ANA SƏHİFƏ / AVTOMOBİL

Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək - SİYAHI

3507    |   2019-05-23 16:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. Onun sözlərinə görə, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün müxtəlif istiqamətdə tədbirlər həyata keçirilir. O cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi ilə bağlı işlər görülür.

R.Səttarzadə qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır: "Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır”. (FED.az)



İmza:

Novxanı-Pirşağı və Xaçmaz-Xudat avtomobil yolunda rənglənmə işləri aparılır

DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək - SİYAHI

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

Sürücülərin diqqətinə: Bu yollarda rənglənmə işləri aparılacaq

Faiq QİSMƏTOĞLU: İSTİ HAVALAR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR

Bakının 2 rayonunu birləşdirən yol yenidən qurulub

Deputat: “Avtomobildə pərdə qadağasını birdəfəlik ləğv etmək lazımdır” - VİDEO

Nobel prospekti ilə bağlı XƏBƏR, həmçinin...

Bakıda bu küçənin təmiri başa çatıb - Gediş-gəliş üçün açıqdır

SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK