hacklink Adalet.az | Məktub vacibətən-müraciətdi! - Eminquey yazır Adalet.az | Məktub vacibətən-müraciətdi! - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Məktub vacibətən-müraciətdi! - Eminquey yazır

5705    |   2019-01-22 19:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şuluqluq eləyəndə atam neçə günlərlə cib xərcliyimi kəsərdi. Çox hirslənirdim atama. Yaxşı variant tapmışdım. Axşam evə gələndə yemək süfrəsinə gəlmirdim, küsüb otururdum otağımda. Ha çağır, ha dümsüklə, məni otaqdan çıxara bilməzdilər. Əslində məktəbdə evdən qoyulan yeməyi gec yeyərdim ki, axşam acmayım. Bir gün, iki gün, üç gün beləcə. Atamın tükü də tərpənməzdi. Daha da əsəbiləşib məni döysün deyə şərait yaradardım. Anam da gəlib ala bilməzdi əlindən. Bir gün, iki gün, üçgün... Şillə-şapalaq nə məni kiridərdi, nə də atamın hirsini soyudardı. Zalımın balası, elə bil döymək üzrə, cəza vermək üzrə təlim keşmişdi.

Gördüm ki, belə alınmır, bu yumşalmayacaq. Anama yalvardım. Ki, danışsın, bəlkə ürəyi yumşala. Bufetdəki qızlara cibimdəki qəpik-quruşla kişilənmək olmur axı. Anam dedi ki, sən bir vərəq götür, üzr məktubu yaz. Atanı şirin sözlərlə tovla. Məktubu atana çatdırıb yanağından da öpərəm, yumşalar.

Məktub yazdım ki, sən mənim qəşəng atamsan. Döy məni, tək ayaq üstündə durum, amma cib xərcliyimi kəsmə. Burda meyxanaçı Vüqarın "ata, sən özün cavan olmamısanmı?" mahnısı sözümü kəsir. Məni qızların, uşaqların yanında pərt eləmə. Axı mən sənin şirin Emişqulun!

Mama məktubumu mən dərsdə olanda atama çatdırıbmış. Ta bilmirəm, yanağından öpdü, nə oldu, axşam yemək vaxtı yetişdi. Atam otağıma gəldi.

- Dur yeməyə! Zırrama!

- Ac deyiləm.

- Dur! Döyməyim də səni!

- Eee, istəmirəm.

Qollarımı düyünləyib başımı da qoymuşam qollarımın üstünə. Mısmırıq! Bir də gördüm, iki məmməd pulu düyünlədiyim qolun altından gözümə dürtür.

- Al, sabahkı cib xərcliyin! Gəl yeməyə! Yemişqulu!

Atam beləcə məni fəndə salardı. Yəni məni hay-küyümə, aclığıma görə yox, məktubuma görə bağışlayardı.

P.S Deməm o ki, məktub vacibətən-müraciətdi!



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK