Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Dələduzluqda təqsirləndirilən icra məmuruna 6 il cəza verildi Adalet.az | Dələduzluqda təqsirləndirilən icra məmuruna 6 il cəza verildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Dələduzluqda təqsirləndirilən icra məmuruna 6 il cəza verildi

33624    |   2019-07-16 16:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin son söz üçün çıxış mətnini səsləndirilib. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, bir neçə epizod üzrə ittihama xitam verilməsini istəyib. O, səhhətində olan problemlərin də nəzərə alınaraq həbs nəzərdə tutulmayan cəza verilməsini xahiş edib.

Müşavirədən sonra məhkəmə A.Məmmədovun 6 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Qeyd edək ki, prokuror çıxışında Asif Məmmədovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.




İmza:

Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi

Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

“İslahatlar keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edir” - Baş Prokuror

Taleh Bağırzadənin xanımının cinayət işinə xitam verildi

Azərbaycanda 397 vəzifəli şəxsə cinayət işi açılıb

Zakir Qaralovdan Rafael Cəbrayılovla bağlı açıqlama

Eks deputat bəraət istədi - Məhkəmə müşavirəyə yollandı

Azərbaycan ədliyyəsində İNNOVATİV SIÇRAYIŞ: “Elektron məhkəmə”, “Mobil notariat qovluğu”...

Fuad Qəhrəmanlının boşanma məhkəməsi təxirə salındı - Yenilənib

Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü

Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu - 81 il

Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK