ANA SƏHİFƏ / YAZARLAR

AĞ XALATLI BƏLA

4246    |   2017-12-02 00:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sağlamlıq hər şey deyil, ancaq o, olmasa, hər şey heç nədir, deyiblər. Bəli, hansı sənətin, mənsəbin, imkanın sahibi olur olsun, həyatda ən vacib istəyin can sağlığı olduğunu heç kim inkar etməz. Bu üzdən də həkimlər istər-istəməz son ümid yerimiz olur. Həyatımız boyu bir dəfə də olsa, onlara müraciət etməyə məcburuq.
Əslində bir deyil, yüzlərlə dəfə müraciət etdiyimiz bu məslək sahiblərindən istədiyimizi ala bilirikmi? Adətən danışanda, yaxud yazanda real faktlara müraciət etməyi üstün tuturam. Ona görə də vicdan rahatlığı ilə, heç kimin günahını almadan istədiyimi deyə bilirəm. Bugünkü mövzu ən ağrılı yerim olduğundan bu mövzuya dəfələrlə müraciət etməli olmuşam.
Səhhətim, onlardan və eyni zamanda onların ucbatından əsəbdən uzaq olmağıma imkan vermədiyindən ürəyimi boşaltmaqla sakitlik tapmaq istəyirəm.
Səhiyyəmizin inkişafından, müasir tibbi avadanlıqların ən müasir ölkələrdən də əvvəl bizə gətirilməsindən, gündən-günə artan xəstəxana, poliklinika və başqa müxtəlif tibb ocaqları haqda fəxrlə məlumat verildikcə, bu mənə sevinc yox, əsəb gətirir. Çünki əksər həkimlərimiz elə imic yaradıblar ki, əhalinin onlara inamı azalıb, hətta qırılıb. Bu texniki artımın, inkişafın içində bir az da bilik, təcrübə inkişafı da olsa, bu xeyrimizə olardı. Ən müasir apparaturadan məlumatlı olmayan mütəxəssis kimə lazımdı? Otaqlarının divarlarında, masalarının üstündə Amarika, İngiltərə, Rusiya və sair ölkələrdə aldıqları təhsil, yaxud kurs keçmələri haqda sertifikatlar, diplomlar olan həkimlərə bir vaxtlar inanıb, səhhətimi etibar etdiyimə də təəssüf edirəm. Başdan ayağa bircə xəstə orqanıma belə, əlac edə bilməyən bu diplomlu Hippokrat andı içmişlərə inamım o qədər qırılıb ki, daha heç bir həkimə müraciət etməyi ağlıma belə gətirmirəm. Bu yazılanları onlara qarşı haqsızlıq kimi qəbul edənlər də ola bilər. Bəlkə onlar yaxşı mütəxəssis əlinə düşüblər. Ancaq uzun illərin xəyal qırıqlığı təcrübəsini keçdiyimdən, birmənalı olaraq, bizdə həkim olaraq müraciət edə biləcəyim bir nəfərin də qalmadığına əminəm. Uzun illər eyni xəstəliklə müraciət etdiyim müxtəlif xəstəxanalardakı həkimlər müxtəlif cür dərmanlar yazaraq, dərman dolu torbalarla məni yola salsalar da, bu torbadakıların mənə zərrə qədər də xeyri olmayıb. Adını çəkmək istəmədiyim bir USM aparatı mütəxəssisinin qəbulunda isə, bu inamsızlığın lap pik nöqtəsinə çatdım. Amputasiya olunmuş daxili orqanlarımdan birinin əməliyyat sonrası vəziyyətini yoxlatdırmaq üçün ona müraciət etmişdim. Otağının qarşısında kimlərinsə güclü reklamı sayəsində böyük növbə yaranmış bu, tərifli mütəxəssisə qəsdən vəziyyəti bildirmədim. Başqa xəstələrdən artıq vaxt sərf eləsə də, heç nə deyə bilmir, hey əlindəki aləti qarın boşluğumda sağa, sola fırladırdı. Axır özüm axtardığı orqanın kəsildiyini deyib, onu bu əzabdan xilas etdim. Və reklama uyub, canını belə savadsızlara etibar edənlərə yazığım gəldi.
İnamsızlıqdan dədə-baba qaydasına keçərək otlarla müalicələrə üstünlük verəndən sonra isə işbaz "loğmanlar"a meydan açıldı.
Bir vətəndaş kimi məni hiddətləndirən bir məsələ də kasıb əhalinin ucuz və keyfiyyətli tibbi xidmətə görə İran İslam Respublikasına üz tutmalarıdır. Əlbəttə, bu hiddət o ölkəyə üz tutanlara deyil, onları bu yolu seçməyə məcbur edənlərə, son ümid yeri kimi yabançı ölkəni seçməyə vadar edənlərədir. Həm də o ölkədə bir torba əvəzinə iki, ya üç dərman, burada xərclənən külli miqdarda xərcin isə onda biri istifadə olunur. Yol pulu da daxil olmaqla. Daha o müalicələrin effekti, oradakı dərmanların tərkibi haqda danışmıram. Bu başqa bir mövzudur.
Yaxınlarda bir xəstə uşağın anasının həkimi bıçaqlaması haqda eşitdim. Nə xəstəni, nə də həkimi tanımıram. Hər bir halda insana əzab verməyin, öldürməyin də tam əleyhinəyəm. Amma bəzən insanı əsəbdən elə vəziyyətə gətirirlər ki, bu səbəbdən də əksər cinayətlərdə hadisələr anlaqlı vəziyyətdə törədilmir. Mən xəbərlərdən aldığım məlumata görə, həmin bıçaqlanan sahə həkimi iki-üç dəfə xəstə uşağı yoluxmağa gedib. O, olmayan müddətdə də xəstənin üstünə bir neçə dəfə təcili yardım çağırılıb. Bu hadisədə kimin günahkar olduğunu araşdırıb, cəzasını verəcəklər, aydın məsələdir. Ancaq tibbin qanunlarına və eşitdiklərimə, oxuduqlarımıza əsasən deyə bilərəm ki, hətta adi qızdırması olan uşağı həkim xəstəxanaya müayinəyə çağırmalıdır. Bu xəstənin dəfələrlə həkim və təcili yardım yoxlamasına rəğmən qızdırmasının düşmədiyi halda həkim onu xəstəxana şəraitində müalicəyə məcbur etməyib. Bəlkə də bunu valideynin etirazı ilə, maddi durumla bağlayacaqlar. Valideyn kasıbçılığı bəhanə edib, imtina edə bilər. Amma həkim ona vəziyyətin ciddiliyini, xəstəyə də dövlət xəstəxanalarının pulsuz müalicə etməli olduğunu başa salmalıydı. Düzdü, indi dövlət xəstəxanasıyla, özəllərin çox fərqi yoxdu. Biri qanunla, qəbzlə pulu xəstədən qoparır, o biri qanunsuz olaraq. Hər iki halda da olan xəstə sahibinə olur. Xərclənən pulun dəyərində müalicə də effektli olsa, maddiyat gözə görünməz. Ancaq pul verib, bir torba "zəhər" alaraq, axmaq durumuna düşmək insanı ikiqat incidir.
Bu bıçaqlama olayı təxminən iyirmi il əvvəl olan bir hadisəni mənə xatırlatdı. Qızım xəstəxanada yatırdı. Damarına iynə vurmaq lazım oldu. Tibb bacıları növbə ilə arıq, çəlimsiz qızın qolunda, əlində, ayağında, hətta boynunun arxasında deşikləmədikləri yer qoymadılar, amma damarına iynəni vura bilmədilər. Həmin illər ağır travma keçirdiyimdən, qışqırmaqdan gözlərinin altı da göyərmiş, dəhşət dolu gözləri ilə məndən kömək uman qızıma baxanda içimdən, o iynəni əllərindən alıb onların harasına gəldi batırmaq keçdi. Bacarmadıqları işdən yapışaraq ancaq pul qazanmağı düşünən bu vicdansızları cəzalandırmaq istəyirdim. Nəysə ki, onlar yüngül təhqirlərlə canlarını qurtardılar.
Sözümün canı odur ki, vətəndaş dövlətinə, xəstə həkimə inanmalıdır. Xəstə sahibi həkimə güvənməlidir. Həkim öhdəsinə götürdüyü işin məsuliyyətini dərindən dərk etməli, anlamalıdır. İnsan taleyini madii maraqlarına qurban verməməlidirlər. Yoxsa, belə hadisələr çox olacaq.



YAZARIN ARXİVİ

2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO