Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - ÜÇÜNCÜ YAZI Adalet.az | Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - ÜÇÜNCÜ YAZI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - ÜÇÜNCÜ YAZI

Şərur gözəlləməsi

12220    |   2018-06-11 13:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilənlər bilir, bilməyənlər də yəqin ki, ucundan-qulağından eşitmiş olar. Söz adamlarının bir araya gəldiyi çay süfrəsi və yaxud yemək-içmək məclisi adətən uzun çəkir. Çünki hamının sinəsi sözlə dolu olur, hamı sözün içində olur və hamı da bir-birini görəndə söz «xırdalayır». Ona görə də məclis uzanır və bir də baxıb görürsən ki, saatları əridib xərcləmisən. Amma bizim nahar süfrəmiz çox da uzun çəkmədi. Çünki mənim Naxçıvana səfərim qısa müddətli olduğundan dostlarım da, özüm də istəyirdim ki, bu qədim diyarı gəzib yenilikləri öz gözlərimlə görüm. Ona görə də bir ayağımız qaçaraq idi. Çayımızı içəndən sonra dostlar məclisin xərcini çəkib indi nə edəcəyimi, məqsədimi, proqramımı soruşdular.

Haqq üçünə deyim ki, Fərəc müəllim israrla Culfaya getməyimi istəyirdi. Onun qonağı olmağımı, Culfanın gözəlliklərini seyr etməyimi istəyirdi. Hələ Bakıda olarkən ona Culfaya gedəcəyimə söz vermişdim. Amma bir gerçək də var idi ki, qardaşımız, şair dostumuz İbrahim Yusifoğlu uzun zaman idi ki, məni Şərurda görmək istəyirdi. Hətta ötən səfərimdə Şərura gedə bilmədiyimdən bir balaca incimişdi də. Yaşda da, yaradıcılıqda da çox-çox samballı olan böyük qardaşım, qələm dostum İbrahim Yusifoğlu bu səfərimdən də xəbərdar idi və dəfələrlə zəng vurub bildirmişdi ki, gözləyirəm, Şərura gəl! Lap istəyirsən özüm gəlib səni aparım. Ona görə də qərara gəldim ki, bu dəfə Şəruru ziyarət edim. Bir şərur gözəlliklərinin gözəlləməsini yaddaşıma, ürəyimə köçürüm…

Bax, elə bu niyyətlə də Şərura getməyə üstünlük verdik. Fərəc müəllimin könlünü oxşayıb onun razılığını aldım və çox ciddi şəkildə bildirdim ki, növbəti səfərim mütləq Culfaya olacaq.

Son dərəcə təmkinli, ağırtəbiətli, necə deyərlər, danışığı da, hadisələrə münasibəti də əsl köhnə kişilərə xas bir formada olan Fərəc müəllim incidiyini büruzə verməmək məharətilə bizim Şərura getməyimizə etiraz etmədi. Sadəcə onu dedi ki, bax, razılaşdıq ha, növbəti gəlişin Culfaya olacaq!..

Bəli, bu dəfə də sükan arxasında Əbülfəz idi. Burda bir məqa mütləq qeyd etməliyəm. Əbülfəz Ülvi şair kimi nə qədər məharətli, mükəmməl söz ustasıdırsa, bir o qədər mükəmməl sürücüdür. O, sükan arxasında imtahan verirmiş kimi bütün hərəkət qaydalarını elə ustalıqla yerinə yetirirdi ki, mən baxdıqca öz nöqsanlarımı, öz sürücü kasadlığımı xatırlayıb içimdə yaxşı mənada utanırdım. Üstəlik, Əbülfəz müəllim həm də söhbətcil yol yoldaşı kimi informasiya verməyi də çox yığcam, həm də yaddaqalan bir şəkildə dilə gətirirdi. Onun hər sözündən, hər cümləsindən sonra Naxçıvandan Şərura doğru uzanan yolun sağ və sol istiqamətləri bir kitab kimi gözümün qarşısında vərəqlənirdi.


Biz Şərura tərəf istiqamət götürəndə çox dəyərli yazıçı-publisistimiz, Azərbaycan mətbuatında özünəməxsus imzası, sözü, dəst-xətti olan dəyərli Hüseyn Əsgərov öncə Asim müəllimin telefonuna zəng vurdu, sonra da mənim. Bizimlə ola bilmədiyinə görə, üzrxahlıq etdi. Və səbəb kimi də öncə çalışdığı işin, sonra da əsl müsəlman kimi oruc tutmasını vurğuladı. Təbii ki, oruc tutmuş bir Allah bəndəsinin bizimlə Şərura səfər etməsi, orda baş tutacaq ziyarətə qatılması o qədər də münasib sayıla bilməz. Və bu mənada mən də, Asim müəllim də Hüseyn Əsgərovun üzrxahlığını tam səmimiyyəti ilə qəbul etdik. Və onun iradını mən şəxsən nəzərə alaraq söz verdim ki, bir daha dini bayramlar zamanı Naxçıvana səfər etməyəcəm. Çünki burdakı dostların fəaliyyət proqramı, həyat tərzi, dünyaya, cəmiyyətə baxışları bəzən mənim yanaşmalarımla düz gəlmir. Bu da istər-istəməz dostları narahat edir…

Öncə Kəngərli rayonunun ərazisinə daxil oluruq. Yaşı o qədər də böyük olmayan bu rayon və onun ərazisi ilk andan, yəni rayon ərazisinə daxil olduğum məqamdan mənim diqqətimi çəkməyə başlayır. Demək olar ki, bu ərazi bir az Qarabağın, xüsusilə Füzulinin, Cəbrayılın torpaqlarını xatırladır. Yolboyu əkilmiş ağaclar, daha çox da meyvə ağacları adamın həm gözünü oxşayır, həm də könlünü. Yenicə saralmağa başlayan əriklər, alça ağacları və digər meyvələr, o cümlədən də salxımlanmış bir şəkildə budaqları aşağı əyməyə başlayan alma ağacları bolluğun, bərəkətin əsl nümunəsidi. Asim müəllim söyləyir ki, rayon yaşca cavan olsa da, onun inkişafı, burada aparılan tikinti-abadlıq işləri Muxtar Respublika rəhbərliyinin diqqəti sayəsində demək olar ki, aybay uğurlara qovuşur.

Həqiqətən də Kəngərli rayonunun magistral yolunun kənarındakı mənzərəsi məktəb, xəstəxana binalarının gül-çiçəyə qərq olması, onların arxiterkturası, xüsusilə kəndarası yolların səviyyəsi adamı məmnun edir. Hətta hərdən dostlarıma deməsəm də, ürəyimdə bu gözəlliyə, bu səliqə-səhmana ürəyimdə bir həsəd hissi də baş qaldırır. Öz-özümə söyləyirəm ki, bu iş üslubu, bu qurub-yaratmaq və insanlara xidmət etmək mexanizmi niyə bütün respublikamızda eyni səviyyədə deyil? Burda bir zarafat də keçir ürəyimdən: ölkənin məsul işçilərini, rayon rəhbərlərini Naxçıvanda təcrübə keçməyə göndərmək zamanı gəlib çatıb?!.

Hər halda, mən bu zarafatı sevgiylə bütün Azərbaycanın gözəlliyi naminə arzu edirəm, dilə gətirirəm. Qəlbimdə başqa bir niyyət yoxdu. Düşünürəm ki, Naxçıvana səfər edən hər bir duyğusal insan gördüyü bu mənzərənin özünün daimi yaşayış yerində olmasını da ürəyindən keçirər. Elə bu fikirlərin qoynunda olduğum zaman Asim Yadigar əliylə dağlara tərəf uzanan yolu göstərib deyir:

- Bax, bu yol Qarabağlar kəndinə gedir. Kəngərlinin ən böyük kəndlərindən biridi.

Söz içimdə bir şimşək kimi çaxır. Qarabağlar sözü mənə Qarabağı yenidən xatırladır. Yenidən gözlərimin önündən Şuşanın, Xocavəndin, Laçının, Zəngilanın, Qubadlının və digər rayonlarımızın yolları gəlib keçir. Təəssüf ki, bu yollar hələ ki, üzümüzə bağlıdı…

Yolun kənarındakı lövhə diqqətimdən yayınmır. O lövhədə yazılıb: Şərur rayonu! Və bir də «Xoş gəlmisiniz».

Tam səmimi deyəcəm. Adını tez-tez eşitdiyim, ziyalılarıyla, önə çıxmış isimlərilə fərqlənən, özü də təkcə Naxçıvanda yox, bütün Azərbaycanda özəl imicə məxsus olan Şərur rayonu doğrudan-doğruya bir yaşıllıqlar diyarıdı. Eləki, rayon ərazisinə daxil olduq, Asim müəllim, həmçinin sükan arxasında olmasına baxmayaraq Əbülfəz müəllim mənə artıq bilgilər verməyə başladılar. Öyrəndim ki, 220-dən artıq kəndi olan bu rayonun çox böyük potensialı var: həm təsərrüfat baxımından, həm də ziyalılıq baxımından. Doğrudur, mən Şərura getməmişdən öncə bilirdim ki, tanıdığım insanlardan bir neçəsi məhz Şərurdan Azərbaycan arenasına çıxıbdı - həm elm, təhsil sahəsində, həm bədii yaradıcılıqda, həm də ictimai-siyasi həyatımızda. Onlardan biri çox hörmətli söz adamı, yazıçı-publisist, şairə Sona Vəliyeva məhz bu rayonun Tənənəm kəndində dünyaya gəlibdi. Bax, Asim müəllimin göstərdiyi bu yol məhz həmin kəndə tərəf uzanıb gedir. Digər yol isə görkəmli akademikimiz İsa Həbibbəylinin doğulduğu Danyeri kəndidi. Asim müəllmi onu da vurğulayır ki, kənd öncə daha yüksəklikdə olub və həmin ünvan da Danzik kimi adlanıb. Sonradan kənd sakinləri daha uyğun bir mövqeyə köç ediblər. Müəyyən səbəblərdən reallaşan bu köç özü ilə birlikdə kəndin adını, kökünü də gətiribdi. Yəni, Danzik əvəzinə Danyeri adlanıb bu kənd. Elə əsas magistraldan ayrılan yolun özünün durumu bu kəndin ümumi mənzərəsindən xəbər verən, xoş təəssürat yaradan bir nümunədi. Dostlarımın söylədiklərindən öyrənirəm ki, bu kənddə də məktəb, xəstəxana, uşaq bağçası, ümumiyyətlə, həyat səviyyəsinin özü insanların rahatlığına, normal yaşayışına tam uyğundu. Və mən öncədən bilsəm də, eşitdiklərimin ipucundan tutub onu da öyrəndim ki, Naxçıvan Ali Məclisinin sədri hörmətli Vasif Talıbov cənabları da Şərur rayonunun Aşağı Aralıq kəndində doğulub. Və onun bütün Naxçıvanla yanaşı, özünün doğulduğu rayona da etdiyi səfərlər zamanı qarşıya çıxan hər bir problemin çox qısa vaxtda aradan qaldırılmasına özü şəxsən nəzarət edir. Ona görə də rəhbər işçilər, məsul şəxslər çalışırlar ki, ən xırda problemi də dərhal aradan qaldırsınlar ki, rəhbərliyin tənqidinə məruz qalmasınlar.

Bu da Şərur rayonunun mərkəzi. İbrahim müəllimlə görüşməmişdən öncə dostlarımdan xahiş edirəm ki, bir az Şərurun içərisində gəzib dolaşaq. Adını eşidib üzünü ilk dəfə gördüyüm bu cənnət-məkanın gözəlliklərini seyr edək. Belə də edirik Rayon mərkəzindəki səliqə-səhmana kiminsə irad tuta biləcəyinə inanmıram. Burda kəndlə şəhər sanki qovuşub, bir-birini tamamlayıb. Rayon mərkəzində həm şəhər ab-havası, həm də kənd yaşam tərzi elə qovuşub, elə paralelləşib ki, bu, adamda daxili bir rahatlıq yaradır. Şəxsən mən gördüyüm bu mənzərənin içərisində şuşalı günlərimi, ağdamlı günlərimi, füzulili günlərimi atüstü də olsa gəzib, dolanıb qayıtdım. Və bir də gördüm ki, gül-çiçəyin əhatəsində olan, qarşısında da bir xeyli insanın dayanıb söhbət etdiyi binanın önündəyik. Bu ikimərtəbəli, səliqə-səhmanı ilə diqqət çəkən bina Şərur rayon Təhsil Şöbəsinin yerləşdiyi ünvandı. İbrahim Yusifoğlu burda çalışır.

(Ardı var)



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK