deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | AQİL ABBAS: ƏVVƏL 1 KREML VARDI, İNDİ 40 DƏNƏ Adalet.az | AQİL ABBAS: ƏVVƏL 1 KREML VARDI, İNDİ 40 DƏNƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: ƏVVƏL 1 KREML VARDI, İNDİ 40 DƏNƏ

6643    |   2019-01-21 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O bir Kremli bir təhər yola verə bilirdik, amma indi qırx Kremllə savaşmağa gücümüz çatmır. Avropanın müxtəlif şəhərlərinə səpələnmiş kremllər iyləyib-qoxulayıb mütləq nəsə bir şey tapırlar, sonra da it-qurd kimi tumanlarını da çırmayıb başlarına tökülürlər üstümüzə.

Avropa Parlamenti yenə qılıncını sıyırıb. Bu dəfə əllərinə verdiyi tutalqa Mehman Hüseynovdu. Mehmanı Çarlz Xeyderə döndəriblər. Siz uşaqsınız, bilməzsiniz. Vaxtilə 70-ci illərdə ABŞ-da bir Çarlz Xeyder peyda olmuşdu, nəyəsə etiraz əlaməti olaraq Ağ Evin qabağındakı göy çəmənlikdə oturub aclıq aksiyası keçirirdi. Sovet hökuməti elə gün olmazdı ki, ondan televiziyalarda reportaj göstərməsin, müsahibə almasn, qəzetlər ondan yazmasın. Təbii ki, sosialist dövlətləri də bizimlə həmrəy idi. Deyəsən, 70 gün çəkdi aclığı. O qədər onun haqqında yazdılar, danışdılar ki, sonralar anekdota çevrildi: cibindən bublik çıxıb, özü də Sovet bubliki. Gecələr xımır-xımır «Mişka» şokoladı yeyir, arıqlamaq əvəzinə kökəlib. ABŞ-ın o zamankı prezidenti də səhər-axşam işə gəlib-gedəndə ona «vazduşnı» bir salam göndərirdi.

İndi də Mehman Hüseynov. Avropa Parlamentində müzakirə olunur. Bir müzakirə olunub, indi ikincisi də olacaq. Elə şər-şəbədə qalmayıb ki, atmayalar üstümüzə. Azərbaycanın artan nüfuzuna kölgə salmaq, zərbə vurmaq üçün Avropa Parlamentinin deputatları bütün ölkələrin proletarları kimi birləşiblər.

Baxıram, politoloqlar, yazarlar, deputatlar müxtəlif formalarda öz etirazlarını bildirirlər: «Niyə Dilqəm Əsgərovun taleyini müzakirə etmirlər?», «Niyə bir milyon qaçqının taleyi onları düşündürmür?», «Niyə sarı jiletlilərə qarşı törətdikləri vəhşiliklər, cinayətlərə görə Fransanın prezidenti Makrona gözün üstə qaşın var demirlər?» və sair və ilaxır.

Niyələr çoxdur. Amma məsələ ondadır ki, Avropadakı o qırx Kreml bizim kimi gənc respublikaları təzyiq altda saxlamaq üçündü, inkişafının qarşısını almaq üçündü. Liviya, Tunis, İraq , Suriya və sair və ilaxır kimi ölkələrə girdirmə demokratiya sırıyıb məhv eləmək, sonra da var-dövlətlərini sovurub aparmaq üçündü. Belə girdirmə demokratiyadan bizə də sırımaq istəyirlər, özü də neçə illərdi. Amma sırıya bilmirlər, gücləri çatmır. Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı müdrik, uğurlu xarici və daxili siyasətin nəticəsində hər dəfə əlləri boşa çıxır. Yenə həmin dalğa, həmin koordinant. Bizim insan hüquqları müdafiəçilərimiz də getdilər görüşdülər, xarici ölkələrin nümayəndələri də gedib Mehmanla bir qismət çörək kəsdilər, şəkillərini paylaşdılar, bu gənc özü də ictimaiyyətə müraciət elədi. Yox ey, niyə başında papaq yoxdu? Hazırda istintaq gedir, istintaqın nəticəsi məlum deyil. Amma Avropa Parlamenti tumanını yenə çırmayıb başına. Yox ey, Mehman Hüseynova azadlıq! Allah qapısını açsın. Kim nə deyir ki?! Ziyalılarımız da, hətta millət vəkillərimiz də onun tezliklə azadlığa qovuşmasını istəyir. Gəncdir, səhv edə bilər , bütün gənclər kimi. Və Mehman Hüseynov təhqir və böhtana görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunmuşdu . İndi də həbsxanadakı məlum bir hadisəyə görə cinayət işi qaldırılıb, bildiyim qədər heç ona qarşı ittiham da irəli sürülməyib. Bəlkə bəraət alacaq, bir gözləyin də. Yox, gözləməzlər. Sonra bəhanə əldən çıxacaq axı?

Nə isə, bu Avropa Parlamentidi! Bir kənddə kolxozun hesabat yığıncağıdı, həm də sədr seçəcəklər. Həsənqulu kişi durur ayağa, başlayır sədri möhkəm tərifləməyə. Yer-yerdən deyirlər ki, a kişi, çıxardırlar ey, baxıb görür vəziyyət yaxşı deyil, deyir:

- Bu bizim sədrin yaxşı tərəfləri, indi də keçək onun pis tərəflərinə.

İndi bu Avropa Parlamentinin pis tərəfləri. İndi də keçək bizim pis tərəflərimizə. Bu oyunu kimlər oynayıb, kimlər Avropa Parlamentinə tutalqa verib? Bir onların yaxasından yapışmaq gərəkdir ki, sizə Mehman Hüseynov şousu lazım idimi?

Bu gənc od olub haranı yandırasıydı ki? Amma siz onu od elədiniz və Avropa Parlamenti də bizdən aldığı benzini bu odun üstünə töküb onu daha da alovlandırır.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK