ANA SƏHİFƏ / YAZARLAR

CƏNNƏT GÖRMƏK İSTƏYƏN…

Faiq QİSMƏTOĞLU

9238    |   2017-08-08 13:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sizi bilmirəm, mən cənnəti görmüşəm. Və bu cənnət o qədər gözəl, o qədər qəşəng, o qədər rahatdır ki, ora yolun düşəndə bir daha geri dönmək istəmirsən. Geri dönmək istəmirsən ki, gəlib yenidən başqa bir mühitə düşəcəksən, sıxıntılarının, dərdinin, kədərinin burulğanında əlləşə-əlləşə qalacaqsan. Mənim Cənnətim də, Məkkəm də, Mədinəm də Füzulidi. Oranın havasını udanda, suyunu içəndə, torpağının üstündə gəzəndə, şirin və dadlı meyvələrini, giləmeylərini yeyənldə özümü dünyanın ən güclü adamı sanıram. Gözlərimə nur gəlir, ayaqlarıma təpər! Elə bilirəm ki, iki-üç gündə cavanlıq günlərimə qayıtmışam. Məni o günlərə döndərən, qaytaran Bəhmənlinin, Horadizin, Kərimbəylinin, Babının… havasıdı, suyudu, çörəyidi...

İnanın, o yerə gedəndə ağrım-acım da olmur. Gecə çox rahat yatıram. Təzyiqim isə cavan oğlanın təziyqi kimidi. Belə də olmadı. Çünki udduğam hava, içdiyim su və yediyim çörək tərtəmizdi! Sanki cənnətin gözəlliklərinin içində, ağuşunda olursan…

Yeni çinarlar diyarı

Ötən yazılarımızda qeyd etmişdik ki, Azərbaycanda çinarlar diyarı sayılan çox yerlər var: Göyçay, Gəncə, Şəmkir, lap elə Bakının özü! Amma son zamanlar bu çinarlar diyarına bir yurd da əlavə edilməlidir: Füzuli! O Füzuli ki, onun böyük bir hissəsi işğal altındadı və işğaldan azad olunan kəndlərdə, yaşayış məntəqələrində elə bir abadlıq işləri görülüb ki, ona adam baxmaqdan doya bilmir. Onsuz da ölkəmizin bütün regionlarında möhtəşəm tikinti, quruculuq və abadlıq işləri gerçəkləşdirilib. Füzulidə isə tamamilə başqa bir aləmdi. Axı mən çinarlardan danışmaq istəyirəm. O çinarlar ki, Füzuli rayonunun girəcəyindən avtomobil yolunun sol və sağ hissəsindən düz Horadiz şəhərinə qədər boy verib. O çinarlar ki, 7 il bundan əvvəl əkilib. İndi hamısı maşallah, 4-5 metr hündürlüyə qalxıb. O çinarlar ki, yayın istisində göydən «od» yağanda bir anlıq maşını saxlayıb onun kölgəsində sərinləmək olur. O çinarlar ki, ona xalq arasında təbiətin «kondisioneri» deyirlər. Əlbəttə, yolla gedən adam yayın istisində bir qədər təntiyəndə, istidən tənginəfəs olanda istər-istəməz kölgəlik axtarır və bu kölgəliyi tapanda sevinir. İllah da ki, bu kölgəlik çinar ağacları ola. Füzulinin elə bir kəndi, elə bir yaşayış məntəqəsi yoxdur ki, yolun sağ və sol hissəsində bu çinar ağacları insanları «salamlamasın». Bəhmənlidəki çinar ağacları isə lap möhtəşəmdir. İnanın, yayın istisində onun kölgəsində dayanmaq, durmaq adama elə bir sərinlik gətirir ki, ordan uzaqlaşmaq istəmirsən…

Yolların hamısı asfaltlanıb

Füzuli rayonunda elə bir kəndə, elə bir yaşayış məntəqəsi yoxdur ki, orda yollar yenidən tikilib istifadəyə verilməsin. Sanki bu yollar şəhərin yollarından da gözəl görünür. Çox uzağa getməyək. Bizim Böyük Bəhmənli kəndinin dörd tərəfini birləşdirən asfalt yol çox gözəl çəkilib. Sovet hökumətinin vaxtında düzdür, asfalt çəkilmişdi. Ancaq kəndin iki dəmiryoluna qədər bu asfalt yol vardı. Amma son illər isə kəndin dörd tərəfini birləşdirən yol tamamilə asfaltlanıb. Hətta bir çox məhlələrarası yollara da asfalt çəkilib. Bizim dədə-baba evimizin düz darvazasına qədər asfaltdır. Bir çox insanlar isə bundan ruhlanaraq özləri də məhləarası yollara daxili imkanları hesabına asfalt çəkdiriblər…

Rayonda bayaq dediyimiz kimi, bütün kəndlər yeni infrastrukturlar təchiz edilib. Su, elektrik və qaz xətləri çəkilib. Hətta əksər kəndlərdə bütün transfarmatorlar və yarımstansiyalar dəyişdirilib. Bir faktı da deyim ki, Sovet hakimiyyəti dövründə Füzulinin Araz boyu kəndlərinə qaz xətləri çəkilməmişdi. İstər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də Prezident İlham Əliyevin fəaliyyətə başladığı müddətdə Füzulidə çox möhtəşəm işlər görülüb. Bizim kəndin camaatı qaz çəkilişindən sonra rahat nəfəs alıb. Yəni əvvəlki kimi onlar dizel yanacağı, daş kömür, odun axtarışında olmurlar. Bu isə insanların rahat yaşamasına, işləməsinə və fəaliyyət göstərməsinə şərait yaradır.

Başçı ziyalı olanda…

Rayonun bəxti o vaxt gətirir ki, Prezidentin səlahiyyətli nümayəndəsi olan icra başçısı ziyalı olur. Bu mənada Füzuli rayonunun da bəxti gətirib. Çünki rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Prezidentə, dövlətə və dövlətçiliyə çox sədaqətli olmaqla yanaşı, həm də ziyalı bir insandır. Mən inanmıram ki, hansısa Füzuli sakini Alı müəllimin qəbulunda olsun və ondan narazı qalsın. Çünki Alı müəllim hər bir Füzuli sakinini öz doğması, öz əzizi qədər çox istəyir və ona diqqət göstərir. Hətta problemi həll olunmayan adamlar onu başa düşürlər. Başa düşürlər ki, Alı müəllim əlindən nə gəlibsə onu əsirgəməyib, sakini qəbul edib, onu dinləyib və düz yol göstərib. Elə bu düz yol da çox insanlara rahatlıq gətirir və çıxış yolu tapırlar.

Alı Alıyev çox vaxt insanları elə kəndlərdə, yaşayış məntəqələrində dinləyir. Bu görüşlərdə rayon hüquq-mühafizə orqanları rəhbərləri, vəzifəli şəxslər də iştirak edirlər. Hər hansı problemi olan vətəndaşın elə məsələsi həmin görüşdəcə həllini tapır. Üstəlik də xalıq içində olmaq, onlarla səmimi söhbət eləmək başçını bir qədər də insanlara doğmalaşdırır. Və füzulilər görür ki, həqiqətən Alı müəllim əvvəllər olduğu kimi, çox sadədir və səmimidir. Elə bütün məsələlər də bu konteksdə öz həllini tapır. Deməli, başçı nə qədər ziyalı olsa, xalqla səmimi ünsiyyət qursa, bundan həm dövlət qazanır, həm də on minlərlə insanlar…


Yas məclisində yemək verilmir

Bir neçə il bundan əvvəl dəbdəbəli yas məclislərinin qarşısını almaq üçün dövlət səviyyəsində ciddi addımlar atıldı. Ümumiyyətlə, bu çox lazımlı və gərəkli bir addım idi. Gəlin açıq danışaq ki, bir çox imkansız adamlar yasları düşəndə dəbdəbəli surətdə onu vermək üçün ya gedib kimdənsə borc almalıydı, ya da kredit götürməliydi. Başqa rayonların birində yası düşən adam atasını dəfn etmək və ehsan vermək üçün kimdənsə borc alıb və yas da başa çatandan sonra o, borcu verə bilməyib. Borc sahibi də tez-tez onu narahat edib. Və o da borcunu qaytara bilmədiyinə görə intihar edib.

Nə yaxşı ki, bu gün Füzulidə neçə illər bundan əvvəl qoyulmuş yeni ənənəni heç kəs pozmur. Çünki bir neçə il bundan əvvəl varlı və kasıb olmasından asılı olmayaraq, rayonda yas məclislərində heç kəs yemək vermir. Yas süfrəsində halva, çay və bir də xurma olur. Təbii ki, bu gün əhalinin iqtisadi durumu əvvəlki vaxtla müqayisədə bir qədər də çətinləşib. Ona görə də yeni addımın atılması insanlar tərəfindən tam normal qarşılanıb. Hətta icra başçısı dəfələrlə yas məclisində olarkən kənd camaatının çox səmimi surətdə fikirlərini öyrənib. Və mənim özüm də o məclisdə olarkən camaatın fikirlərini eşitmişəm. Alı müəllim soruşub ki, yas məclisi əvvəlki formada yaxşı idi, yoxsa indi?! Yerdənsə hamı dillənib ki, bu yeniliyi kim edibsə, Allah ölənlərinə rəhmət eləsin! Çiynimizdən çox ağır bir yük götürülüb. Alı müəllim də deyib ki, biz heç kimə nə təyziq, nə də başqa cür təsir göstərməmişik. Sizin ürəyiniz necə istəyibsə, o cür də addım atmışıq. Deməli, bu cür addımların atılması insanları çox böyük ağır yükdən və çətinlikdən xilas edib.

Şəhidlər kompleksi

Aprel şəhidlərinin xatirəsinə Füzulidə çox möhtəşəm xatirə kompleksi inşa edilib. Həmin xatirə kolmpleksində aprel döyüşlərində şəhid olan Azərbaycan zabitlərinin və əsgərlərinin şəkilləri həkk edilib. Rayonun icra başçısı Alı Alıyev deyir ki, bu abidəni qısa zaman kəsiyində öz daxili imkanlarımız hesabına tikmişik. Bu il də aprel ayında şəhidlərin il dönümündə o döyüşlərdə şəhid olan zabitlərin və əsgərlərin ailələrini dəvət etmişdik. Onların şərəfinə bir süfrə də açmışdıq. İnanın, şəhid ailələri bu diqqət və qayğıdan ağızdolusu danışırdılar. Təbii ki, insanlar onların şəhidlərinə və özlərinə olan diqqəti görəndə sevinirlər. Və bu ailələri sevindirmək çox müqəddəs və çox xeyirxah bir əməldir.

Ümumiyyətlə, Füzuli rayonu tarixən süfrə mədəniyyəti və qonaqpərvərliyi ilə fərqlənib. Bu rayona kim gəlsə, istər-istəməz çox razı qalır. Ən azından ona görə ki, orda sevgi görür, məhəbbət görür və şəhidlərinə əbədi bir istək hiss edir…

Bol məhsul

Hər il olduğu kimi, bu il də Füzulidə çox böyük məhsul var. Rayonda bir neçə ildir ki, rekord miqdarda taxıl tədarük edilir. Bununla yanaşı, pambıqçılıq, baramaçılıq, üzümçülük, çuğundurçuluq, bostan-tərəvəzçilik və meyvəçilik də yüksələn xətlə zaman-zaman inkişaf edir. Rayon kənd təsərrüfatı idarəsinin rəisi, təcrübəli mütəxəssis və gözəl ziyalı Hüseyn Abbasov bildirir ki, bu il pambıqçılıq sahəsində də böyük irəliləyiş olacaq. Baramaçılıq öz müsbət nəticəsini verib. Elə adam var ki, 250-300 kiloqram barama istehsal edib və bu isə nə qədər pul deməkdir. Ümidvaram ki, bayaq dediyim kimi, pambıqçılıq sahəsində də müəyyən uğurlar qazana biləcəyik. Çünki yüzlərlə hektar əkilmiş pambıq sahəsində yaxşı becərmə işləri aparılıb, bütün aqrotexniki qaydalar vaxtında yerinə yetirilib və inanmaq olar ki, yaxşı da pambıq olacaq. İnsanlar çəkdikləri əziyyətin bəhrəsini görəcəklər. Son müşavirədə cənab Prezident kənd təsərrüfatının inkişafı üçün bizim qarşımızda zəruri vəzifələr qoyub. Və eyni zamanda kənd təsərrüfatının inkişafı üçün dövlət səviyyəsində böyük qayğı göstərilir.


Bir Avropa şəhəri

Horadiz bu gün bir Avropa şəhərinə bənzəyir. İnanmırsınız, gəlin baxın, görün düz deyirik, yox düz demirik?! Son illər şəhərdə on minlərlə şam ağacı və digər ağaclar əkilib. Və bu ağaclar da Horadizə əsrarəngiz bir gözəllik gətirir. Şəhər gündə üç dəfə mənzil kommunal təsərrüfatının işçiləri tərəfindən təmizlənir. Səhər saatlarında rayon icra başçısı Alı müəllim özü təmizlik işlərinə diqqət yetirir. İstər səhər, istər günorta, istərsə də axşam saatlarında şəhərin küçə və parkları tərtəmizdi. Yaşıllıqlara və parklara isə xüsusi bir diqqət göstərilir. Valideyn öz övladına necə qayğı göstərirsə, kommunal təsərrüfatının işçiləri də ağaclara, yaşıllıqlara elə diqqət göstərirlər. Belə ki, yaşıllıqlar və ağaclar isti günlərdə tez-tez suvarılır və onlar diqqətdən kənarda qalmır. Bu yaşıllıqlar isə Horadizə - gözəl şəhərə qeyri-adi bir görkəm və sərinlik gətirir. Elə bir sərinlik ki, qonşu kəndlərdən də axşam saatlarında Heydər parkına gəlib insanlar bu gözəl havada istirahət edirlər.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK