ANA SƏHİFƏ / YAZARLAR

DƏRD BÖYÜDƏN UŞAQ

20799    |   2017-08-04 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Onunla bir yolçuluqda tanış oldum. Səhhətimdəki problemlə bağlı narahat idim. Tanımadığım gənc qızın bu narahatlığımı anlayaraq mənə qayğı göstərməsi, mehribanlığı, içimdə ona qarşı bir maraq yaratdı. Bu uzun yolçuluğu qısaltmaq üçün yolun körpüsü olan söhbətə başladıq. Əvvəlcə adda-budda  tanışlıq xarakterli mövzulardan danışdıq, sonra bir-birimizə isinişdik. Anladım kı, içində sıxıntısı var və bu sıxıntının onun əsəblərini əməlli-başlı gərdiyi bəlli idi. Danışanda bu sıxıntını gizlətməyə çalışır, amma bacarmırdı. Təbii ki, yaşadığım həyat, çalışdığım sahə onun qəlbinə yol tapmağımda yardımçım oldu. Və bir də gördüm ki, avtobusda mənimlə yanaşı əyləşmiş Əruz xanım səmimiyyətlə öz həyat hekayəsini danışır.

Öncə Əruz xanım barəsində: Bakıda doğulub, orta məktəbi də Bakıda bitirib. Barəsində danışdığı şəxslə də bir məktəbdə, bir sinifdə oxuyub. Bu günsə İstanbulda yaşayır. Həm ali təhsil alır, həm də çalışır. Üstəlik dil kurslarına da gedir. Ailəsi Bakıda yaşayır. Onun həyat hekayəsi mənə maraqlı idi:

...Biz üç dost idik. Bir sinifdə oxuyurduq. Heydər, Şöhrət və mən sanki bir ailə idik. Günümüzün çox hissəsi bir yerdə keçirdi. Bəzən bir bulkanı bölüşüb yeyərdik. Dostlarım mənə həm də qardaş idi. Onlar, xüsusilə Heydər məni hər yerdə, hər kəsdən qoruyur, doğma qardaş kimi qayğıma qalırdı. O, sanki yalnız yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dilindən pis söz çıxmaz, kimsəni incitməzdi. Ürəyində sonsuz gözəlliklər daşıyırdı. Qəlbində elə bir təmizlik, saflıq vardı ki, bu təmizlik, məsumiyyət üzündə işığa çevrilib qəlblərə nüfuz edirdi. Şöhrət də, mən də onun bizə yad biri olduğunu ağlımızdan da keçirməzdik. Hətta kimsə mənim qardaşım olmadığını söyləyəndə, Heydər mənim qardaşımdı deyirdim, o da bunu təsdiq edərdi. Bu da mənim güvəncimi artırır, həm də mənim Heydərə qarşı olan qardaş-bacılıq münasibətimi günü-gündən cilalayırdı. Özümü həqiqətən qardaşı olan bacı sayırdım. Elə qardaş ki, ona həyatımı da, sirrlərimi də etibar edirdim. Bilirdim ki, hər addımda yanımdadı, hər addımda məni müdafiə edəcək... Onun mənəvi dayağı oxumağımda da, dərslərimdə də mənə sanki qol-qanad verirdi.

Sinfimizin qızları da, məhləmizin uşaqları da bizim qardaş-bacılığımıza həsəd aparırdılar. İndi də o günləri xatırlayanda... (səsi tutulur, hiss edirəm ki, içində ağlayır, ona görə də udquna-udquna, boğula-boğula danışır - F.R) hər şey yuxu kimi gəlir mənə. Mənim üçün o qədər ağırdı ki... Biz həqiqətən doğma idik. Orta məktəbi bitirdik. O, məndən əvvəl qəbul olundu ali məktəbə. Kıprız Universitetini qazananda həm sevindim, həm də kədərləndim. Düşündüm ki, uzaqlaşacağıq münasibətimiz soyuyacaq. Amma ağlımdan keçənlər özünü doğrultmadı, əksinə biz tez-tez internet vasitəsilə həyatımızda baş verənlərlə bir-birimizi xəbərdar edirdik. O, Türkiyədə təhsil almaq üçün məni də həvəsləndirirdi. Məqsədimiz də Türkiyədə təhsil alıb, Vətənə dönmək, öyrəndiklərimizi öz millətimizə həsr etmək idi. Yazışmaların birində o, sevdiyi qızla məni tanış etdi. Tətillərdə Bakıya gələndə əl çantasını evlərinin kandarına atıb, öncə mənimlə görüşməyə tələsirdi. Qardaş-bacı bir-birimizdən hal-əhval tutandan sonra evlərinə gedirdi. Valideynləri bu doğmalığımızı yüksək qiymətləndirir, məni də öz qızları kimi sevirdilər. Allah sanki Heydəri mənim üçün göydən hami-qardaş kimi endirmişdi...

Heydər Kıprız Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində oxuyurdu. Bütün universitetin hörmətini, sayqısını qazanmışdı. Onun fəallığı, konfranslarda, tədbirlərdə çıxışları, milli münasibətlərə, beynəlxalq əlaqələrə özəl baxışı var idi. Ona görə də türkçülük mövqeyində dayanan tələbə universitetin ən başarılı öyrəncilərindən sayılırdı. Hər kəs ona böyük ümidlə baxırdı. Onun simasında gələcəyin böyük bir mütəxəssisi yetişirdi. Özü də təkcə oxuduğu universitetdə yox, eləcə də bu məmləkətdəki bütün universitetlərin birgə toplantılarında, tədbirlərində o, özünü qətiyyəti, məntiqi, prinsipiallığı və savadı ilə tanıdıb, sevdirə bilmişdi.

...İllər sürətlə ötürdü. Heydər universitetin son aylarını başa vurmaq üzrə idi. Azərbaycana, xalqını, millətini canı qədər sevən, vətənpərvər, təəssübkeş, dəyərli, ölkəmizin gələcəyi üçün yetərli bilik, savad, təcrübə qazanmış bir gənc kadr gələcəkdi.  Xalqımızın rifahı üçün o qədər gözəl planları vardı ki...

Amma avtomobil qəzası onun bütün arzularını, xəyallarını yarımçıq qoydu. Ömür karvanı mənzil başına çata bilmədi. Bu qəzanın nədən, niyə baş verdiyini düşünmək də, yozmaq da çətin idi. Bu qədərdimi, alın yazısıydımı, yoxsa hansısa bir sürücünün səhlənkarlığı, diqqətsizliyi, məsuliyyətsizliyi... yoxsa başqa bir şey... Suallar çoxdu, amma bir həqiqət var, o da Heydərin bir qəzanın qurbanı olması idi. Ürəkləri belə övlad yetirmələrinin sevinciylə, qüruruyla döyünən, bu dəyərli oğulun gələcəyi ilə min bir xəyallar quran Məlahət ana, Ağalar bəy  əvvəl bu xəbərə inanmadılar, sonra sarsıldılar və çiyinlərinə ömürləri boyu çəkəcəkləri ağır bir yük düşdü - oğul dərdi!..  

Onun nəşini bütün universitet Bakıya yola saldı. Dəfninə universitetin seçilmiş nümayəndələri qatıldılar. Bakıda torpağa tapşırılan Heydər Ağalar oğlu Əliyev üçün Kıprızda da ağladılar. Dostları, tələbə yoldaşları, müəllimləri... onun tanıyan hər kəs.

...Həmin qəza təkcə qardaşımı əlimdən almadı, ümidimi, güvəncimi, sevincimi, fərəhimi, ürək dostumu öldürdü. Bu boyda dünyada tək qaldım. Bu dərd o qədər ağırdı ki... (yenə səsi qırılır, göz yaşları yanağından çənəsinə süzülür, qəlbindəki yanğını, göynərtini hiss edirəm - F.R) Həyata marağım ölmüşdü. Onunla bitmişdi sanki həyat mənim üçün. Heç bir kəs, heç bir şey onu əvəz edə bilmir mənim üçün. O dərd mənim uşaqlığıma son qoydu, məni böyütdü, olğunlaşdırdı. İnsanın yaşı deyil, yaşadıqları öyrədir həyatı, deyirlər, doğruymuş...

  İndi onun həvəsləndirdiyi işin qulpundan tutmuşam, oxuyuram, həm də Türkiyədə - İstanbul Universitetində. Çalışıram, kimsədən asılı olmadan öz ayaqlarım üstə dura bilmək üçün. İstəyirəm ki, qardaşımın yarımçıq qalmış arzularını az da olsa gerçəkləşdirim. O, mənim fikrimdə, yuxularımda, ürəyimdə - hər anımdadır. Hər gün onunla danışıram, ən dar məqamımda özüm də hiss etmədən o, məni dərdin içərisindən çıxarır, bəladan qoruyur, ağıllı məsləhətlərini verir.

 Mən onun doğum və anım günlərini heç vaxt unutmuram. Türkiyədə oxusam da, həmin günlər onu ziyarət etmək üçün Bakıya tələsirəm, baş daşını qucaqlayıb, "qardaş!" deyib hıçqırmaq üçün. Çox vaxt məzarlıqda Şöhrət də mənimlə olur.  Ayın 2-sı onun doğum günüdür, 15-i isə anım günü. Mən də onun etdiyi kimi, evimizə üz tutmadan öncə məzarlığa gedəcəm. Çünki o, məni gözləyir. Çünki ən ağır anlarımda kimsə yoxkən o, vardı yanımda. Axı o, hamıdan diqqətli idi, hamıdan sədaqətli idi... Sonra Məlahət anaya baş çəkəcəm bəlkə gecəni də onlarla qaldım, Heydərin qardaşı Ələkbər, bacısı Esmirayla Heydərli günlərimizi bir daha xatırlayaq deyə...

Bəli, yol boyu mənimlə həmsöhbət olan bu arıq, çəlimsiz qız öz çəkisindən qat-qat artıq bir dərd daşıyırdı Türkiyədən Bakıya, Bakıdan Türkiyəyə - dost, qardaş dərdi. Amma içində sonsuz mübarizlik, təpər, Azərbaycan sevgisi, təəssübü olan bu qız öz arzusuyla bərabər dostunun da ümidlərini doğrultmağa qərarlıdır.

Onu sinəmə sıxdım, istədim ki, bu cılız bədəninin, dost-qardaş sevgisi və dərdiylə dolu ürəyinin çəkdiyini anladığımı və bölüşdüyümü hiss etsin.

Həyatda acı çəkənlər xoşbəxtliyin dəyərini daha yaxşı bilirlər. Uğurlar sənə, Əruz!



İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK