ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Bakcell”in kampaniyası oktyabra kimi davam edəcək

12437    |   2019-05-15 14:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti PULSUZ 1 GB kampaniyasını oktyabr ayına qədər uzadıb. Bu ilin mart ayında elan edilmiş kampaniyanın şərtlərinə əsasən, "Mənim Bakcellim” mobil tətbiqetməsini yükləyib öz nömrəsi ilə qeydiyyatdan keçən hər bir "Bakcell" abunəçisi 1 Gb PULSUZ İnternet trafiki əldə edir.

Mobil tətbiqetmə "Google Play” və yaxud "Appstore”dan yüklənilib pulsuz istifadə oluna bilər. Qeyd edək ki, hədiyyə yalnız "Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq. Kampaniyada iştirak edib PULSUZ internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır.

Kampaniyanın müddətinin uzadılması Android və iOS platformalarında istifadə üçün nəzərdə tutulmuş "Mənim Bakcellim” rəqəmsal internet portalı və tətbiqetməsinin uğurları ilə bağlıdır. Belə ki, 2018-ci ilin fevral ayında istifadəyə verilmiş "Mənim Bakcellim” tətbiqetməsini cəmi bir il ərzində 320 mindən çox Bakcell abunəçisi yükləyib və bu rəqəmsal kanal üzərindən uğurla həyata keçirilmiş aylıq əməliyyatların sayı 30 minə çatıb. Tətbiqetmə abunəçilər arasında böyük rəğbət qazanıb, onun "Google Play” və "Appstore”da reytinqləri isə çox yüksəkdir.

"Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. "Mənim Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir. Qeyd edək ki həftənin 7 günü, günün 24 saatı ərzində fəaliyyət göstərən və 20 saniyəlik ilk cavab vaxtını təmin edən onlayn çat funksiyası üzərindən hər ay 7000 nəfərdən çox müştəri sorğusu emal olunur.

"Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün aşağıdakı linklərdən yükləmək olar:

https://azvision.az/redirect.php?url=http://bit.ly/MenimBakcellim_android

https://azvision.az/redirect.php?url=http://bit.ly/MenimBakcellim_IOS

"Bakcell" özünün rəqəmsal müştəri xidməti kanalını daha da inkişaf etdirəcək və müştəriləri daha üstün istifadə təcrübəsi və daha geniş təhlükəsizlik imkanları ilə təmin etmək məqsədilə yaxın gələcəkdə "Mənim Bakcellim” applikasiyasına yeni maraqlı və faydalı funksiyalar əlavə edəcək.



İmza:

Rusiyada yeddi kilometr məsafədə hədəfi vura biləcək snayper hazırlanır

Azercell “Telegram Bot” - rəqəmsal dünyada yeni bələdçiniz!

“Facebook” ABŞ-da etirazçılara silah verilməsini müzakirə edən səhifələri blokladı

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi

“Google” yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb

“Google” insanlara sosial məsafəni tənzimləməyə yardım edəcək - VİDEO

28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Yeni “iPhone” qulaqlıqlar olmadan satışa çıxarılacaq

Bakıda internet xidmətinin kəsilməsinin səbəbi AÇIQLANDI

SON XƏBƏRLƏR
2020-06-06
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK