nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | AQİL ABBAS: RƏMİŞİN KƏNDÇİSİ QULU AĞSƏS Adalet.az | AQİL ABBAS: RƏMİŞİN KƏNDÇİSİ QULU AĞSƏS Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: RƏMİŞİN KƏNDÇİSİ QULU AĞSƏS

23228    |   2018-04-20 14:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adamda bəxtə bax ey, gör harda doğulub. Ağdamın Abdal-Gülablı kəndində. O kənd ki Aşıq Valehin kəndidi. Qarabağın duzu, Qarabağın Molla Nəsrəddini Abdal Qasımın kəndidi. Azərbaycan tarının atası Qurban Pirimiovun kəndidi, general Murtuz Quliyevin, qeyri-adi səsi ilə ruhumuza hopmuş Sara Qədimovanın, Aşıq Xaspoladın kəndidi. Hamı ilə mırt tutan, öz hazırcavablığı ilə Abdal Qasımın mənəvi varisi Şakir də bu kənddə doğulub.

Nədənsə Səxavət Məmmədovun adını çəkmək istəyəndə nəinki kövrəldim, hətta ağladım. Sonra dayandım, gözlərimi yumdum və Səxavət Məmmədovun ilahidən gələn səsini dinlədim. Səsi çox uzaqdan gəlirdi və çox da yanıqlıydı. Və mənə elə gəldi ki, Abdalın lap yuxarısında, dağın başında bir daşın üstündə oturub darmadağın olmuş yurd-yuvalarına, kəndlərinə baxıb ölmüş Abdal-Gülablıya ağı deyir.

İlahi, az qala unudacaqdım, çünki bir az təsirlənmişdim. Birdən özü bakılı olan əməkdaşımız Mehriban xanım kənardan dedi ki, müəllim, bəs Ceyhun Mirzəyev? İlk obrazı dünyanın ən təmiz uşağı İsmayıl, son obrazı fəryad çəkən, intiqamın alışdırıb-yandırdığı İsmayıl. İlk mahınısı «Kəndimiz, kəndimiz…», son mahnısı həmin kənd uğrunda mübarizəsi…

Tanrının ağıldan başqa heç nə əsirgəmədiyi, dünyanın ən qeyri-adi istedadlılardan biri, milyonlarla ağıllıların həsəd apardığı, Azərbaycanın Paqanini kimi şeytanımı-mələyimi Rəmişin doğulduğu kənd.

Qurban əmi Rəmişin uşaqlığında ona bir tar bağışlayır. Bu tarın sədası sonra bütün Azərbaycana yayılır. Hətta görkəmli tarzən Həbib Bayramov Qurban əminin tarının eşqinə Ağdama gedir və həmin tar üçün Rəmişə 4 min manat pul və öz tarını təklif edir. Amma Rəmiş «əminin yadigarıdı» deyib tarı nə Həbib müəllimə, nə də Həbib müəllimdən sonra bu tarın havasıyla Ağdama gedən və külli miqdarda pul təklif edən tarzənlərə satır.

Və günlərin birində Ağdamda bir toyda Rəmiş o əmisinin yadigarını kiminsə təpəsinə vurub çilik-çilik edir. Adını indi unutduğum bir erməni kamançaçı vardı, elə həmin toydaca Rəmişə yalvarıb tarın qırıqlarını 3 min manata alır. Yəqin indi ermənilərin hansısa muzeyindədi.

Adamda bəxtə bax ey, gör harda doğulub?

Dünən soruşuram ki, ə qaqa, neçə yaşın var? Deyir, vallah, yadımdan çıxıb, deyəsən elə Abdal-Gülablıdan çıxdığım yaşdı. Düz deyir, eləcə Gülablının havası kimi, suyu kimi, torpağı kimi təmiz qalıb.

Bir dənə də bəxti gətirib, aprelin 20-də doğulub. 19-da doğulsaydı Hitlerlə bir gündə doğulmuş olurdu, 22-də doğulmuş olsaydı Leninlə, amma Nərimanovla bir gündə doğulub. Və bir də bəxti onda gətirib ki, həyatda ilk dəfə gördüyü «jivoy» şair də ustad Musa Yaqub olub. Kənddən gəlmiş uşaq Ağdamda, Mədəniyyət evinin qabağında Musa Yaqubu görüb və qaçıb kəndə, hamıya deyib ki, mən Musa Yaqubu gördüm ey! Deyirəm yaxşı ki, Zakir Fəxrini görməyib, yoxsa qəzəl yazmağa başlayacaqdı.

Dostum, ad günün mübarək! Biz o kəndə yenə gedəcəyik, o kəhrizlərin suyundan yenə içəcəyik. Abdalla Gülablını bir bağ ayırırdı. Bənövşə vaxtı o bağa girməyə ürək eləmirdilər ki, bənövşələr əzilər. O bənövşələrin qoxusu hələ də burnumdadı.

Və bir də bu kənddə pəpə deyəndən məmə yeyənə qədər hamı söz ustasıydı. Hamı Mirzə Cəlil, Haqverdiyev məktəbi keçmişdi.

Və bugünkü «Ağdamın Ağdam vaxtı» lətifəsini də elə həmin kənddən gətirəcəm.

Və sonda. Qaqa, sənin boynuna bir minnət də qoyum da. Mən hər şairin ad günündə belə köşə yazmıram.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-03-31
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK