hacklink Adalet.az | Fəridə RƏHİMLİ - ALO... Adalet.az | Fəridə RƏHİMLİ - ALO... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Fəridə RƏHİMLİ - ALO...

6434    |   2018-11-23 15:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fəridə RƏHİMLİ

ALO...

"Telefon zəng çalır. Dəstəyi götürən kimi "Alo” deyirik. Bu hər gün bir neçə dəfə təkrarlanır. Bəs hər gün dediyimiz bu müraciət formasının necə yarandığını bilirsinizmi?
"Alo” sözünün maraqlı bir tarixçəsi vardır. Bu bir qadının adı və soyadının baş hərfləridir: Alessandra Lolita Osvaldo.
Bu qadın telefonun ixtiraçılarından biri olanA.Qrehem Bellin sevgilisi olub. A.Bell ilk telefon xəttini sevgilisinin evinə çəkmişdi. Telefon hər dəfə zəng çalanda Graham Bell dəstəyi götürüb sevgilisinin adını deyərdi. Bell zaman keçdikcə sevgilisinə adını qısa şəkildə deməyəbaşladı. Ona "Ale Lolos”deyə müraciət etdi. Daha sonra sadəcə adın baş hərfləri ilə kifayətləndi: "ALO”.
Bir gün Alessandra Belli tərk etdi. Buna baxmayaraq, Bell onun zəngini həmişə gözləyirdi. Sonralar telefon geniş yayıldı. Bell başqa insanlarla da əlaqə qurdu. Lakin hər dəfə telefon zəng çalanda Bell adəti üzrə dəstəyi götürüb "Alo” deyirdi. Bax beləcə "Alo” sözü telefonla danışan insanlar arasında da yayıldı və populyarlaşdı”.

Bu məlumatı uzun illər əvvəl oxumuşdum və hər "alo” dedikcə fikirləşirdim ki, görəsən kimsə bu sözü işlədəndə Lolitanı xatırlayırmı…

Bu məlumatı sadəcə, maraqlananlar üçün paylaşdım, yazımın məqsədi isə "alo”nun başqa variantda, başqa məqsədlə istifadəsi haqqındadır.

Son zamanlar hər tində-bucaqda çeşid-çeşid taksi reklamları, xidmət təklifləri görünməkdədir. "Alo taksi” reklamlarından götürüb zəng etdiyim şirkətin operatorlarının işləri haqda bilgisizlikləri, adi nəzakət qaydalarını öyrənməmələri, heç deyilsə, taksini yönəldəcəkləri ünvanı bilməmələri çoxlu narazılıqlara səbəb olur. Əslində kəmiyyət artıqca keyfiyyət aşağı düşdü. İlk vaxtlar xidmətlərini təklif edən taksi xidmətləri qaneedici idi. Sürücülər mədəniyyətləri ilə seçilirdilər, mənzil başına çatanadək siqaret çəkməz, kondisioneri də icazəylə işə salar, verdiyin pulun qalıqlarını geri qaytarardılar. Amma hər "ilk”lərimiz kimi bu da uzun sürmədi.

"Tərlan” şadlıq evinin Saray kəndində olduğunu xüsusi vurğulasam da, məni doqquzuncu mikrorayondakı şadlıq evinə aparmaq istəyən sürücüyə - hara gedirsən, a bala?- deyə soruşduğumda məni borclu çıxartmağa çalışdı. Bəlli, tanınmış yer deyin ki, bilək də! – deyə etiraz edən sürücüyə: Bir kənddə bir şadlıq evindən daha tanınmış nə ola bilər ki, a bala? Bəlkə desəydim məni Zeynəbgilə apar, o vaxt tanıyacaqdın! Yersiz danışmasından pərt olan sürücü bu dəfə də günahı operatorun düzgün yönəltmədiyində gördü...

Tək taksilər deyil, bütün xidmət sahələrimizdə işə laqeyd yanaşma, o işdən yalnız gəlir mənbəyi kimi istifadə etmə hər kəsin bildiyi bir şeydir. Bu işin, yarı-yarıya deyilsə də, heç olmasa müəyyən cüzi bir hissəsini xalqa xidmət təşkil etməlidi. Hər sahədə formallıq, yalnız maddiyata bağlı dırnaqarası xidmətlər hökm sürməkdədi və bunun hara qədər gedəcəyi məni çox narahat edir.

Hər səhər-axşam, avtobus xidmətindən istifadə edənlərin yaxşı bildiyi kimi, evdən çıxıb işə və əksinə, getmək üçün ən az 3-4 saatımız yolda sərf olunur. Bütün dünyada məqsədi əhaliyə xidmət olan, sərnişinlərin rahatlığı üçün təşkil olunmuş avtobus xidmətləri bizdə əsəb mənbəyidi (BakuBus-ları çıxmaq şərtiylə). İqtisadi çətinliklər, sosial problemlər içində olan aşağı təbəqə nümayəndələri evdən çıxıb getdiyi ünvana yetişənə qədər nə qədər olumsuz olaylarla qarşılaşıb əsəbləşir – hər səhər onu müşahidə edirəm, çünki mən də onlardan biriyəm...

Avtobusu qəsdən gecikdirərək insanları "mehriban olmağa” səsləyən sürücüdən tutmuş əlaqədar təşkilatların hamısı hər səhər-axşam sərnişinlər tərəfindən xatırlanır. Yaxşı, ya pis, onu siz düşünün! Sıxlıqdan tərləyib, avtobusdan endiyində "sətəlcəm” olan, təmiz geyinib çıxdığı paltosu, ayaqqabısı palçığa , toza batan adamlar hansı əhvalla işə gedir sizcə? Hə, elə o əhvalı da işə daşıyır və sinirini işdəkilərə tökür...

O gün axşam 119 nömrəli avtobusu yarım saata qədər gözlədik. Hava çox soyuqdu. Digər avtobuslardan basabas olsa da üç-dördünün keçməsinə baxmayaraq 119 görünmürdü. Nəhayət biri gəldi – kənardan bir-birinə və qapı şüşəsinə yapışmış kimi görünən insanların acınacaqlı halı məni pərişan etdi. Düşündüm ki, görəsən bu millət bir-birinə niyə belə əziyyət verir. Axı neft və milyonlar səltənəti olan bu gözəlim ölkədə əhalinin rahatlığı üçün şərait yaratmaq mümkündür! Bunu kim, niyə istəmir? O halı görərkən və işdən sonrakı yorğunluqdan, ayaqüstə durmaqdan, soyuqdan halım pisləşməyə başladı. Keçən avtobusun üstündə BNA – Bakı Nəqliyyat Agentliyi və "Alo 141 – yol sizindir.... filan yazırdı. Zəng elədim, əsəbi şəkildə bu millətə niyə belə əziyyət edildiyini, avtobusun niyə vaxtında gəlmədiyini soruşacaqdım. Sərnişinlərin rahatlığı üçün heç bir iş görmürsünüz, heç olmasa marşrutlar fürsətçiliyi buraxıb vaxtında işləsindər, demək istəyirdim. Operator – "kompüter xanım” musiqi sədaları altında, asta-asta: "Siz növbədə üçüncüsünüz, xahiş edirik gözləyin”i bir neçə dəfə təkrar etdi. Sonra beş-altı dəfə də "Siz, növbədə ikincisiniz, xahiş edirik gözləyin.... səsiniz yazılır...” deməsinə 30 dəqiqəm və 30 qəpiyim çıxdı, telefon dəstəyini isə qaldıran olmadı. Əslində bu cür xidmətlər pulsuz olmalıdı. Onsuz da getdikcə artırılan qiymətlərlə qanımızı soranlardan biri də elə nəqliyyat sahəsidir. Görünür, hər zəngdən söyüş, qarğış eşitdikləri üçün pullu xidmətə üstünlük veriblər. Onlara gələn zəngləri dinləmək mənə çox maraqlı olardı...

"Hörmətli” cavabdeh şəxslər! Öz rahatlığınızı bizim narahatlığımız, əsəblərimiz üzərində qurmayın, bu milləti bu qədər canından bezdirməyin!!! Hər şeyin bir sonu olur...



İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK