hacklink Adalet.az | Azercell-in Rəqəmsal Dünyasını bölgənizdə gözləyin! Adalet.az | Azercell-in Rəqəmsal Dünyasını bölgənizdə gözləyin! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell-in Rəqəmsal Dünyasını bölgənizdə gözləyin!

9807    |   2019-08-02 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azercell-in Naxçıvan MR-na səfəri uğurla baş tutdu

Dünya trendlərinə uyğun xidmətləri, ən effektiv həlləri, həmçinin sərfəli kampaniyaları ilə ölkə əhalisinin əksəriyyətinin seçimi olan və fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan "Azercell Telekom” MMC-nin "Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsi Naxçıvan şəhərindən başlayaraq, Şərur və Ordubadda da keçirilmiş, muxtar respublikanın sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Belə ki, bu səfər zamanı Azərbaycanın rabitə bazarının lider mobil operatoru Azercell on mindən çox insanı bir araya toplamağa müvəffəq olub. Azercell bölgə sakinləri ilə görüşərək, onları yeni rəqəmsal məhsullar olan "Kabinetim” tətbiqi, "BuludCinema”, "TelekomTv” xidmətləri, mobil internet cihazları vəwww.azercellim.comonlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanı yaradan "Sərbəst”, "GəncOL” və "Sadə” tarif paketləri ilə tanış edib.

Bundan əlavə, səfərlər çərçivəsində müxtəlif proqramlar, intellektual və əyləncəli oyunlar, müsabiqələr keçirilib, abunəçilərə hədiyyələr paylanıb.

Qeyd edək ki, Azercell-in dəstəklədiyi "İmzanı Tanıt” sosial layihəsinin iştirakçıları da tədbirə qatılmış və öz əl işlərini nümayiş etdiriblər.

Ölkəmizə 4G xidmətini ilk təqdim edən şirkət olaraq Azercell, abunəçilərinin gözləntilərini qarşılamaq və respublikamızın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək üçün 2018-2019-cu illər ərzində LTE şəbəkəsinin bütün ölkə üzrə gücləndirilməsi və genişləndirilməsini həyata keçirib.

Bunun nəticəsində şirkət, Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olub. Bu müddətdə 1007 yeni LTE stansiyası qurularaq, 4G stansiyalarının ümumi sayı 1667-yə çatdırılmış, günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Hazırda ölkə boyu 7000-dən çox stansiya daimi bağlantını təmin etməkdədir.

Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin!




İmza:

“Mastercard”ın rəsmi tərəfdaşı olduğu IV Bankçılıq Forumu keçirildi

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!

Azercell-in “Mobil Göz Klinikası”nın yeni səfərləri

“Bakcell”dən tamamilə yeni İnternet paketləri

KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib

Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

"Bakcell" jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

"Bakcell" BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK