqdan bir xəbər alardılar.

Dizlərini qollarıyla qurşaqlar,

Xısın- xısın gülüşərdi uşaqlar,

Anam bizi gözünün altda saxlar,


"Söhbət sizlik deyil” -, başdan sovardı,

Oxlov ilə bizi yaman qovardı.

Çiçək- çiçək çörəklər çinlənərdi,

Çörəkçilər bir hovur dincələrdi,


Təndirəsər gün boyu şənlənərdi...

Iki tay un üç təndirə yapılar,

O gün, təzə çörək görər qapılar.

Qohum-qonşu çörək üstə çıxardı,


Tər çörəyə yağlı pendir yaxardı,

Içməyə də çeşmə suyu axardı,

Çeşmə başı, təzə çörək, pendiri,

Unutmadıq, biz qoruduq təndiri.


Təranə ARİFQIZI


İmza:
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK