ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS:SƏTİRALTI, İSTEHZA, KİNAYƏ, İRONİYA, SARKAZM

(Az qala Ezop dili yadımdan çıxmışdı)

198921    |   2018-05-15 10:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan ədəbiyyatında sarkazmın ən böyük nümayəndələri Mirzə Cəlil, Haqverdiyev, Mirzə Ələkbər Sabir və Üzeyir Hacıbəyov olub. Təbii ki, onlara da bu miras ölkəyə yeni düşüncə tərzi gətirən böyük mütəfəkkir Mirzə Fətəli Axundovdan qalmışdı. Sonra Sovet hökuməti gəldi, senzura gəldi, bu böyük mütəfəkkirlər xalqa çatdırmaq istədikləri fikirləri lağ-lağı və ironiya ilə birtəhər yola verirdilər.

Sətiraltı fikirlər isə 60-cı illər yazarlarında daha çox özünü göstərməyə başladı. Senzura onların nə demək istədiyini çox vaxt tuta bilmirdi. Sonra daha da ürəkləndilər sarkazma keçdilər. Sarkazmın da ən böyük nümunəsini Anar yaratdı: «Yaxşı padşahın nağılı». Sovet hökumətinin asıb-kəsən vaxtı Anar Brejnevi bu hekayə ilə yıxıb-sürümüşdü. Həmin dövrlərdə bu hekayə deyildi, bombaydı. Özü də təkcə Azərbaycanda yox, bütün SSRİ-də partlamışdı, qəlpələri də qonşu dövlətlərə dağılmışdı.

Sətiraltılar, kinayələr, ironiyalar Elçinin, İsi Məlikzadənin, Seyfəddin Dağlının, Salam Qədirzadənin, Cahangir Aslanoğlunun əsərlərində özünü daha çox göstərirdi.

Hətta şairlərdə bu özünü daha çox büruzə verirdi. Məsələn, Səməd Vurğunu araşdırsalar, görərlər ki, şeirlərinin əlli faizi sətiraltıdı - «26-lar» poeması başda olmaqla. Hələ «Zəncinin arzuları»nı bir də oxuyun. Bu ənənə Səməd Vurğundan Bəxtiyar Vahabzadəyə keçdi. Məsələn, Bəxtiyar Vahabzadənin Leninə həsr etdiyi poeması başdan-ayağa antileninizmdi. Baba Pünhan, Qürbət Əziz şeirlərinin əksəriyyətində ürəkdən tikan çıxaran sözləri sətiraltı ifadə edirdi. Sonrakı nəsillər də Sovet hökumətindən hayıflarını həmin yolla çıxıblar.

Jurnalistikamızda da varıydı, xüsusilə də Anarın, İsi Məlikzadənin və Tofiq Abdinin publisist yazıları sətiraltılarla, kinayələrlə dolu idi.

Bu gün də jurnalistikamızda belə qələm sahibləri var, az da deyillər. Məsələn, Zamin Hacı, Xalid Kazımlı və təvazökarlıqdan uzaq olsa da bəndəniz.

Dünyada yumor hissi olmayan xalqlar var və dünyada həddindən artıq yumor hissi olan xalqlar da var. Məsələn, ruslar və türklər. Bəs, bizim xalqda necədi, cavablarınızı gözləyirik.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK