ANA SƏHİFƏ / YAZARLAR

BÖYÜKLÜK ÖNÜNDƏ ETİRAF

Əbülfət MƏDƏTOĞLU

11903    |   2017-10-04 14:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şirxan Yusifoğluna

Neçə illərin söhbətidir. Görüşlərimizin birində ondan yazmaq istədiyimi dedim. Elə həmin anda sözümü kəsdi:

- Tələsmə, Əbili, (o, mənə həmişə belə müraciət edibdi - Ə.M.) vaxtı gələr özüm sənə deyərəm, onda da yazarsan. İndi isə şeir oxu, qulaq asım. Bax, özün bil, geciksən özüm oxuyacam sənin şeirlərini...

Doğrudan da bizim hər görüşümüzdə o, mənim şeirlərimdən elə həvəslə söyləyirdi ki, bəzən özüm-özümə kənardan durub baxırdım. Hətta elə olurdu ki, şeirin söylənmə qaydası, səsin ahəngi məni əməlli-başlı tuturdu. Hətta içimdə kövrəlirdim də. Bunu etiraf etmək bir az çətin olsa da deyim ki, mənim şeir söyləmək qabiliyyətim ümumiyyətlə, yoxdu. Amma şeir dinləmək qabiliyyətimsə şükür ki, yerindədi. Böyük qardaşımın, böyük dostumun bu sahədə əvəzsiz məharəti var. O, bəzən saatlarla Azərbaycanın dəyərli söz sahiblərindən, xüsusilə Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan, Ramiz Rövşəndən, Vaqif Bəhmənlidən, Seyran Səxavətdən şeirlər söyləyir. Elə bir məclis, elə bir görüş olmazdı ki, o, ən azından bir şeir deməsin. Özü də həmin şeir mütləq onun söylədiyi fikrin qapılarını açırdı, onun çatdırmaq istədiyi niyyəti açıb qoyurdu ortaya...

Deyəsən yazımın girişi bir az uzun oldu. Amma neyləyim ki, onunla olan dostluğumuzun yaşı 25 ili çoxdan keçib, 30-un qapısının önündədi. Və düz 30 ildə mən onun barəsində bir cümlə də olsun dost sözünü mətbuat səhifəsinə çıxarmamışam. Amma dostlarımın içərisində yeganə insandır ki, onun barəsində xeyl şeirlər yazmışam, ona layiq olsa da, olmasa da. Necə deyərlər, varını verən utanmaz. Və o da bu şeirləri çox yüksək sayğı ilə qarşılayıb. Hər dəfə də həmin şeirləri digər dostların yanında oxuyanda hiss etmişəm ki, az da olsa könlünə yatıbdı. Bax, o "azacıq" bəyənmə də mənə növbəti şeir üçün bir ümid işığı, bir ilham qığılcımı olubdu. Və beləcə, biz hər görüşdə mütləq kitablardan, yazı-pozudan, təzə şeirlərdən danışmışıq. Ona qədər isə...

İndinin özündə də oturub fikirləşirəm:

- Bizi kim tanış etdi? Biz necə dostlaşdıq? Və o, necə mənim dostum və böyük qardaşım oldu?

İnanın ki, tam səmimi və içimdən gələn bu sualları öz-özümə dəfələrlə təkrar etmişəm. Doğrudur, ümumi dostlarla birgə məclislər olub, el-oba məclisi olub. Amma məhz kimin bizi tanış etdiyini, xüsusilə məni ona təqdim etdiyini xatırlamıram. Əgər belə bir kimsə varsa, olubsa, unutduğuma görə üzr istəyirəm. Lakin mənə elə gəlir ki, məni onunla taleyim, bu taleyimi yazan Allahım qarşılaşdırdı... məni ona Allah təqdim etdi!..

Fikrim böyük səslənsə də, bir Allah şahiddir ki, içimdən gəlir. Çünki o, həqiqətən mənim gözümdə, mənim dünyamda, mənim ailəmdə kifayət qədər Böyük İnsandır, Böyük şəxsiyyətdir! Onun böyüklüyünü bircə sözlə ifadə etsəm, o da zənnimcə, belə səslənər:

- Ürəyində Allah xofu, canında səmimiyyət, qanında halallıq, varlığında bütövlük, sözündə kəsər, dünyasında mərdlik və həyatında səxavət və mərhəmət olan KİŞİ!

Bax, bu yazdıqlarımı Allah onu yaradanda onun bütün vücuduna hopdurubdu. Onun nəfəsi də, sözü də, hərəkəti də, hətta insanı qarşılamağının özü də bu dediklərimin ayrı-ayrı cizgilərini ilk baxışda qarşılaşdığı adama göstərə bilir. Kim onunla ilk dəfə görüşürsə, mütləq yaddaşında həmin o dediyim cizgiləri özündə birləşdirmiş, ümumiləşdirimş, gerçəkləşdirmiş və özününküləşdirmiş bir şəxsiyyət kimi tanışlığının təəssüratını yaşayır. Mən inana bilmirəm ki, kimsə bu dediklərimə şübhə ilə yanaşa bilər... kimsə bu dediklərimi həmin o barəsində söz açdığım adamda görməyə bilər.. yəni mənim inancıma, mənim düşüncəmə görə, həmin o böyük dostumun, böyük qardaşımın xarakterik cizgiləri məhz belədir və belə də qəbul olunub. Elə ona görə də mən tanışlığımızın ilk anını yaddaşıma yazmışam. O ilk an isə ona aparıb çatdırdığım bir kitabdan başladı. Ümumi dostlarmızdan birinin xahişi ilə mən yolüstü onun iş yerinə baş çəkdim. Aftoqraf yazılmış həmin kitabı ünvanına çatdırdım. Adətən vəzifə sahibləri belə məqamlarda qonağı ya qapıdan yola salır, ya da onun ətrafındakılardan kimsə gətirilən hədiyyəni, yaxud hər nədisə onu, giriş qapısında götürür və quruca bir "sağ ol"la məktub gətirəni yola salır. Amma mən onun iş yerinə gəlib qapı önündə dayanan polis əməkdaşına deyəndə ki, kitab gətirmişəm, müəllimə verməliyəm. Polis bircə kəlmə soruşdu:

- Əbülfət müəllim sizsiniz?

- Bəli, - dedim.

- Keçin içəri, sizi gözləyir.

Və mən də bir tərəddüd içərisində onun iş otağının qapısını döydüm. İçəridən:

- Buyurun, gəlin! - dəvətini eşitdim.

Otağa keçdim. O, yerindən qalxıb təbəssümlü bir əhvalla əlini mənə doğru uzatdı.

- Xoş gəlmisən, buyur əyləş!

Bəli, bu qarşılanma, bu iki kəlmə söz o qədər səmimi deyildi, rəftar o qədər səmimi oldu ki, inanın, əməlli-başlı çaşdım. Katibəsi çay gətirdi və söhbət başladı. İlk sözü də mənim şeirlərimdən biri oldu. O şeiri elə həlim, elə ürəyə yatan bir şəkildə söylədi ki, kövrəldim.

Qayğılı çəkdiyim, dərdli çəkdiyim,

Bu boyda Bakıda dərddi çəkdiyim...

Mənim azadlıqda şərti çəkdiyim -

Cəzanın adını çəkənlər bilər!..

Şeiri söylədi və vurğuladı ki, sən hüquqşünas deyilsən ki? Özümdən asılı olmadan çiyinlərimi çəkdim. O da ürəkdən güldü və:

- Bilirəm, sənin barəndə də uşaqlardan soruşmuşam. O günü Seyran da gəlmşdi, Vaqif də. Səndən də danışdıq. Bu şeirin mənə çox təsir edib. Sən yaz, heç nəyə baxma, yaz.

Sonralar bildim ki, o ilk görüşdə söhbət Seyran Səxavətlə, Vaqif Bəhmənlidən gedirmiş. Və sonralar onu da bildim ki, o böyük insanın bir işi də Qarabağ bölgəsindən olan yazı-pozu adamlarına diqqət göstərmək, onların problemlərinin çözümünə yardım etmək imiş. Özü də heç kimə heç nə demədən, heç nə hiss etdirmədən. Bax, onda mən yazmışdım ona:

Hər kişiyə nəsib olmur

Şir ürəkli xan doğulmaq...

Dostlara şərəf gətirib -

Vətənə Şirxan doğulmaq!..

Bəli, beləcə başladı atılmağa bizim dostluğumuzun, qardaşlığımızın ilk addımları. Bu addımar sonra mənimlə onun təmasımı qardaşlıq, dostluq müstəvisinə keçirdi. Evsiz olduğumu bilib yataqxanada, sonra da uşaq bağçasında çəkdiyim zülmlərdən xəbər tutub günlərin bir günündə motodromda gecəqondu tikməyimə köməklik göstərdi. Tikinti materialları göndərdi, ustanın zəhmət haqqını ödədi. Sonra evimin ən zəruri ehtiyaclarına yardım etdi. Övladlarımın doğum günlərində, eləcə də digər tədbirlərində bir əmi, bir qardaş, bir dost kimi maddi dəstəyini əsirgəmədi. Əksinə, ondan utanıb sıxıldığımı görəndə bir balaca səsinə ciddiyət qatdı. Və beləcə də dedi:

- Əbili, sən şeirlərini yaz, uşaqlarla mənim arama girmə. Əmiləri bilir nə edir.

Bu sözlərdən sonra susub onun dediklərinə əməl edirəm. O isə heç vaxt etdiklərini büruzə vermirdi. Bu günə qədər kimsədən eşitməmişəm ki, o böyük insan mənə göstərdiyi maddi yardımı, mənim ailəmə etdiyi köməklikəri kiməsə desin. Mən kimsənin dlindən duymadım ki, mənə xatırlatsın:

- Evini prokuror tikib... kitabnı prokuror çap etidirib... evinin ərzağını prokuror göndərib.

Hətta doğum günümdə aldığı kostyum barəsində də mənə heç kim heç nə deməyib, amma mən indi bunları deyirəm və yazıram. Çünki o, prokuror deyil, neçə illərdi istefadadı. Hüquq elmləri doktorudu, alimdi, baş ədliyyə müşaviridi. Amma bütün bunlardan əlavə o Allahın mənə göndərdiyi dostdu, böyük qardaşdı! O mənim ailəmin hamisidi!!!

Hə, yazımın bu nöqtəsinə qədər onun adını qəsdən çəkmədim. İstədim ki, oxucu bir az maraqda qalsın, bir az səbirsizlənsin. Hiss edirəm ki, indi məqamı gəlib çatıb. Ona görə fikirlərimin bundan sonrasını açıq şəkildə yazacam. Şirxan Yusif oğlu Adıgözəlovla ilk tanışlığım 1988-ci ilə təsadüf edir. Mən onda Naxçıvana, Şahbuza getmişdim. Orda tələbə yoldaşlarımla oturub müxtəlif mövzularda söhbət edirdik. Tələbə yoldaşlarımdan ikisi Naxçıvanda hüquq sahəsində işləyirdi. Onlardan biri Şirxan müəllimin adını çəkdi. Dedi ki, sənin bir eloğlun burda işlədi, çox hörmət qazandı, ad-san qoyub geti burdan. Tələbə dostum Şirxanın adını deyəndə düzünü deyim ki, bir az xəyala daldım. Çünki həmin o vaxta qədər onun barəsində heç nə eşitməmişdim. Ona görə bir az düşnmək zorunda qadım. Və elə o düşünmək də Şirxan müəllimin adını yaddaşıma yazdı. 1991-ci ilin sonlarında isə həmin eloğlumla Bakıda görüşdük, bir mərasimdə. Kənardan dayanıb mərasim evinə daxil olmaq üçün məqam gözləyirdim. O, içəridən çıxdı. Bir neçə nəfər onu yola salırdı. Nə barədəsə söhbət edirdilər. Onu yola salanlardan biri ərklə dedi:

- Şirxan, səni nə vaxt təbrik edəcəyik?

- Az qalıb, darıxmayın - dedi və getdi.

Sonra bildim ki, bu, həmin o Şirxan Yusif oğlu Adıgözəlov imiş. Füzuli rayonunun Böyük Bəhmənli kəndində 1955-ci ildə doğulan Şirxan Yusifoğlu!

Və sonralar da onunla ilk təmasda söhbət onun Bakı şəhər Yasamal rayonuna prokuror təyin olunmağından gedirmiş.

Bəli, Şirxan müəllim mənim tanıdığım çox az saylı məmurlardandır ki, ədəbiyyatı da sənəti qədər sevir. Ədəbiyyata, sözə, qələmə son dərəcə böyük önəm verir. Bu insan sanki söz adamları üçün doğulub. Ona görə də mən ona yazıdığım şeirlərin birində vurğulamışam:

Sevincim gün işığı tək

Ürəyi ovcuna aldı...

Yerdə insan donlu mələk -

Sakitcə qayğıma qaldı...


Gör neçə qəmim dağıldı

Böyük ürəyin önündə...

İşıq tək qarşıma çıxdı -

O mənim çətin günümdə...

Bir dəfə məni evinə dəvət etdi Mərdəkana. Getdim və həyətdə təsərrüfat işləriylə məşğul olan dostumun təbiətə, torpağa, hətta dən səpdiyi toyuq-cücəyə münasibətini də gördüm. Üstəlik, sacı külləyib yuxanın üstünə sərmiş Tellibəyim ananın da əlindən öpdüm. Şirxan Yusifoğlunun ipək kimi həlim xasiyyətli, üzü təbəssümlü anası Tellibəyim xanım məni sacın yanına dəvət etdi. Kənddə olduğu kimi əlim yana-yana bir yuxa dürməyi düzəltdim. Sonra qardaşım ərklə dedi:

- Özünü pendir dürməyiylə doydurma. Anam bir Qarabağ aşı dəmləyib. İndi dadına baxacağıq...

Hə, mən bu yazının bitəcəyinə ümid edənləri bir az pərişan etməliyəm. Çünki bu yazı mənim illərdən bəri ürəyimdə yazılıb və yazılmaqda davam edir. Ona görə də bu yazıya nöqtə qoyulacağı gün mənim həyatıma nöqtə qoyulacağı günlə üst-üstə düşür. Sadəcə, indi mən yazını ona yazdığım son şeirlərin birindən gətirdiyim sitatla yekunlaşdırmaq istəyirəm.

Can atan çox xan olmağa

Elə şöhrət, şan olmağa...

Qardaş, sən Şirxan olmağa -

Fərd doğuldun, fərd yaşadın!

İndi yazının son fikrini çatdırıram sizə. Həyatımın hər anını bilən, həyatımın hər anını da etibar etdiyim qardaşım, dostum Şirxan Yusifoğlu! Sən təkcə özün üçün, ailən üçün, qan qohumların üçün yox, mənim və mənim ailəm üçün də doğmasan. Və sən mənim ürəyimdə, mənim həyatımda olan adamsan. Sən həm mənim üçün mənəvi gücsən, həm də maddi. Mənim və ailəmin duaları sənin üçündü, 100 yaşa!

P.S. Bu nə ad günü yazısıdı, nə də hansısa bir borcu qaytarmaq üçün qələmə alınmış fikirlərdi. Bu, sadəcə, bir böyüklük qarşısında mənim etirafımdı.




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK