ANA SƏHİFƏ / YAZARLAR

PAXIL ADAMLAR GÖYƏRMƏZ

Faiq QİSMƏTOĞLU

19772    |   2017-07-24 14:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni binadan kimlər mənzil alıbsa, sağ canla yaşasınlar

Dünyanın heç bir ölkəsində yüzlərlə jurnalistə hələ indiyə kimi mənzil verilməyib. Amma bizim məmləkətimizdə artıq ikinci dəfədir ki, yüzlərlə jurnalistə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən mənzil hədiyyə edilib. Bilirsiniz bu nə deməkdir? Bu, Azərbaycan mətbuatına, demokrtik və azad sözə verilmiş çox böyük dəyərdir! Bu dəyəri qiymətləndirməmək, gözdən salmaq bizim fikrimizcə ən böyük ədalətsizlikdir!

Birinci bina təhvil veriləndə 155 ailə sevindi. İkinci binada isə 255 jurnalist ailəsinə sevinc bəxş edilib! O sevinc ki, həmin insanlar, qələm sahibləri, söz sahibləri uzun illərdir bu sevinci həsrətlə gözləyiblər. Həmin sevinc onların qapılarını döyəndə isə çoxları sevincindən şok anlar yaşayıblar! Hər hansı jurnalist o mənzili almaq üçün nə qədər çalışsa da, bu əmək haqqı ilə elə təmirli evə və yaraşıqlı mənzilə sahib çıxa bilməzdi. Bunu jurnalistlərə dünyanın ən səmimi prezidenti cənab İlham Əliyev bəxş etdi. 255 mənzil! Bu təkcə 255 ailənin sevinməsi deyil. Bu, minlərlə insanın və bir o qədər də onu sevənlərin sevinməsi deməkdir! Əgər siyahıda adı olan o jurnalistlərə 255 mənzil verilirsə, bu xəbərdən həmin adamların qohum-əqrəbasının, el-obasının sevincindən uçmağa qanadları olmayıb.

Uzun illər mətbuatda çalışan, ömrünü şam kimi haqq-ədalət yolunda əridən, saçını-saqqalını mətbuatda ağardan çoxlu sayda insanlar bu təzə mənzillərdən ev alıblar. Sağlıqlarına qismət! Qoy o evdə mənzil alanlar oğul toyu eləsin, gəlin gətirsinlər, qız köçürsünlər! Mən o siyahıya baxanda 40 ildən də çox mətbuatda külüng çalan, haqq-ədalət yolunda ömrünü xərcləyən jurnalistlərin adını görəndə sevincimdən gözlərim yaşardı. İntiqam Mehdizadə, Hidayət Elvüsal, Şakir Yaqubov, Vasif Quliyev, Telli Pənahqızı, Flora Sadıqova, Tofiq Yusifov… Bu siyahını uzada da bilərik. Çünki o siyahıda çox haqqı olan və mənzil alan istedadlı jurnalistlər vardı. Onların əksəriyyəti ilə dostluq əlaqələrimiz, yoldaşlığımız olub. Və həmin adamların adını və soyadını siyahıda görüb çox sevinirik.

Mənim bir həmyerlim var. «Respublika» qəzetinin əməkdaşıdır. Şükür Əliyevi (Şənol) deyirəm. İnanın, o, çox ağır bir tale yaşayıb. Yaşadığı mənzil pis vəziyyətdədir. Həyat onu hər cür sınağa çəkib. Oğlu rəhmətə gedib və bunların hamısına Şükür dözüb. Görün, onu sevindirən adamlar necə savab bir iş görüblər! Şükürün ev almasına bizim Bəhmənlidə hamı sevinir və deyir ki, nə yaxşı ki, belə istedadlı, təmiz, vicdanlı qələm sahibi öz halal haqqını ala bildi. Və Şükür kimi o siyahıdan çox istedadlı və Azərbaycan mətbuatında böyük xidmətləri olmuş jurnalistlər var! Deyin görək, belə jurnalistlərin ev almasına kim paxıllıq eləyər? Əlbəttə, paxıllıq eləyən var! Onların gözləri kor, qulaqları kar, dilləri də laldır. Gərək nə qədər paxıl olasan ki, hər hansı istedadlı insanın halal haqqına şər-böhtan deyəsən. Nə qədər insafsız olasan ki, o siyahıda adı keçib mənzil alanların sevincinə şərik olmayasan!

Mənim özüm də ev növbəsindəydim. Və səbiriszliklə gözləyirdim ki, adım o siyahıda çıxacaq. Amma adım o siyahıda çıxmadı və bizim qəzetdə haqqı olan, zəhəmti olan, istedadı ilə seçilən iki dostumuzun ev alması xəbərini eşitdik. Onlardan biri baş redaktorun müavini Əbülfət Mədətoğlu, digəri isə şöbə müdiri, mənim həddindən çox istədiyim Ceyhun Rüstəmovdur. İnanın, biz hər üçümüz şanslıydıq və hər üçümüzün də ev almaq haqqı vardı. Elə ki, mötəbər mənbədən telefon açıldı ki, Əbülfət Mədəoğlu ilə Ceyhun Rüstəmov mənzil alır, birinci onları mən təbrik etdim! Hər ikisini qucaqlayıb öpdüm və xeyir-dua verdim. İnsan gərək uduzanda da kişi kimi uduzsun və qarşısındakının halal haqqını başa düşsün! Ceyhun Rüstəmovun ailə vəziyyəti mənimkindən də mürəkkəbdir. Onun iki övladı anadangəlmə iflic xəstəisdir. Uzun illərdir müalicə olunur, hələ ki, tam sağalmayıblar. Bəlkə bu sevincli anlar o uşaqlara təsir elədi, onlar daha tez sağaldı. Məgər bunu istəməmək olar?

Seyran Səxavətin ötən əsrin 80-ci illərində «Ulduz» jurnalında çox möhtəşəm bir müsahibəsi dərc edilib. Həmin müsahibənin adı belə idi: «Ağdamda Qədir Rüstəmovla atüstü söhbət». Seyran Səxavət soruşur:

- Qədir, sən nə vaxt sevinirsən?

O da bir az xəyala dalır , sonra qəlyanını yandıraraq bir qullab vurub deyir:

- Balalarım sevinəndə mən də sevinirəm!

Bu çox unikal bir cavab! Azərbaycan prezidenti cənab İlham Əliyev yüzlərlə jurnalistin balasını, nəvəsini sevindirib. Və Ceyhunun da o iki balası seviniblər. Gün o gün olsun ki, bizim də balalarımız sevinsin. Çünki balaların sevinməyindən gözəl hədiyyə ola bilməz!

Jurnalistlərin mənzil almasına bir çoxları qəmbərqulu qoymaqdan belə əl çəkməyiblər. İnsan vicdanını, insafını itirəndə ancaq belə hərəkət eləyə bilər. Azərbaycan prezidenti cənab İlham Əliyevin, prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri hörmətli Əli Həsənovun, Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru hörmətli Vüqar Səfərli mətbuatımıza, jurnalistlərimizə olan qayğısını və diqqətini unutmaqmı olar?

Təsadüfi deyil ki, Milli Mətbuat gününün 142-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı hörmətli Əli Həsənov deyib ki, media işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı, medianın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürən prezident İlham Əliyev jurnalistlərlə görüş keçirib öz tövsiyələrini verdi. Əli Həsənov bildirib: «Prezident jurnalistlərlə görüşdən böyük təəssüratlarla qayıtdı. Mən əminəm ki, jurnalistlər də bu görüşü həmişə məmnunluqla xatırlayacaqlar. Əlbəttə, 255 mənzil bütün jurnalistlərin bütün ehtiyacını ödəmir. Əlbəttə, bu gün siyahıdan kənarda qalan jurnalistlər arasında da haqqı çatan və ehtiyacı olan qələm sahibləri var. Lakin təəssüf edirəm ki, adını jurnalist qoyan bir qrup üzdəniraq insan sosial şəbəkələrdə ev bölgüsü ilə məşğul olan komissiyanın fəaliyyətinə kölgə salmağa, ev alan jurnalistlərin haqqını, ehtiyacını inkar etməyə çalışırlar. 255 jurnalist arasında aktiv olub öz haqlarını müdafiə edənlər də var. İnanıram ki, onlar arasında passiv olanlar da fəaliyyət göstərəcəklər».

Əli Həsənov əlavə edib ki, jurnalistlər üçün təməl qoyulan binanın iki il ərzində tikilib istifadəyə verilməsinə çalışacağıq. Dövlət başçısı 3 il ərzində üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. İnanıram ki, biz iki ilə buna nail olacağıq. Bu mümkün olmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri hörmətli Əli Həsənovun düşüncələri bir daha jurnalistləri təmkinli olmağa çağırır. Çünki kimin haqqı varsa, kimin hüququ çatırsa, növbəti mənzil bölgüsündə mütləq o istəyinə çatacaqdır. Biz jurnalistlər bir qədər səbrli olsaq, haqqı nahaqqa verməsək və hər şeyə şükür etsək, onda özümüz də sevinəcəyik, balalarımız da, nəvələrimiz də!...




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK