hacklink Adalet.az | AİLƏMİZ - QIZLARIMIZ Adalet.az | AİLƏMİZ - QIZLARIMIZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AİLƏMİZ - QIZLARIMIZ

57234    |   2013-04-13 08:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Türklər bir-birilərinə qarşı düz və mehribandılar. Neçə dəfə onların yemək yedikləri vaxt yanlarından ötən bir kasıbı çağırıb süfrənin başında oturdub qarnını doyuzdurduqlarının şahidi oldum. Biz bunu eləmərik. Onlar hər hansı mənfəət və ya gözə girmək üçün əsla yaltaqlıq etməzlər. Hamısı hörmətkar, cəsur, ciddi və sadədirlər. Heç kəsi təhqir etmək istəməzlər. Az və qısa danışarlar. O qədər düz və namusludurlar ki, bir işin özgə cür ola biləcəyini düşünmədiklərindən və hər kəsi özləri kimi qəbul etdiklərindən xaçpərəstlər tərəfindən daim aldadılırlar".

Garanvillə Murray

İnsanın, qənimi, düşməni, yağısı, nə deyirsiniz deyin, onun tərəfindən öyülməsindən daha böyük qürur mənbəyi nə ola bilər. Yuxarıda təqdim etdiyim sözlər günümüzdən uzaq başı iki əsr qabaq bir xaçpərəst tərəfindən söylənib, yazılıb.

1985-ci ildə TRT-yə yenicə işə qəbul olunmuşdum. Rusca şöbəsində Şəfiqə Ortyalı adlı bir qadın işləyirdi, özü Krım tatarlarındandı. Krım, ruslar tərəfindən işğal edildikdən sonra orda yaşayan türklərin əzab-əziyyətli həyatı da başlamışdı. əslində rus bəlasını öz başlarına bir az da özləri açmışdılar. Giray xanın tarixi xəyanəti xalqının başına o bəlaların gəlməsinə bir növ vəsilə olmuşdu. Şəfiqə xanım, Türkiyənin görkəmli tarixçisi, sonradan dostlaşdığım prof. dr. İlbər Ortaylının anasıdır. Həddən artıq nəzakətli, şüurlu və tərtəmiz bir Türk anası idi. Mən ona həmişə "aney" deyə xitab edərdim və vaxt-vaxt Krımdan nə cür "kulak" adlandırılıb sürüldüklərini, var-yoxlarının bolşeviklər tərəfindən müsadirə edildiyini, Azərbaycanın Gəncə vilayətinə nə cür müvəqqəti olaraq yerləşdirildiklərini, yeniyetmə bir qızkən Azərbaycan Türklərini, onların ailə qurğusunu, mədəniyyətini, əxlaqını nəyə dəyər verib nəyə nifrət elədiklərini öz müşahidələri ilə çox gözəl şəkildə bizə danışırdı. Hərdən onu hirsləndirirdim, bilərəkdən özümü şovinist kimi təqdim edirdim, əsəbiləşirdi və başlayırdı məni danlamağa; "Bizə Stalinçi, Leninçi, Pyotrçu, Hitlerçi ruhda millətçilər yox, İsmayıl Qaspıralı, Yusif Akçura, əli Bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Atatürk kimi Türkçülər gərəkdir. Tanrı hər milləti müsavi yaradıb, bizim xaricimizdə qalan insanlar da bəşərdilər, onların da hərəsi bir ananın övladıdır, düşmənimiz də olsa heç bir kəsi aşağı səviyyədə həqir varlıqlar kimi görə bilmərik" - deyərdi. Rusların, almanların onlara eynilə heyvan kimi yanaşdıqlarından, özlərinə dünyanın ən həqir varlıqları kimi rəftar etdiyindən danışardı. O vaxt, "ay aney, axı mən deyirəm biz türklər dünyanın ən mədəni, ən mərhəmətli millətiyik, hamını bir gözdə görürük, yaradılanı yaradandan ötrü sevirik, bizi Allah özünə ordu yaradıb, sən mənə deyirsən ki, şovinistlik eləmə, almanlarla, ruslarla bizi tərəzinin eyni tayında çəkə bilərsənə!" - deyə müraciət edəndə də neçə dəfə sinəsi türklüyün qüruruyla dolub kövrəldiyinin şahidi olurdum. "Dediklərin doğrudur Seyfəddinim, ancaq biz onlara Tanrının yaratdığı varlıqlar, onun nurunu daşıyan insanlar kimi baxmalıyıq, bizim milli tərbiyəmizə ayrı cür fikirləşmək yaraşmaz" - deyərdi. əslində deyilə bilər ki, hər gün olmasa da iki-üç gündən bir boş vaxtlarımızda otağımızda bu cür mübahisələr olardı. Mənim xətrimi çox istəyərdi, hətta oğlu İlbər bəyə də demişdi və bir gün onu universitetdə ziyarətə getdiyimdə, "Annəm səni çok sevir, ona nə cür rəftar elədin ki, özünü bu qədər sevdirdin, o birini sevmək barədə çok həssasdır, hər bir kəsə sənə yaxınlaşdığı kimi yanaşmaz" - dedikdə də, hər şey qarşılıqlıdır deyə cavab vermişdim.

Əslində, Krım tatarlarının aristokrat ailəsinin hörmətli bir üzvü olan Şəfiqə xanım bizim mifoloji çağlardan süzülə-süzülə gələn ailə tərbiyəmizi, insan-Tanrı, insan-digər varlıqlar əlaqəsini və bu əlaqələrdə bizə xas olan fikrimizi, düşüncəmizi, hissiyyatımızı büruzə verirdi. Bizi biz eləyən dəyərlərin başında ailə dayanırdı. Tarix sahəsində də təhsil aldığıma və öz milli tariximizi yaxşı araşdırdığıma görə bir şeyin şahidi olmuşdum. Hansı dövlətlərimiz güclüdürsə və onlar imperiya səviyyəsinə qalxıbsa, deməli o dövlətlərimizdəki ailə qurğusu sınmaz bir polada dönübdür. Hansı dövlətlərimizdə tənəzzül başlayıbsa, orda ailə nizamımız pozulmağa üz tutub və o dövlətlərimizin qürub vaxtı özünü göstərib.

Qədim zamanlardan bəri Türk ailəsi, kiçik ailə sistemi özülü üstündə yüksəlib və orda yeganə söz sahibi ata olub. Mülk şərikliyi, heyvandarlıqla məşğul olunan dövrlərdə təkcə otlaq və heyvan sürülərinə məxsus olub. Ərə gedən qız və evlənən oğullar evdən ayrılıb özgə bir yerdə yeni bir ailə yaradıb, ata evi isə ailənin ən kiçik oğluna qalıb, bu nizam hələ də belədir. Türklər, ümumiyyətlə, bir arvadlılıq, yəni monoqami evliliyi həyata keçirib, birdən çox evlilik isə ancaq İslam dinini mənimsədikdən sonra görülüb.

Bütün Türk xalqlarında ailədə əsas hakimiyyət atanın əlində cəmləşsə də, qadın daim azad olub və ailə ilə bağlı yetişiləcək qərarlarda daim sözünə qulaq asılıb. Yəni, evin anası digər xalqlarda olduğu kimi, bir qul vəziyyətində və söz hüququ olmayan bir varlıq olmayıb. "Kitabı-Dədə Qorqud"da Dərsə Xan həyat yoldaşına səslənərkən;

"Payız almasına oxşar al yanaqlım

Qadınım, dirəğim, döləğim" - deyirdi.

Tarixləri və yaşayışları yaxşı bilinən Asiya Hunlarından üzübəri Türk qadınları ata minər, ox atar, güləş tutar, hətta hərbdə də iştirak edərdi. Dədə Qorqudda Bamsı Beyrək ilə adaxlısı Banuçiçək arasında gedən yarışı və tutduqları güləşi hamı bilir. Bamsı Beyrək illər sonra gəlib Banuçiçəklə üz-üzə durduqda özünü tanıdarkən deyirdi:

"Ox atanda mən səni oxunu yarmadım mıə

Güləşdə mən səni basmadım mıə"

Hərbdə qadınların düşmən əlinə keçməsi ən böyük zillət sayılırdı. Bu da türklərin qadına verdikləri qiymətin özgə bir nişanəsi idi. Eyni zamanda qadının dinc vaxtda da, döyüşdə də həyat yoldaşının yanında dayandığı tarixən sübut olub. Bu düşüncə bu gün də yaşayır və əbədiyyətə kimi də yaşayacaqdı. Şəfiqə xanımla mübahisə edərkən əslində onun bizlərə söyləmək istədiyi fikirlər, Türkün ailə nizamının təmizliyə, ədalətə, müsavata söykənən fəlsəfəsindən bəhrələnirdi.

Əlbəttə, hər bir cəmiyyətin özünəməxsus ictimai və hüquqi qurğusu, özünə malik ailə nizamı vardır. Türklərdə də bu xüsusiyyətlər daha qabarıq şəkildə gözə batandır. Xüsusi mülkiyyət, şəxsi hüquq anlayışı, insanları himayə məqsədini nəzərdə tutan ictimai hərəkət tərzi, nəslə və soya hörmət, ədalət və dini hüquqlar barəsində yeganə tabe olunan qüvvə kimi qəbul edilən dövlətə də "dövlət baba" deyilməsi, türklərin ata-ana-övlad münasibətləri əsasında yaratdığı prinsipləri büruzə verir.

Garanville Murrayın başdakı qeydlərində də bizimlə bağlı söyləmək istədiyi fikirlər yığcam olaraq həmin əsasları ifadə etmirmiə

Əslində Türk ailəsi, onun yaratdığı dövlətin mikro səviyyədəki qurğusudur. Buna görə türklər tarix boyu ən çox əhəmiyyəti ailəyə veriblər. Onu qoruyub-saxlamaq hesabına hətta dövlətlərini də qurban veriblər. Türkün törəsi, yəni yazılı və ya yazılmamış qanunları sadəcə olaraq ailəni qorumaq üçündür; çünki o mikro mənada dövlətdir. Əgər ailə sistemi dağılarsa Türk dövləti də dağılmış sayılar.

Diqqət edilərsə Krımda, əsilli-nəcabətli bir ailədə dünyaya gələn və o nəsildə tərbiyə alan Şəfiqə Ortaylı ilə xaçpərəst Garanville Murrayın bizimlə bağlı fikirləri üst-üstə düşür.

Biz, Tanrının yaratdığı, tarix boyu onun buyurduğu yolda yeriyən bir millətik, ona görə də bütün qırğınlara, sürgünlərə, işğallara, soyqırımlara baxmayaraq indiyə kimi varlığımızı davam etdirmişik, məhşərə kimi də etdirəcəyik. Nə Böyük Orta Şərq Layihəsi bizi dağıda bilər, nə də özgələri. Səlib Yürüşlərində, Çanaqqala Döyüşlərində bizim nəyə qadir olduğumuzu düşmənlərimiz yaxşı gördülər. Dövlətlərimizin gələcəyi ailəmizi yaxşı qoruyub saxlamaqdan asılıdır. Xüsusilə ABŞ və Avropalıların əxlaqsızlıq özülü üstündə yüksələn ailə fəlsəfəsini yeni nəsillərimizdən, xüsusilə də qızlarımızdan uzaq tutmalıyıq. Ailəmizin gələcəyi, qızlarımızın təmizliyindən, qeyrətindən asılıdır. Onlara adi insanlar gözüylə baxa bilmərik. Onlar gələcəyimizin anaları, dövlətlərimizin qoruyucuları, nəsillərimizin zəmanətləridir, onlara Tanrının bizə yolladığı müqəddəs varlıqlar gözüylə baxmalıyıq, onları bu fikirlərdən yola düşərək tərbiyə etməliyik.

Atalar yalan yerə deməyib "qız yükü duz yüküdür", onun yükü ağırdır, həm də çox ağır.

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK