viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aydın BAĞIROV: Obradoviç bizi "obradovat" edəcək Adalet.az | Aydın BAĞIROV: Obradoviç bizi "obradovat" edəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aydın BAĞIROV: Obradoviç bizi "obradovat" edəcək

18818    |   2019-01-16 10:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AFFA bu gün U-21 milli komandasına Milan Obradoviçin gətirildiyini açıqlayıb. 41 yaşlı bu serbin məşqçi kimi ciddi uğuru olmadığı halda ölkə futbolunun ən strateji komandalarından birinə təyin edilməsi təəccüb doğurmaya bilməz.

Əvvəla ondan başlayaq ki, Obradoviç cəmi 4 il əvvəl məqçiliyə başlayıb. Yəni zəngin təcrübəsi yoxdur. Digər tərəfdən bir komandada uzun müddət fəaliyyət də göstərməyib. Hətta öz ölkəsi Serbiyada o, bir il ərzində (2017) düz üç komandada çalışıb – U-19, U-20 və U-17. Sonra Serbiya A millisinə baş məşqçinin köməkçisi təyin olunub və Azərbaycana gələnə qədər də orda işləyib. Baş məşqçi kimi klubda fəaliyyəti isə ("Koper", Sloveniya) 2015/16 və 2016/17 mövsümünə təsadüf edir və orda da fəaliyyəti qısamüddətli olub.

Elə isə Obradoviç hansı zururətdən milliyə gətirilib? Bu seçim zamanı AFFA rəhbərliyi qurumun Məşqçilər Komitəsinin rəyini nəzərə alıbmı? Komitənin tərkibində Ağasəlim Mircavadov, Vaqif Sadıqov və Şahin Diniyev kimi təcrübəsi olan məşqçilər var. Onların, eləcə də komitənin digər iki üzvü Şakir Qəribov və Yaşar Vahabzadəni bu təyinata səmimi şəkildə isti yanaşdıqları şübhə doğurur. Onlar ya Obradoviçin namizədliyinin əleyhinə olublar, ya AFFA rəhbərliyinin fikrinə qarşı getməyiblər (oxu: gedə bilməyiblər), ya da qurumun rəhbərliyi ümumiyyətlə, Məşqşilər Komitəsi ilə məsləhətləşməyib və mediadakı açıqlamalarının əksinə olaraq, sadəcə öz bildiklərini edib. Böyük ehtimalla Məşqçilər Komitəsinin rəyi AFFA üçün heç bir əhəmiyyət daşımır və nə vaxtsa da daşımayıb. Amma qərarı kim verirsə versin, bu təyinatın Azərbaycan futbolunun xeyrinə olacağını düşünmək sadəlövhlük olar. Obradoviçin məşqçilik təcrübəsinin azlığı, yerli futbolçuları tanımaması, bizim futbol mentalitetindən tamamilə uzaq olması gələcəkdə onsuz da bərbad durumda olan futbolumuza daha bir zərbə vura bilər. O, bizdə ən yaxşı halda köməkçi məşqçi kimi çalışa bilərdi. Amma təbii ki, qərar veriləndə AFFA üçün Obradoviçin faktiki olaraq, heç bir nəticəsi olmaması önəm daşımayıb və böyük ehtimalla, bu məsələdə futbol menecerləri ilə federasiyanın gizli işbirliyi mühüm rol oynayıb.

Ümumiyyətlə, Obradoviç kimilərindənsə milliyə məhz yerli mütəxəssislərdən birinin təyinatı daha yaxşı olardı. Məsələn, İşsiz olan neçə-neçə məqçimizdən birinin. Amma bu təyinat bir daha sübut edir ki, AFFA-da qərarverici insanlar üçün futboldakı problemlərin həlli deyil, şəxsi maraqlar daha ön plandadı.

Millidə bu vəzifəni daha əvvəl tutmuş Rəşad Sadıqov Azərbaycan futbolundakı problemlərə ən çox bələd olan və onun aradan qaldırılması istiqamətində səy göstərən şəxslərdən biri idi. Amma acı bir gerçəklik də var ki, futbol federasiyası bu problemi həll etmək istəyənləri özləri üçün problem görür. Elə buna görə də tezliklə R.Sadıqov da daxil olmaqla, yerli mütəxəssislər millidən qovuldu. Və indi gözlənilənlər baş verir – gələcəkdə bəlkə yaxşı məşqçi olacaq yerli mütəxəssislərin karyerasına elə ilk gündən ağır zərbə vurulur, milli komandalar isə futbolumuzda faydası olmayacaq və bura ancaq pul qazanmaq üçün gələn əcnəbilərə tapşırılır.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK