ANA SƏHİFƏ / AVTOMOBİL

Azərbaycan 2019-cu ildə avtomobil ixracına başalayacaq

20419    |   2018-08-30 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu ildə Azərbaycan-İran avtomobil zavodu "Xəzər" Rusiyaya və digər MDB ölkələrinə ixraca başlamağı planlaşdırır.

Bunu Trend-ə "Moskva Beynəlxalq Avtomobil salonu" sərgisində zavodun sahiblərindən biri olan "AzərMaş” şirkətinin rəsmi nümayəndəsi Veronika Allahverdiyeva deyib.

Azərbaycan istehsallı "Xəzər avtomobilləri sərgidə nümayiş etdirilir.

V.Allahverdiyeva bildirib ki, sərgidə "Khazar LD" və "Khazar SD" modelləri təqdim edilir.

O qeyd edib ki, indiyədək zavodda 300-dən çox avtomobil buraxılıb: "Hazırda avtomobil ehtiyat hissələri İranda istehsal olunur, lakin gələcəkdə istehsalatı Azərbaycanda təşkil etməyi planlaşdırırıq".

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək.




İmza:
SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK