warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Çingiz Abdullayev: “Britaniyalılar Azərbaycana qarşı nasistlər kimi hərəkət etdilər” Adalet.az | Çingiz Abdullayev: “Britaniyalılar Azərbaycana qarşı nasistlər kimi hərəkət etdilər” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Çingiz Abdullayev: “Britaniyalılar Azərbaycana qarşı nasistlər kimi hərəkət etdilər”

3895    |   2019-05-13 14:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

""Liverpul”un məşqçisi Yurgen Klopp mütləq mənada peşəkardır və görkəmli mütəxəssisdir. Bu, doğrudan da belədir. Lakin onun Bakının seçilməsi ilə bağlı dedikləri mənə təsir etdi”.

Adalet.az xəbər verir ki, bunu özünün "Facebook” səhifəsində xalq yazıçısı Çingiz Abdullayev yazıb.

"Onlar orda səhər yeməyində nə yeyiblər ki, final oyununun keçirilməsi üçün Bakını seçiblər?” – o soruşub. İndi artıq mən herr Kloppdan dəqiqləşdirmək istəyirəm. Mənim ölkəmin ünvanına belə həyasızcasına ifadələri işlətməyə özünə rəva görərkən o, səhər yeməyində nə yemişdi? Sadəcə, alman Kloppa xatırlatmaq istəyirəm ki, nasional-sosializmin ideologiyasının əsasında elə xalqların "ari”lərə və məhvə məhkum olunmuş ikinci növə bölünməsi dururdu. Bütün bu slavyanların, yəhudilərin, qaraçıların. Əlbəttə ki, yox. O, belə vəhşi bəyanatlarla çıxış etmir. Lakin başqa ölkəyə və başqa xalqa çox güclü elementar hörmətsizlik hiss olunur!” – Çingiz Abdullayev yazıb.

Yazıçı həmçinin ingilis azarkeşlərinə Bakıda ehtiyatlı olmağı tövsiyə etmiş Böyük Britaniya XİN-in bəyanatına da toxunub.

"Böyük Britaniyanın sivilizasiyanın mədəniyyətində və inkişafında xüsusi rolu olub. Özünün dili, tarixi, ədəbiyyatı, musiqisi, elmi ilə. Mənim bu ölkəyə hörmətim sonsuzdur. Lakin turistlərin Bakıda gecə hücumlarından çəkinməli olması barədə bəyanatla çıxış etmək bir az çox yanlışdır. Mənə son illərdə yaxınlığında əcnəbilərin qarət olunduğu bar və restoranları göstərin. Heç olmasa, bir neçəsini. Yoxsa sübut etmək lazımdır ki, Bakı bəzi rayonlarına gecə vaxtı girməyin heç arzuolunan olmadığı Londona nisbətən qat-qat daha təhlükəsiz şəhərdir? Bu gün Bakı MDB ölkələri arasında ən təhlükəsiz şəhərlərdən biridir. Son illər ərzində biz bütün dünyaya yayımlanan xeyli beynəlxalq tədbir keçirmişik.

Və mən hər hansı bir yerdə əcnəbilərlə bağlı bir hadisə barədə eşitməmişəm. Əslində, tam tərsidir. Bəzilərinin Avropanın qitə hissəsinə buraxılmadığı qızğın ingilis fanatlarından ehtiyatlanmaq lazımdır. Belə olmaz, centlmenlər. Heç ədalətli deyil. Mən kor-koranə vətənpərvər və millətçi deyiləm. Lakin nümayişkaranə şəkildə və ədalətsizcəsinə ölkəmi və xalqımı incidəndə, sadəcə olaraq, susa bilmirəm”, - o deyib.




İmza:

Naxçıvan klubu 14-cü dəfə Azərbaycan çempionu oldu

Belarus gimnastı: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir

“Arsenal” və “Çelsi” klublarının hər birinə əlavə 10 min bilet veriləcək

AvroLiqanın final gecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

Polis baş leytenantı Ədilə Qurbanova qızıl medal aldı - FOTO

Henrix Mxitaryan Bakıya gəlməyəcək

“Arsenal”dan AvroLiqanın finalı ilə bağlı yeni bəyanat

Bakı klubu 13 futbolçunu yola saldı - Siyahıda Kamran Ağayev də var

Bakıda quraşdırılan Formula 1 avadanlıqlarının sökülməsi NƏ VAXT yekunlaşacaq?

Ramazan ayının 11-ci gününün DUASI - İmsak və iftar vaxtı

Avroliqanın finalına 30 mindən çox turistin gələcəyi gözlənilir

Pires: “Bakıdakı final azarkeşlərə yeni ölkə kəşf etmək üçün gözəl imkandır”

SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK