warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Dərdim Dağa Bənzəyir Adalet.az | Dərdim Dağa Bənzəyir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Dərdim Dağa Bənzəyir

Hacı Firudin Süleymanoğlu

2541    |   2019-05-10 17:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


İntizarın lövbər salıb

Gözlərimin içindədir.

Ümidimi duman alıb,

Dərdim o dağ biçimdədir...

İtirmişəm yolu, izi,

Qayalardır həmdəm yerim.

Bu sevdadan necə keçim?

Çaylar, mənə yol göstərin...

Gedim yarın bağçasına,

Bəlkə üzüm gülə bir az.

Bu həsrətin nəşəsindən

Qəlbim doyar, gözüm doymaz...

Qeyrətə Gəl

Göz dikərək mən tanrının gözünə,

Çox kasıbam-dedim, görüm sözü nə?

Dedi, bəndəm, güman gətir özünə,

Qeyrətə gəl, at kasıblıq daşını.

Halal ruzi dayanıbkən qarşında,

Nə gəzirsən özgə ocaq başında?

Qismət axtar öz suyunda, aşında,

Qeyrətə gəl, at kasıblıq daşını.

Salamatsan- gecə-gündüz sızlama,

Tənbəlliyə qucaq açıb nazlama.

Qəddin əyib özgədən pay gözləmə-

Qeyrətə gəl, at kasıblıq daşını...


Əlimdəki Çiçəkdir

Sən bir çiçək,

mən bir arı.

Hər kəs

bilsin olanları,

O tər qönçə

dodaqlardan

şəkər

çəkə bilmirəmsə,

neyləyirəm

o vüqarı,

əlimdəki

çiçək dolu

budaqları?..


Üzürəm Nədən

Payızımdır canda, qışımdır yoxsa?

Sazaqlar içində süzürəm nədən,

Yayın hərarəti məndən yan keçib,

Buzlu dəryalarda üzürəm nədən.

Bu necə zillətdir-çəkirəm zorla,

İblis hökm eləyir, insanlıq torda.

Cahillər meydanda, aqillər harda?..

Bu zülmə hələ də dözürəm nədən.

Silahlar ox olub batır gözümə,

Terror külək kimi dəyir üzümə,

Qəzəblə yumruğu vurub dizimə,

Ömrümü, özümü əzirəm nədən.

Ayağım dəyməyir Cıdır düzünə,

Mən həsrət qalmışam Şuşa üzünə.

Baxdıqca dünyanın qanlı gözünə,

Yarpaq tək saralıb əsirəm nədən.

Demə ki, Firudin niyə küskündü,

Bu gün dünənkindən daha pis gündü,

İnsanlıq bir sonsuz yola sürgündü -

Cavabın axtarıb gəzirəm nədən.


Görəcəksən

Bu həyat belədir, canım, ürəyim,

Sənə kimdən deyim, nədən söyləyim?

Qaya güman yerim, dağa söykənim-

Bir gün qapımızda qış görəcəksən.

Hələ gül qoxuyur bu meşə, bu dağ,

Sözlüdür budaqlar, səslidir yarpaq.

Bir gün ayaq altdan sular qaçacaq,

Yanan əllərimdə daş görəcəksən.

Nə dərdlər yaşadım-halıdır dünya,

Çiçəklər önündə xalıdır dünya.

Kimdən söz istəsin yaralı dünya?!

Ağlayan gözümdə yaş görəcəksən.

Nə yedim-ağzımda bir tam qalmadı,

Firudin, söz getdi, ilham qalmadı.

Daha yapışmağa adam qalmadı-

Bir gün əllərimi boş görəcəksən.


Ulduz Olarsan

Yerdəsən, qisməti göydə arama,

Birdən görünməyən ulduz olarsan.

Azıb kainatın ənginliyində

Əlimiz yetməyən bir qız olarsan.

Eşqin, məhəbbətin tapmaz ünvanı,

Ağacda yarpaq tək hey sozalarsan.

Tək olan insanın olmaz amanı,

Hər gələn ağızda bir söz olarsan...

Yerdəsən, qisməti göydə arama,

Demə ki, sabahın üzü yaxşıdır.

Firudin bu sözə deyər ürəkdən:

Alovlan, ocağın közü yaxşıdır.


Atını Çap Dörd Bir Yana..

1-ci şeir

Dörd bir yana çap atını,

Ömrünü sür yana-yana.

Bu gərdişin hər saatı

Qənimətdir, bil, insana.

Ulduz axdı, bürc sürüşdü,

Sirrinə çatan olmadı.

Çox fatehlər atdan düşdü,

Düşəndə tutan olmadı.

Bir tərəfdən yalan dünya,

Bir tərəfdən kalan dünya.

Çoxlarının yas halvasın

Sağlığında çalan dünya...


2-ci şeir

Əbədidir, yoxdur sonu,

Gəl üzünə gülmə onun.

Bir mərhəmət sorağıyla

Min zillətə salan dünya.

Dərdin çəkmək bu dünyanın

Təkcə sənə qalmayıb ki.

Atın minmə-boş xülyadır,

Onda yüyən olmayıb ki...

Ağlamaqdan gözüm axdı,

Eşq yolunda sındı belim.

Xəzan gəldi bahar vaxtı,

Qönçə ikən soldu gülüm...


3-cü şeir

Ürək küsüb qan eylədi,

Dilək məndən yan eylədi,

Həsrət cana divan tutdu,

Vüsal yerin dan eylədi.

Səmadan bir ulduz axdı,

Könül həsrət çəkib baxdı,

Demə ümid ulduzummuş,

Qəlbimi yandırıb yaxdı.

Tale mənə nə vermişdi,

Yarıyolda tutub aldı.

Qönçə dolu gülüstanı

Xəzan vurdu, külü qaldı.


4-cü şeir

Gəl sevgimi çəkmə dara,

Salma məni intizara,

Pak sevdanın havasıyla

Sən də məni axtar-ara

Dörd bir yana çap atını,

Ömrünü sür yana-yana.

Bu gərdişin hər saatı

Qənimətdir, bil, insana...


Gedibdir

Bəxtimin ilk oxu tuş gəldi daşa,

Sevgim dərd içində, huşu gedibdi.

Ürək cuşa gəlib çətin ki coşa,

Boş qalmış yuvadır-quşu gedibdir.

Nə vaxt qayıdacaq, könlüm, o gözəl,

Nə qoşma köməkdir, nə də ki qəzəl.

Ayaqlar altında yarpağam-xəzəl,

Üzüyəm, üstünün qaşı gedibdir.

Firudin doymadı bu intizardan,

Əlini üzmədi qışdan, bahardan

Vardır təmənnası o gələn yardan-

Dönüb bir aqilə, naşı gedibdir.




İmza:
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK