Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: KƏDƏRLƏ ORTAĞAM, QƏMLƏ ŞƏRİKƏM Adalet.az | Əbülfət MƏDƏTOĞLU: KƏDƏRLƏ ORTAĞAM, QƏMLƏ ŞƏRİKƏM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: KƏDƏRLƏ ORTAĞAM, QƏMLƏ ŞƏRİKƏM

Ümidimin işığında...

11013    |   2018-09-21 18:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Başlığı oxuyan kimi başınızı bulamayın. Neyləyim, bir yandan həyatın özəl sıxıntıları, problemləri, bu biri tərəfdən sağlıq durumundakı problemlər və nəhayət, bir-birimizə yaratdığımız problemlər. Bax, bunun içərisində normal adam olmaq, normal adam kimi yaşamaq, düşünmək və normal adamlara dəstək olmaq mümkündürmü? Sualı təkrar etmədən deyə bilərəm ki, şəxsən mənim üçün çox çətindir, hətta heç mümkün də deyil. Ona görə ki, həyat sıxıntısını unutmaq istədiyin an sağlamlıq səsini çıxarır, dava-dərman səs-səsə verir.

Bunları yoluna qoymaq istədiyin yerdə kömək durduğun, əlindən tutduğun, adam bildiyin təkcə ətəyini yox, əlini də, biləyini də çəkib aparır özü ilə. Və beləcə, ömrünü-gününü büküb göy əskiyə verirlər qoltuğuna, deyirlər yaşa! Amma necə, nə cür, nə ilə? Bunu deyən yoxdu. Bir də ki, illərin sınağından gəldiyim nəticə budur ki, dünyada ən asan iş məsləhət vermək, tövsiyə etməkdir. Daş daşıyana əl uzatmaq, qum ələyənə kömək durmaq, yük daşıyanın şələsini qaldırmaq hər adamın ürəyindən gəlib keçmir. Ən yaxşı halda, ürəyindən gəlib keçən "yorulmayasan!" demək və yoluna davam etməkdi.

Təbii ki, bu sözü, bu duanı ifadə etmək insanlıq əlamətidi. Lakin hamı insan deyil axı... Hamı Allahın yaratdığıdı. Amma hamının dünyası da, Allaha sevgisi də eyni deyil. Buna görə də bax, bu yazının başlığı sizin xoşunuza gəlmədi. Yəni mənim gördüklərimi, yaşadıqlarımı, içərisində olduğum şəraiti sözə çevirəndə çoxunuzun xoşuna gəlmirəm... çoxunuz bunu qədərindən artıq hesab edirsiniz, yersiz-lüzumsuz sayırsınız.

Amma nəyə istəyirsiniz and içim ki, bu dünyanı cəhənnəmə döndərən adam olmayanlardı, insan olmayanlardı. Məhz onların nəfsləri, məhz onların əməlləri dünyanı cəhənnəm edir, adamı yaşamaqdan iyrəndirir... Əlini həyatdan, elə həyətdən də soyudur. Ona görə də içinə ağırlıq çökür, ürəyin yorulur, nəfəsin səngiyir, dizlərin yerə gəlir. Və beləcə, SON gəlib durur qapının ağzında...

Bəli, bütün bu söylədiklərimi hamınız bilirsiniz. Və bütün bu oxuduqlarınızın hamısından xəbərdar olduğunuza görə, sizi təəcübləndirə bilmədim, açığını deyim ki, heç buna cəhd də etmədim.

Çünki indiki halda təəccüblü heç nə yoxdu. Olanlar təəssüf üçündü. Ona görə də təəssüf də doğurur. Ən çox da üzünə maskalar geyinib, masasının üstünə müqəddəs kitablar qoyub onun arxasında gizlənib danışanların əməli bəlli olanda necə təəccüb etməyəsən. Çünki müqəddəsliklə, kobud desəm, məzələnən, lap kobud desəm, onu özünə sipər edən adamları görüb təəccüblənməmək olar? Burada ancaq təəssüf etməlisən ki, bu and içənin, bu əməl sahibinin müqəddəslikdən, inancdan anlayışı yoxdu. Varsa da, onu dünyanın ən dərin quyusuna atıb ki, bir daha oradan çıxarmaq mümkün olmasın. Buna isə yenə deyirəm, ancaq təəssüflənmək gərəkdi. Mən də elə o təəssüf hissiylə yaşadıqlarımı unutmaq istəyirəm.

Amma alınmır. Çünki bir deyil, iki deyil və yaxud bu təkcə mənim müşahidələrimin nəticəsi deyil. Hər kəsin qarşısına çıxır, özü də addım başı...

Deməli, bütün bunlardan sonra ümid yenə insanın öz daxilinə, öz varlığına və bir də güvəncinə qalır. O güvəncə ki, onu özün bilirsən, özündən sayırsan.... onu özündə, özünü də onda görürsən... Təbii ki, mən bu yazdığım fikrin arxasında özümü görürəm, özüm dayanıram. Və ona görə də sözlərimin, fikirlərimin arxasında da dururam. Hələ üstəlik bu düşüncələri şeirə çevirib yazıram:


Hələ sümüyünə düşmür kədərin

Çiçəyin havası, gülün havası...

Ağardıb üzünü amma qədərin -

Soyulmuş ocaqda külün havası...


Bu düz göz oxşayır təpələriylə

Yara göz-göz olur qəlpələriylə...

Yaman yamsılayır ləpələriylə -

Dəryanı, dənizi gölün havası...


Doğuldum sevincə, həm qəmə sakin

Göyərtdim içimdə həsrətə ta kin!..

Əbülfət olmaqdan qorxmadım, lakin -

Üşütdü içimi çölün havası...


***

Hər gün özüm özümə söz verirəm ki, kədərin, qəmin daşını sapanda qoyub qolumun gücü çatdığı qədər uzaqlara atacam...

Və hər gün də verdiyim sözün sahibi olmaq üçün həmin o kədərin, qəmin daşını axtarıram, onun içərisinə qoyacağım sapandı da... Amma tapa bilmirəm. Hətta hərdən birini tapıram, o birini yox. Bax onda rəhmətlik Nüsrət Kəsəmənlinin "Biri vardı, biri yox" şeiri yadıma düşür. Həyatdan gələn, şairin iç dünyasını ifadə edən o şeirin fonunda mən də öz dərdimi, kədərimi, daha doğrusu, onun daşını və sapandını tapmayıb verdiyim vədin gözlərinə baxmaqdan çəkinirəm. Və hətta o vədi niyə verdiyimə görə özümü qınayıram. Gərək belə etməyəydim! - deyirəm özüm özümə. Qoşulaydım hamıya, gedəydim dərdimlə, qəmimlə yol-yoldaşı kimi ən uzaq səfərlərə. Bəlkə elə həmin yollarda sözümüz çəpləşəcəydi... fikirlərimiz haçalanacaqdı... özümüz səssizcə ayrılacaqdıq bir-birimizdən...

Ağlıma gələn bu fikrin reallığına inanmasam da, amma ondan da vaz keçmirəm ki, bir təsadüf də ola bilər. Elə bir təsadüf ki, əynimə geyindiyim, boyuma biçilmiş dərdi-qəmi alar əlimdən, götürüb aparar... Əgər belə olsa, yəni bu təsadüf reallaşsa, gerçəkləşsə, onda mənimlə kim qalmış olacaq? Ən çox istinad etdiyim, ən çox sarıldığım, canıma-qanıma hopub illərlə doğmalaşdığım, dərdi-qəmi əlimdən alıb əvəzində nə verəcəklər mənə? Onsuz yaşamaq olarmı? İnanmıram. Düzdür, ən doğma adamlar məni həmişə özünə dərd axtaran, özü üçün qəm yaradan biri hesab etsələr də, mən onları qınamıram, heç incimirəm də onlardan. Çünki gördüklərini, müşahidələrini deyirlər. Və bu yerdə ağlımdan gəlib keçən bir fikri də deyim ki, bir halda ki, özüm-özümə dərd, qəm yarada bilirəmsə, bu yaratdıqlarımdan niyə imtina edim? Ümumiyyətlə, yaratdığından imtina etmək olarmı? Əgər olarsa, deməli, o dərd də, o qəm də atılmış dərdqəm olacaq. Atılmışların isə çox az-az hallarda sığınacağı olur. Mən isə dərdimin, qəmimin küçələrdə veyillənməsini, sığınacaqsız qalmasını heç cür təsəvvür etmirəm. Cismən, ruhən yaşadığım halda onlar niyə kimsəsiz qalmalıdılar. Kimsəsizlik həm də özü bir tənhalıqdı. Tənhalığın nə olduğunu özümə qapılanda, öz dünyamdan uzaqlara baxanda və bir də gözlərim yol çəkəndə daha çox hiss edirəm. Bax, bu şeirdə yazdığım kimi:


Qollarını

bir-birinə

dolayıb...

ürəyində,

ağlında olanları

bir-birinə

calayıb...

fikirli-fikirli

söykənib

qapı tininə...

və yol çəkən

gözləriylə

gəlməyəcək

birini gözləyir -

Ürəyim!..

hardasa

uzaqlardan çox uzaqlarda

yəni

göyün

o biri üzündə

biri də

qolları düyün düşmüş

fikirli...

kirpikləri nəmli

qalıb qapıda -

qaytara,

nə də götürüb apara

bilmir

otağa,

yatağa

közərdir

Ürəyini!..


Beləcə, problemlərin, qayğıların kərpic-kərpic üst-üstə yığılıb dörd divar yaratdığı bir səhnəni, bir meydanı gözünüzün önünə gətirin. Onda görəcəksiniz ki, bu dörd divar bir az evdi... bir az qəsrdi... bir az həbsxanadı... ən çox isə məzardı... Onun içərisində vaxt öldürmək, zaman əritmək mənim bəxtimə, mənim taleyimə yazılmış bir yazıdı.

Mən bu fikirlərin ağırlığını, yaratdığı assosiasiyanı çox gözəl başa düşürəm.

Amma yazmaya da bilmirəm. Ona görə ki, sığındığım, sirlərini bölüşdüyüm yalnız LAL DÖRD DİVARDI! Əgər o lal dörd divarın nə vaxtsa dili açılsa, etdiyimiz söhbətləri bəyan etsə, onda...

Hə, onda elə bil ki, qaranlıq otaqda qəfildən lampalar alışacaq. Ramiz Rövşən demiş, hər şey görünəcək, özü də olduğu kimi. Onda elə mən də sizə yenidən görünəcəm, olduğum kimi. Və biləcəksiniz ki, bu misralar da təkcə onun üçün deyil, həm də sizin üçün yazılıb. Və siz, eləcə də O, dörd divarla mənim doğmalığıma, ünsiyyətimə ən azı bir iynə boyu həsəd aparacaqsınız. Çünki:


Yaralanmış, qanad salmış Qu kimi

Dəniz onu... o dənizi... bu kimi?!

Ürəyimə hava kimi, su kimi -

Çəkdiyimi dörd divara danışdım...


Yüyürməklə, büdrəməklə gələn, mən

Yol uzunu xəlbirlənnəm, ələnnəm...

Gözlərini bu gözlərim qələmnən -

Çəkdiyimi dörd divara danışdım...


Acıları şəkər edən, qənd edən

Qənd olanı bir-birinə bənd edən...

Hər anımda gecikməyi dərd edən -

Ləngliyimi dörd divara danışdım...


Zaman-zaman toparlanıb 10 özü

Məndən önə gəlib keçib son özü...

Ümid adlı son güvəni, son sözü -

Əkdiyimi dörd divara danışdım...


Qəlb oynadan bu gəlimdi, gedimdi

Neynim, ya da axı necə edimdi?!

Onsuz anlar Əbülfət də yetimdi -

Təkliyimi dörd divara danışdım...


Bəli, bu dünyanın hər üzünü, daha doğrusu, özüm olub yaşadığım üzünü bir az görmüşəm, bir az da görməyə çalışıram. Sonuncu görmək istəyim Allahın verəcəyi ömürdən asılıdır. Sadəcə, içimdə bir bitib-tükənməyən, məni hər zaman od üstündə saxlayan bir dilək var. O da müəyyən pisliklərin sonunu görmək, müəyyən pislərin yaxşılığa doğru dönüşünü görmək və ən vacibi isə içimdəki sənlə özümün bu gördüyüm dünyadakı anlaşmasını yaşamaqdı. Əgər onu yaşaya bilsəm, mələklərin müjdəçisi olduğu o biri dünyada da ümidin sönməyəcəyinə inanacam.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK