hacklink Adalet.az | Mübariz Qurbanlı: Komitə yalnız məzarlıqların reyestrini aparır, qalan məsələlər isə... Adalet.az | Mübariz Qurbanlı: Komitə yalnız məzarlıqların reyestrini aparır, qalan məsələlər isə... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Mübariz Qurbanlı: Komitə yalnız məzarlıqların reyestrini aparır, qalan məsələlər isə...

4536    |   2019-07-10 12:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vəfat etmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətində olan məsələdir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin məzarlıqların salınması və idarə olunması ilə bağlı qərarına əsasən, komitənin səlahiyyəti yalnız məzarlıqların reyestrini aparmaqdan ibarətdir. Digər bütün səlahiyyətlər yerli bələdiyyələrə aiddir.

M.Qurbanlı əlavə edib ki, yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər: "Bəzən mətbuat nümayəndələri məzarlıqlarla bağlı bütün məsələlərə görə bizim komitəyə müraciət edirlər, amma məzarlıqlar, dediyim kimi, yerli bələdiyyələrin nəzarətindədir. Bu, daha doğrudur, çünki məzarlıqlar vahid bir mərkəzdən deyil, yerlərdə idarə olunmalıdır. Bu, tam məntiqli bir addımdır".




İmza:
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK