nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir Adalet.az | Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir

42373    |   2019-03-18 16:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xəzər rayonu Binə qəsəbəsi ərazisində kompleks tədbirlər həyata keçirilir.

AAYDA-dan verilən məlumata görə, cari ilin əvvəlindən Binə qəsəbəsində start verilən təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu təqribən 3 km olan 2 küçənin 16 min kv.m-dən çox sahəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.

Bu hər birinin uzunluğu 1.5 km, eni isə 5.5 metr olan Sabir və Nəsimi küçələridir. Küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb.

Hazırda isə təmir-tikinti işləri 2 yşayış massivinin yollarında və 2 küçədə davam etdirilir. İşlərin aparıldığı ərazinin uzunluğu 17.5 km, sahəsi isə 120 min kv.m-dir.

İşlər əsasən ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan,həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu ümumi uzunluğu 10.5 km olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yolda, həmçinin bu yola paralel olan qəsəbədaxili 1 küçədə, uzunluğu 4.5 km Binə Südçülük sovxozu yaşayış massivinin yollarında, bundan başqa uzunluğu 2.5 km olan Hövsan südçülük yaşayış massivinin "161 nömrəli" küçəsində aparılır.

Hazırda "161 nömrəli" küçəs boyu asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır. Bu küçədə təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Bütün işlər AAYDA-nın rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin Novruz bayramına qədər yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə Binə qəsəbəsi üzrə təmir-bərpa işlərinin aparıldığı küçə və yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xəzər rayonu Binə qəsəbəsi üzrə digər küçə və yollarda da işlərin davam etdirilməsi nəzərdə tutulur.

Misal olaraq qəsəbənin 4.8 km uzunluğa malik "Binə aqrokompleksi” yaşayış massivinin yollarını göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yolarda da təmir-tikinti işləri aparılacaq.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

SON XƏBƏRLƏR
2020-03-29
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK