ANA SƏHİFƏ / AVTOMOBİL

Bəzi avtomobil yollarında sürüşmə təhlükəsi artıb - RƏSMİ

36141    |   2017-10-17 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr aparılır, mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilir.

Adalet.az xəbər verir ki, aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınsa da, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Respublikanın rayonlarında keçirilən monitorinqlər zamanı Astara rayonunun Kijəbə sürüşmə sahəsində, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu kilometrliyində, Lənkəran-Lerik yolunun 17-19, 23, 27-29, 40 və 45-47-ci kilomertliyində, Lənkəran rayonunun Gəgiran sürüşmə sahəsində, Lerik rayonunun Soru, Kirəvud, Veri-Əliabad sürüşmə sahələrində, Masallı rayonunun Güllütəpə, Zuvand sürüşmə sahələrində, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 12-13 və 17-ci kilometrliyində, Gədəbəy rayonunun Arıqıran sürüşmə sahəsində, İsmayıllı rayonunun İstisu, Sədiyan, Xankəndi, Diyallı sürüşmə sahələrində, Ağsu aşırımı boyu, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunub. Monitorinq və müşahidələr davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK