ANA SƏHİFƏ / YAZARLAR

Onun böyük ürəyi

Bizə “Uembli arayışı” yazan, “Metamorfoz” barədə söhbət açan Məzahir Əhmədzadənin doğum gününə

12792    |   2018-06-01 19:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İndi hər müəllifi, hər yazını oxumurlar. Onda qala, hələ heyranlıq bildirələr. Və həm də anlayalar. Sənin bu cür oxucuların da çoxalmaqdadır. Jurnalist üçün bundan qiymətli nə ola bilər?!"

Çağdaş mətbuatımızın ən tanınmış publisistlərindən biri kimi Məzahir Əhmədzadə bu sualın cavabını çox gözəl bilir. Ona görə də publisistikamızın ən cazibədar və modern sistemini quran İradə Tuncayın "Sarı odalar" kitabına bir vaxtlar yazdığı "Ön söz”də müəllifə ürəklə belə bir sual unvanlamışdı.

Ali Media Mükafatı laureatı Məzahir Əhmədzadə özü də imzası axtarılan, hər yazısı maraqla qarşılanan jurnalistlərdən biridir. Peşəkarlığın diktə etdiyi kurallara daim böyük sayğı ilə yanaşan, jurnalistikanın şərəfini qorumaqdan usanmayan dostumuzun oxucuları həmişə çox olub, bu gün də yazılarını anlayanların, heyranlıq bildirənlərin sayı artmaqdadır. "Ədalət” qəzeti onun oxucuları ilə görüş yeri, həmsöhbət olmaq üçün bir məkanıdır. Uzun illərdir ki, bu ünsiyyət davam edir.



Qəzetimizin təsisçisi, tanınmış yazıçı, millət vəkili Aqil Abbas qədim dostu, iş yoldaşı Məzahir Əhmədzadənin adını publisistikamızı yazıçılıq səviyyəsindən də yuxarı qaldıran görkəmli qələm sahibləri ilə yanaşı çəkir: "...Məzahirin jurnalistikaya dəxli yoxdu. Jurnalist yazıları var, hamımız kimi o da yazıb. Amma Məzahirin özü, bütövlüyü onun publisistikasındadı. Publisistika isə jurnalistikadan yuxarıda dayanır. Publisistika yazıçılıqdı. Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Haqverdiyev, dahi Üzeyir Hacıbəyov... onlar publisistikanı yazıçılıq səviyyəsindən də yuxarı qaldırdılar.

...Məzahirin nə demək istədiyini bilmək istəyirsinizsə gərək onun yazdıqlarının hamısını oxuyasınız, çünki bütün yazıları bir-biri ilə bağlanır, yəni onun dediklərində nəyi tuta bilmədinizsə, ya yazını ikinci dəfə oxuyun, ya da geri qayıdın, əvvəlki yazılarına bir də baxın. Gözəl bir şeir ağacı kimidi, onun kökü var, gövdəsi var, budaqları var, yarpaqları var, çiçəkləri var. Hamısı bir yerdə gözəldi, bitib. Məzahirin publisistikası hamısı bir yerdə bir şeirdi. Gərək onun özülünü də biləsən, budaqlarını da, çiçəklərini də və sonra da meyvəsindən dadıb ondan sonra görəsən ki, Məzahir sənə dünyanın hansı tamını verib".

Aqil Abbas bu dəyərli fikirlərini Məzahir Əhmədzadənin 2011-ci ildə işıq üzü görən "Uembli arayışı” kitabına yazdığı "Ön söz”də bildirib. Yeri gəlmişkən, Mətbuat Şurasının tövsiyəsi ilə çap olunan "Uembli arayışı" publisistikamızda sözün əsl mənasında hadisəyə çevrildi. Görkəmli alim və ziyalılar, ictimai xadimlər müəllifin bu ilk kitabı haqqında mətbuatda çoxlu sayda yazılar dərc etdirdilər, kitabın məziyyətləri barədə fikirlərini bildirdilər. Məzahir Əhmədzadə təvazökarlığını müvəqqəti də olsa bir kənara qoyub "Uembli arayışı"ndan yazılanları ayrıca kitab kimi çap etdirə bilər.

Məzahir Əhmədzadə 2015-ci ildə sayca ikinci kitabını oxucularının müzakirəsinə təqdim etdi. Dostumuz bu dəfə bizləri "Metamorfoz"la sevindirdi. İstedadlı publisist, tədqiqatçı Loğman Rəşidzadə Məzahir Əhmədzadənin "Metamorfoz” kitabına yazdığı "Ön söz əvəzi”ndə dostumuzun həm şəxsiyyətini, həm də yaradıcılığını özünəməxsus şəkildə təhlil etməyə çalışıb və yüksək qiymətləndirib: "Məzahir köhnə jurnalistdir. Mərd, dönməz, sözübütöv, peşənin təəssübkeşi və həm də sevdalısı...

Hər türlü inancların sarsıldığı, bayağılığın və arsızlığın at oynatdığı indiki zəmanəmizdə qələmə, yazıya, sözə, yaradıcılığa bu Məzahir inamı, bu inamdan boylanan Məzahir sevgisi hardandır? Onun hər yazısı sevgi dastanıdır, hər biri bir sevgi ömrü yaşayan, sanki öz sevgi yaşı olan sevgi məktublarıdır..."

Məzahir Əhmədzadənin sevgi məktubları onun ürəyindən oxucularının ürəyinə qədər yol qət edib. "Sezarın qayıtması”, "Sfinks”, "Çətin söhbət”, "Dahi bir nostalji”, "Kanyon”, "İstanbulda İstanbul həsrəti”, "Dağlar hara söykənsin?”, "Kəndin bəyaz yuxuları”, "Orda bir ev var, uzaqlarda”, "Soçi: təzadlar, sirlər və gözəlliklər şəhəri”, "Bu adamlar hara gedir, əllərində işıq parçası?”, "Onlar... sonbahar vurğunu”, "Buludmu olum, yoxsa ki, gəmi?”, "Şota”, "Ondan yaxşı qardaş yox idi”, "Yorulmayan ataları... dinləyin”, "Qartalı sevmək”, "Yıxılan aylara kimlər ağlayar?”, "Yarımçıq ev”... Bir-birindən maraqlı sevgi məktubları.

Bəzən bu məktubların arasında uzun bir fasilə yaranır. Oxucularının çoxu bilməsə də, yaxın dostları, "Ədalət"dəki iş yoldaşları bunun səbəbini yaxşı bilir. Məzahir Əhmədzadə son illər səhhətində yaranan bəzi problemlər üzündən bəzən qələmdən-kağızdan uzaq qalmağa məcbur olur. Amma nə yaxşı ki, bu taym-aut uzun çəkmir. Dostumuz bütün problemləri arxada qoymağı bacarır, çətinliklərə qalib gəlmək üçün özündə güc-qüvvət tapır. Lap əsatir qəhrəmanları kimi...

Və Loğman Rəşidzadənin də qeyd elədiyi kimi, hər biri bir sevgi ömrü yaşayan bu məktubların davamı gəlir - "Baksovet xatirələri”, "Bir gün belə xoşbəxt olmaq”, "Adı "Forbes”ə düşməyən milyoner”, "Azəri deyirəm, Azər Abdullanı!”, "Əmircan dahisi-1”.

Beləcə, onun ürəyindən çoxsaylı oxucularının ürəyinə məktublar gəlməkdədi...


Etibar CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-22
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi evə piyan gəlir. Arvadı deyinir, niyə piyan gəlmisən, niyə bu qədər çox içmisən.
- Belə az içmişəm:
- Üç nəfərə bir butulka almışdıq.
- Bəs sən niyə bu qədər piyan oldun?
- İkisi gəlmədi də neyləyim...




digər lətifələr
ARXİV
FACEBOOK