viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İBRAHİM YUSİFOĞLUNUN YENİ KİTABI Adalet.az | İBRAHİM YUSİFOĞLUNUN YENİ KİTABI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İBRAHİM YUSİFOĞLUNUN YENİ KİTABI

Əslində bu onun üç cilidliyidir

4452    |   2019-07-23 11:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər bir halda söz insanı təqdim edir, tanıdır. Yəni imza görünmədən də, sözü oxuyanda, dinləyəndə aertıq onun kimə məxsus olduğunu hiss etmək mümkündür. Görünür elə bu səbəbdəndir ki, bir müdrik deyim yaranıb. Atalar deyib ki: "Danış, kim olduğunu bilim”. Yəni insan danışanda, söhbət edəndə artıq özü də hiss etmədən içini açıb tökür ortaya, kimliyini büruzə verir. Bax, bu mənada mövzuya yanaşanda onda artıq müəllifin də redaksiyaya təqdim etdiyi yazılar onu qəzetin əməkdaşlarına da, oxuculara da tanıdır.

Öncədən deyim ki, İbrahim Yusifoğlu ilə sözün yaşı qədər tanışlığımız var. O, hələ mətbuatda çap olunan yazıları ilə, xüsusilə uşaq şeirləri ilə diqqətimi çəkmişdi. Zaman-zaman sovet dönəminin mətbu orqanlarında izlədiyim bu imza sahibiylə "Ədalət”in redaksiyasında qarşılaşdıq və dostlaşdıq. Həm Bakıda, həm Naxçıvanda onun özünəməxsus cizgiləri, səmimiyyəti artıq mənə şeirlərindən bəlli olduğu kimi, dostluğumuz da necə deyərlər, hazır bir şəkildə bizi gözləyirdi. Heç bir sınaqsız, saf-çürük etmədən biz bu dostluğa imza atdıq. Və demək olar ki, həmin gündən də İbrahim müəllimin həm Bakıda, həm Naxçıvanda işıq üzü görən bütün kitablarının, özü də aftoqrafla bir "sahibidə mən oldum. Yəni onun mənə bağışladığı kitablar evimdəki qiymətli hədiyyələyin sırasında öz yerini tutdu.

Bu günlədrə yenə görüşdüm İbrahim müəllimlə. Xeyli söhbətləşdik, dostları yada saldıq, Naxçıvandakı xoş anlarımızı xatırladıq. Arpaçayın sahilindəki ovqatın unudulmazlığını dilə gətirdim. Və İbrahim müəllimin mənə təadim etdiyi "Seçilmiş əsərləri”nin 3-cü cilidini o gedəndən sonra vərəqləyəndə içimdən xoş bir sevinc duyğuları gəlib keçdi. Ona görə bu sevincə "xoş” sözümü əlavə etmişəm ki, onun məqamını, mərtəbəsini bir az da yüksəldim. Yəni kitabın ilk səhifələrində xalq yazıçısı Hüseyn İbrahimovun, akademik İsa Həbibbəylinin İbrahim müəllimlə bağlı fikirlərindən sonra mənim onun "Sən özü istətdin özünü mənə” kitabı barədə yazdığım məqaləni görəndə həqiqətəndə mütəəssür oldu. İndi fürsətdən istifadə edib İbrahim müəllimə təşəkkürümü çatdırıram və oxuculara bildirmək istəyirəm ki, Naxçıvanda çap olunmuş, seçilmiş əsərlərin 3-cü cilidi şeirlər, poemalar və mənzum pyeslərdən ibarətdir. 300 səhifəyə yaxın həcmi olan kitabın ilk şeiri oxucunun 3 cilidliyin son cilidini oxumağa sanki kökləyir. Elə bil ki, bu şeir oxucuya əlavə bir stimul verir, onun ovqatını şeir ovqatına kökləyir. İbrahim Yusifoğlu yazır ki:


Uli Tanrım ad veribdi bu yurda,

Ad qarışıq od veribdi bu yurda.

Min bir sərvət dad veribdi bu yurda,

Təkcə qonşu millət kimi mərd deyil,

Məmin dərdim dərdləşməli dərd deyil.


... Günəş doğub hər yan nura boyanıb

Daha düşmən boş xəyaldan oyanıb.

Qarşısında güclü ordu dayanıb,

Dünya bilir istəyimiz hərb deyil,

Mənim dərdim dərdləşməli dərd deyil.


Və yaxud başqa bir şeirində İbrahim Yusifoğlu vurğulayır:


Hərdən qanad çalır bir kəsə doğru

Dönüb göyərçinə o ağ əllərin.

Əllərdə əlin tək sıxılsa oğrun,

Qanadı tez sınar göyərçinlərin.


Və yaxud:

Bilirsən, sinəsi közlüyəm axı,

Bir azca söhbətli – sözlüyəm axı.

Bi ar az da dağınıq gözlüyəm axı,

Mənim sözlərimə bir az inanma.


Əslində bu son bənd tez-tez səsləndirdiyimiz "şair sözüdür, inanma” fikrinin bir az yumuşaq formasıdı. Amma həm də gerçəyin özüdü. Bax, barəsində qısaca bilgi verdiyim bu yeni nəşr İbrahim Yusifoğlu ilə biz oxucuların yeni görüşüdü. Mən də onun bir oxucusu kimi "görüşümüz mübarək olsun!” deyirəm.



İmza:
SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK