ANA SƏHİFƏ / YAZARLAR

DÜNYANIN HALAL ADAMI

Faiq QİSMƏTOĞLU

17404    |   2017-09-28 17:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Onunla üç ay bundan əvvəl Bakı Dövlət Universitetini qarşısında görüşmüşdük. Əvvəlki şuxluğundan, gülərüzlüyündən və deyib-gülməyindən bir şey qalmamışdı. Heç rəngi-rufu da xoşuma gəlmədi. Amma buna baxmayaraq, çox nikbin və çox da səbrli olduğu üçün hər şeyi məndən gizlətmək istəyirdi. Təzə çıxmış kitabını mənə sarı uzatdı və dedi:

- Vaxtın olanda bu kitaba baxarsan! Çox əzab-əziyyətlə və çətinliklə araya-ərsəyə gətirmişəm. Azərbaycan mətbuat tarixiylə bağlıdır.

Kitabı mənə verəndən sonra niyə bir qədər narahat olduğunu soruşdum. O isə duruxdu və istədi cavab verməsin. Gördü ki, əl çəkən deyiləm, danışmağa başladı. Dedi ki, bir az ağrıyıram. Qaraciyərim məni çox narahat edir. Elə indi də həkimdən gəlirəm, görək axırı necə olur…

Çox səmimi və mehriban bir-birimizdən ayrıldıq. Ayrılanda da dedi ki, inşallah, bir qədər müalicə olunum, yaxın vaxtlarda oturub bir stəkan çay içərik. Amma o bir stəkan çay içmək bizə qismət olmadı. O görüşdən 20 gün sonra eşitdim ki, çox istedadlı jurnalist, gözəl ziyalı, qürurunu, ləyaqətini bu çətin zamanda qoruyub saxlayan tələbə yoldaşımız və dostumuz Müştəba Əliyev dünyasını dəyişib. Sözün düzü bu xəbəri eşidəndə çox sarsıldım. Və həmişə də ən yaxın adamımı, doğmamı itirəndə bax, belə sarsıntı keçirirəm, sıxıntı anlar yaşayıram. Doğmalarımı itirəndə necə sarsıldımsa, bu xəbəri də eşidəndə bax, elə sarsıldım…

Müştəba Əliyev Ağdam rayonunda anadan olmuşdu. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Uzun müddət «Sovet kəndi» qəzetində müxbir işləmişdi. Bir müddət də bizim qəzetdə şimal bölgəsində müxbir vəzifəsində çalışmışdı.

Mən insanın bu qədər böyük ürək sahibi olmağını, bu qədər Allah sevgisinə yiyələnməyini birinci dəfə görürdüm. Çünki o, bizim qəzetdə işləsə də, yol yoldaşlığı eləməmişdim. Birindən soruşurlar ki, qardaşını tanıyırsan, deyir yox, onunla yola çıxmamışam. İş elə gətirdi ki, bir dəfə Müştəba müəllimlə Qubaya və Xaçmaza getməli olduq. Kiminlə görüşürdüksə, hamı ona böyük sevgi məhəbbətlə yanaşırdı… kiminlə görüşürdüksə, onlar bizə bir yerdə oturub çörək kəsməyə dəvət edirdi… kiminlə görüşürdüksə, Müştəba müəllimlə söhbət etməkdən, bir tikə çörək yeməkdən qürur duyurdu…Çörək yediyimiz vəzifəli şəxslərdən biri dedi ki, mən çox müxbir görmüşəm. Amma Müştəba Əliyev kimi təmiz, qürurlu, vicdanlı jurnalisti birinci dəfədi görürəm. Nə illah eləyirəm, onun cibinə pul qoya bilmirəm. Ancaq başqaları gəlib zəhləmizi tökür ki, bizi yola salın. Bax, ona görə də bu kişiylə neçə ildir dostluq eləyirəm, çörək kəsirəm. Yəqin elə siz də Müştəba müəllim kimi saf və duru adamsınız ki, onunla oturub-durursunuz, yola çıxırsınız.

Rayondan qayıdanda maşınına yanacaq tökmək istədim. O necə əsəbləşdisə, dişinin dibindən çıxanı mənə dedi. Mən də sakit çəkilib durdum və yanacağın pulunu vermədim. Hansı ki, bizim digər iş yoldaşlarımız maşına oturan kimi deyirdi ki, benzin qurtarıb, benzin tökmək lazımdı.

Müştəba Əliyev heç kimə bənzəməyən böyük bir ziyalıydı. Və həm də o, Allaha çox yaxın bir adamıydı. Seyid ocağında dünyaya gəlmişdi. Dostumuz və qardaşımız Aqil Abbas həmişə onu qucaqlayıb öpər və deyərdi ki, seyid, cəddin bizə kömək olsun! Elə onun cəddi də həmişə bizə kömək olurdu. Sonradan öyrəndim ki, onların ocağı güclü seyid ocağı olub və çox adam gedib orda şəfa tapıb. Müştəba müəllimin dünya malında gözü yox idi.

Yaxşı yadımdadı ki, rayonda olanda neçə adam ondan xahiş elədi ki, qayıdanda mənə dəyin, sizə pay qoyacam. Amma Müştəba müəllim onların heç birinə baş çəkmədi və mənə dedi ki, görürəm sənin də dünya malında gözün yoxdu. Qoy onlar bilsinlər ki, bizim kimi də jurnalistlər var. O, jurnalist adını və şərəfini hər şeydən üstün tuturdu… O, çox gözəl və bir-birindən maraqlı yazılar qələmə alırdı… O, heç vaxt haqqı nahaqqa verməzdi… O, kiminlə söhbət edirdisə həmin adamın qəlbini ələ almağı bacarırdı.

Xaçmazda məhkəmənin sədri vardı: Ziqəm Hüseynov. Bu gün də Ziqəm Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin sədridi. İnanın, Müştəba müəllimlə görüşəndə elə bil dünyanı ona verirdin. Hər iki ziyalı bir-birini o qədər gözəl, o qədər aydın başa düşürdü ki, onlar söhbətinə kənardan da maraqla qulaq asırdılar. Çünki bu söhbətdə bir şirinlik, bir səmimiyyət, bir kişilik vardı. Və bu söhbətdə onlar bir-birindən heç nə ummurdular… Onları birləşdirən qəlblərindəki işıq və bir də həyat eşqi idi. Hər iki gözəl kişi təmənnasız dostluq eləyirdilər…

Müştəba Əliyev haqqında kimdən soruşsan, kimdən xəbər alsan ürək dolusu danışar. Ən azından deyər ki, cəddinə qurban olduğum çox gözəl kişiydi. Bir neçə il idi Milli Elmlər Akademiyasında çalışırdı. Çox çətin və ağır araşdırma yazıları qələmə alırdı. Bu yazıları isə araya-ərsəyə gətirməyə zəhmət və səbr lazım idi. Müştəba müəllim də çox zəhmətkeş və səbrli insan idi. Onun bir dəfə əsəbləşdiyini, hövsələdən çıxdığını görmədim.

63 yaşında Allah dərgahına qovuşdu. Oktyabr ayının 3-də dünyasının dəyişməsindən 40 gün keçəcək. Onun yeddisində iştirak eləmişdik. Həyətə girəndə qaynını və oğlunu gördük. Gördük ki, Müştəba müəllimi itirmək onlara həddindən artıq sarsıdıb. Oğluna təsəlli verdik və dedik ki, sənin atan çox böyük ziyalı olub, çox böyük jurnalist olub, çox böyük insan olub. Sənin atan kimi aydınlar, ziyalılar heç vaxt ölmürlər! Və o, tək onu sevənlərin qəlbində deyil, qələmə aldıqları müxtəlif yazılarıyla Azərbaycan mətbuatında həmişə yaşayacaq.

Ümumiyyətlə, yaradıcı adamlar heç vaxt ölmürlər və onlar Allahın dərgahına dönməklə yer üzündə bir daha öz böyüklüklərini, ucalıqlarını, təmizliklərini göstərirlər… Onların hər zaman, hər an insanlar arasında xeyirdə, şərdə yerləri görünür…Onların halallığı, böyüklüyü və ən nəhayət ucalığı hamının qəlbində əbədi bir heykəl ucaldır…

Və bizim dostumuz və qardaşımız istedadlı jurnalist, gözəl ziyalı Müştəba Əliyev də onu sevənlərin qəlbində elə bir iz qoyub ki, o iz həmişə qalacaq. Mənim nəzərimdə isə Müştəba Əliyev dünyanın ən təmiz və halal adamı kimi yaddaşıma həkk olacaq. Və onun işığı övladlarını, balalarını həmişə nura qərq edəcək.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK