Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” – JEM-dən yeni layihə - Video Adalet.az | “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” – JEM-dən yeni layihə - Video Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” – JEM-dən yeni layihə - Video

25062    |   2019-07-15 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsinin icrasına başlayıb.

Mərkəzdən verilən məlumata görə, iyul-noyabr ayları ərzində 4 aylıq müddətdə icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər” istiqaməti üzrə qalib olub.

Layihə çərçivəsində Azərbaycanda yaşayan tat, udi, şahdağlılar xalqı, ləzgi, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar qəzetin bir səhifəsi həcmində (A3 formatında) hər həftənin şənbə günü "525-ci qəzet”də dərc olunacaq.

Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanacaq.

10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək KİV orqanlarına hədiyyə veriləcək.

Layihəyə rəhbərlik edən JEM sədri Ceyhun Musaoğlu Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədli və qurumun əməkdaşları ilə görüşüb. Layihənin mahiyyəti barədə fikir mübadiləsinin aparıldığı görüşdə alimlərin iştirakı ilə görüləcək işlərin detalları dəqiqləşdirilib.

JEM sədri layihəyə donorluq edən QHT Şurasının mütərəqqi ideyalara daim dəstək verdiyini diqqətə çatdıraraq, vətəndaş cəmiyyətinin inkişafında bu qurumun göstərdiyi müstəsna xidmətlərdən söz açıb.

Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla 2016-cı ilin "Multikulturalizm ili” elan olunduğunu xatırladan Ə.Məmmədli həmin dövrdə keçirilən tədbirlərin növbəti illərdə də davamlı xarakter daşımasını təqdirəlayiq ənənə kimi dəyərləndirib. Azsaylı xalqlar haqqında ərsəyə gələcək məqalələrdə azlıqların mədəni irsinin lakonik üslubda yazılmasının məqsəduyğun olduğunu deyən

Ə.Məmmədli ərsəyə gələn kitabçadan jurnalistlərin rahat və lazımlı istifadəsi üçün belə yanaşmanın vacibliyini vurğulayıb.

Görüşdə layihənin icrası ilə bağlı bütün detallar ətrafında qarşılıqlı razılaşma əldə olunub.




İmza:

Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım

“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

"Qodonun intizarında" fərqli səhnədə

Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi

“Yad gəlin” gəlir

“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi - FOTO/VİDEO

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı - VİDEO

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

Novruz Novruzlu: Qafil Oyan - Video

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK