viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: QIĞILCIMI SÖNMƏYƏ QOYMAYIN Adalet.az | Əbülfət MƏDƏTOĞLU: QIĞILCIMI SÖNMƏYƏ QOYMAYIN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: QIĞILCIMI SÖNMƏYƏ QOYMAYIN

Və yaxud açılan səhəri qarşılayın

7414    |   2018-09-29 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Açılan hər səhər özü ilə birlikdə yeni günün qayğılarını, sevincini, kədərini də gətirir. Və biz də bunu bilə-bilə hər gecə səhərin açılmasını səbirsizliklə gözləyirik. Elə bil ki, tələsirik kədərlə, qayğıyla görüşməyə, qol-boyun olmağa. Görünür bu, insanın təbiətindən irəli gəlir, kədərsiz, qayğısız, sevincsiz yaşaya bilmir. Hər halda, bunu mən belə görür, belə başa düşürəm. Və başqa variantların, başqa səbəblərin olduğunu inkar da etmirəm. Hər halda, dediyim fikrin kökündə nəsə var. Məhz o nəsəni tapmaq, ona çatmaq üçün, başqalarını deyə bilmərəm, mən səhərin açılmasını çox böyük səbirsizliklə gözləyirəm. Necə deyərlər, kirpiklərimi bir-birinə həsrət qoyuram. Axı açılan səhər gözlərimi sevindirəcək və mən kədərimi, sevincimi böləcəm!..

Bəli, yaş öz sözünü deyir. Hər gün bir iynə boyu yaxınlaşıram 60-a. Və hər gün də elə yüz qat da bu boyda uzaqlaşıram dünənimdən. O dünəndən ki, orda mənim kəndim qalır... orda mənim yurdum-yuvam qalır... orda mənim bulaqlarım, dağlarım, çaylarım qalır... orda mənim uşaqlıq illərim... orda mənim gənclik sevinclərim... orda mənim bu günə gələn yolumun başlanğıcı tapdalanır... mina basdırılır... Bütün bu dediklərimin göyə sovrulması üçün, külə çevrilməsi üçün mən də az qala müşahidəçi kimi, özü də ATƏT-in Minsk qrupunun müşahidəçiləri kimi kənardan baxır, iç dünyamda monitorinq aparıram. Və sonra da özüm-özümə təsəlli verirəm ki, bu monitorinq insidentsiz ötüşdü. Atılan güllələr xatirələrimə dəydi... partlayan mərmilər ürəyimin yarasının qaysağını qopardı... Görürsünüzmü, açılan səhərlər mənə nələri yaşadır, mənə nələri diqtə edir və mən də səhəri gözləyirəm bu ağrılarla yaşamaq üçün...

Hə, indi payızın nəfəsinin duyulduğu bu günlərdə mən köhnə bir xatirənin sapını çözürəm. Əslində bu köhnə deyil. Yaşı da bəllidi, tarixi də, günü də, saatı da. Söhbət o xatirədən gedir ki, onda mənim kəndim mənim evim odlara qalanmışdı və yavaş-yavaş yanıb külə çevrilirdi, özü də gözlərimin önündə. Bu hadisə 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə baş verirdi. Yanırdı kənd... yanırdı evlər... yanırdı evim... Mən də işıq saçan güllələrin göyü bəzəyən rəngarəng çalarları altında kirpiyimin üzündə düyünlənmiş yaşla baxıram. İndi görün məndə nə boyda ürək var ki, baxıram və heç nə də edə bilmirəm. Ev isə yanır... Uşaqlığımla birlikdə, izlərimlə birlikdə... xatirələrimlə birlikdə... divarlardakı nəfəsimlə birlikdə... Xatırlamaq nə qədər çətin, nə qədər acı olsa da, amma açılan səhər özü məcbur edir səni o tarixə, o günlərə qayıtmağa və mən də qayıdıram...

Çox qəribədir, bütün bu yaşananların içərisində ömür də əriyir. Və əriyən ömrün üzdə qalan hissəsi, yəni xəlbirdə qalan sənə sevinc vermir, sənə xoş anlar yaşatmır. Çünki xəlbirdə daha çox kədər qalır, dərd qalır. Bir adamın çəkə bilməyəcəyi kədər... bir ürəyin dözə bilməyəcəyi dərd... Amma Allahın qüdrətinə, möcüzəsinə bax ki, bu sözləri yaza-yaza, o dərdi, o kədəri çəkə-çəkə döyünür ürək... Deməli, yaşayır. Bax, bunun özündə də bir hikmət var, bunun özündə də bir sirr var. O hikməti, o sirri açmağa, o tilsimin "simsim"ini fəhm etməyə demək olar ki, imkansızam, acizəm. Sadəcə, bir güvən yerim var. O da içimdəki közərən ümiddi. O ümid də səninlə bağlıdı. Sən hər dəfə o ümidi nəfəsinlə, səsinlə, hərəkətinlə sönməyə qoymursan. Elə bil ki, hər təmasda o közün üzərinə bir damcı yağ damızdırırsan sönməsin deyə, ölməsin deyə. Mən isə namərdcəsinə yazıram:


Ayağının ucuna susub baxırlar

Susub yandırırlar, susub yaxırlar...

Soyuq gülləni də susub çaxırlar -

Elə öldürürlər sevmədiklərin -

Qadınlar...


Ürəyi şumlayıb əkib, baxırlar,

Dərd şumda gör necə səkib?! - baxırlar...

Baxışla çarmıxa çəkib baxırlar -

Belə öldürürlər sevmədiklərin -

Qadınlar...


Kirpikdən nəm damır, bulud tökülür

Elə bilirsən ki, umud tökülür...

Baxışdan, duruşdan "Unut!" tökülür

Belə öldürürlər sevmədiklərin -

Qadınlar...


Tütəyi olubdu qarğı dünyanın

Göz yaşı axıdır arxı dünyanın...

Bax, belə fırlanır çarxı dünyanın

Belə öldürürlər sevmədiklərin -

Qadınlar...


Mən bu yaşımın da, bu günümün də

Gördüm ləzzətini Məcnun dinində...

Bəsdi ay ürəyim, sən az inildə -

Belə öldürürlər sevmədiklərin -

Qadınlar...


***

Hərdən günümü, saatımı bir fikrin çözümünə yönəldirəm... bir istəyin qapısını açmağa, heç olmasa cəftəsindən tutub onu silkələməyə çalışıram. Bu, inadkarlıq deyil, bu, gün öldürmək də deyil. Bu, sadəcə olaraq içimdəki o istəyin qatlarına enmək, onun layları arasındakı gizlənən sirləri öyrənmək cəhdidi. Axı insan məqsədə doğru israrlı cəhdlər etməlidi. Heç olmasa əli, lap heç olmasa gözləri o cəhd etdiyinə toxunmaq, görmək üçün. Bütün bu cəhd məqamı isə təbii ki, vaxt aparır. Vaxt da ömür deməkdi. Bax, aparılan vaxt da hardasa itirilmiş olanda adamı daha çox ağrıdır. Özünü qınamağa, özünü divara söykəyib ittiham etməyə səni təkcə həvəsləndirmir, həm də məcbur edir. O məcburiyyət də səni bir az da çox çabalamağa, bir az da çox bilgilər əldə etməyə, variantlar düşünməyə vadar edir. Bu düşüncələrin, bu yeni variantların içərisində sən həmin o məqsədin müəyyən elementlərini, müəyyən cizgilərini öyrənməyə müvəffəq olursan. Onlar da sənə müəyyən stimullar verir. Məsələn, hansısa bir palıd kötüyünü baltalamağa cəhd edirsən. Qolun yorulur, haldan düşürsən. Amma baltanı bir kənara atmırsan. O kötükdən qopardığın kiçik qamqalaqlar səndə ümidin ölməsinə imkan vermir. Görürsən ki, hər balta zərbəsindən sonra kötüyün nə qədər olmasa da kiçik bir hissəciyi artıq qopubdu. Onun bütövlüyü də yaralanıbdı, ondan da hissəciklər qopmağa başlayıbdı... Bu bənzətmə uğursuzdu, bəlkə də yerinə düşmür. Amma inadkar olduğumdan bilirəm ki, ömür aman versə, onda sən də mənim məqsədimdən ölməməyimə, inadkar olmağıma haqq qazandıracaqsan. Onda sən də həmin o kötüyün necə əridiyini dəyərləndirəcəksən. İndi deməsən də, onda deyəcəksən ki:


Öyrənmək istəsən dilim - həməndi...

İmanım həməndi, dinim həməndi...

Mənim ürəyimin qıfıl-kəməndi -

Sənin əlindədi - sən də demirsən...


Gecəm tikan üstə, gündüzüm perik

Ürəyim şum yeri, özü də herik...

Nə qədər deyirəm, gözümə görük -

Görmək istəyirəm - mən də, demirsən!..


Ahları hörərək saç eləmişəm

Həsrəti özümə tac eləmişəm...

Bildiyim sirrimi aç! - eləmişəm -

Görsünlər itmişəm, çəndə! - demirsən...


Xəyal təsəllisi, söz ovutması

Bir az da səbr elə, döz! - ovutması...

Mənim ürəyimin köz ovutması -

Görünür saçdakı dəndə - demirsən...


***

İtirə-itirə getmək özü də bir qismət, bir alın yazısıdı. Elə bütün yazıların yalnız biri pozulmur. Yalnız bir yazını əsəbi şəkildə cırıb zibil qutusuna atmaq və yaxud əlindəki alışqanla yandırmaq mümkün deyil. Çünki o yazı vərəqə yazılmayıb. Burda bir təşbeh gəlir ağlıma. O yazı elə bil ki, siqaretdi. Yandırıb çəkirsən ciyərlərinə, hopdurursan özünə. Onu sənin ciyərlərindən, sənin özündən çıxara biləcək bircə güc var, bircə imkan var - o da ki, torpaq! İndi bildiniz ki, söhbət hansı yazıdan gedir?!

Bəli, alın yazısını bizim bəzən tale dediyimiz yazını yazan özü o yazını hər gün bizə oxutdurur, yaşatdırır. Sanki bu, yol xəritəsidi. Biz o xəritəylə ömrün keçidlərindən keçib gedirik son ana doğru, son mənzilə doğru. Və beləcə, bir də başımızı qaldıranda görürük ki, dayanmışıq divarla üzbəüz- aşılmaz, keçilməz divarla. Çünki bu, Çin səddi deyil! Bu, ömür səddidi!

Mən hər gün, hər an o səddin kölgəsini görürəm, hiss edirəm. Və bundan da düzünü deyim ki, heç narahat da olmuram.

Əksinə, hardasa bunun həyatımda ən önəmli olan Sənə müəyyən qayğısızlıq, rahatlıq gətirəcəyinə görə sevinirəm də. Çünki mən olan hər yer sənin üçün narahatdı, sənin üçün problemlidi. Necə deyərlər, mən olmayan yerlər daha gözəldi. Ona görə də sözün gücündən, qələmin diqtəsindən yararlanıb həmin o duyğuları, o düşüncələri misralamağa çalışıram. Bu da hardasa bir pıçıltıdı, hardasa bir ürək diqtəsidi. Necə deyərlər, öz səbbini almaq üçün, özünə, öz yanğına su səpmək üçün. Bax, elə bu şeirdə də onu deməyə çalışmışam. Yazmışam ki:


Məktub tək ürəyimi

Açdım, sənə oxudum...

Düşündüm ürəyini -

Ürəyinə toxudum!...


Hər anın, hər diqtəsin

Duydum sənin dilindən...

Xəbəri yox heç kəsin -

Tanrın çəkən filmdən!..


Xəyalları gerçəklik

Yuxuları həqiqət...

Bilə-bilə aldatdım -

Özümü mən bu müddət...


Daha fikir eləmə

Çin elədin yuxumu...

Bildirmə də aləmə -

Gizli ağla ruhumu!..


***

Bəli, yazımın ön cümləsində dedim ki, hər açılan səhər bizi günün kədəri, qayğısı, sevinciylə salamlayır. Və onu da əlavə etdim ki, artıq yurdsuzluğumun 27 yaşı tamam olur. 27 yaşlı cavanların az qala əlli faizi artıq ailə sahibidi. Deməli, bu 27 ildə Tuğ kəndindən uzaqda, amma doğum şəhadətnaməsinə doğulduğu yer Tuğ kəndi yazılan nə qədər insan gəlib dünyaya. Və onların da artıq bir qismi valideyndi. Bu valideynlərin uşaqları da doğum kağızında tuğlu kimi qeyd olunub. Amma nə o uşaqlar, nə o uşaqların uşaqları Tuğu görməyiblər. Tuğu ən yaxşı halda bizlərin dilindən eşitdikləri xatirələr hesabına təsəvvür edə bilirlər. Onu da bir qismi... Deməli, bunun özü da açılan səhərin bizə yaşatdığı dərddi, kədərdi. Biz öz dözümümüzlə daşıyırıq bu dərdi, kədəri...

Mən heç də dərdə, kədərə baş əyməyi, diz çökməyi aşılamaq istəmirəm. Amma bu fikirlər bir gerçəkliyə də söykənir. Bir bardaq su səni aparırsa, ona sel deməyə məcbursan. Bax, bu mənada çəkdiyim kədər, yükləndiyim ağrı-acı məni onun gücünü etiraf etməyə vadar edir. Mən də qələmin gücünə o etirafa gedirəm. Amma bütün etirafların nə qədər səmimi olduğuna zamin durmadan demək istəyirəm ki, çırpınmaq, silkələnmək, toparlanmaq heç vaxt gec deyil!..

P.S. Bu yazını bilgisayara diqtə edəndə öyrəndim ki, siz yazını oxuduğunuz vaxt paytaxtımızda, daha doğrusu, Məhsul stadionunda "Qarabağa azadlıq!" mitinqi keçiriləcək. Bunun özü də hardasa mənim dediyim silkələnmək, çırpınmaq, özünə dönüş etmək fikirlərimin qığılcımlarıdı. Yəqin ki, "qığılcımdan alov doğar" fikrini yaddaşınızdan silməmisiniz. Əgər silmisinizsə, onda zəhmətə qatlaşıb qaytarın o müdrik kəlamı yaddaşınıza.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK