Adalet.az | MÜSƏLMANA KİTAB OXUMAQ YARAŞMIR? Adalet.az | MÜSƏLMANA KİTAB OXUMAQ YARAŞMIR? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MÜSƏLMANA KİTAB OXUMAQ YARAŞMIR?

Faiq QİSMƏTOĞLU

25549    |   2017-05-26 15:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Dünya sanki iki yerə ayrılıb: bir hissəsi deyir ki, kitab oxumaq lazımdır, qəzet oxumaq lazımdır, bir hissəsi də buyurur ki, kitab, qəzet oxumaq boş şeydi. Əsas məsələ odur ki, adamın pulu olsun! Pul ki, oldu ha, o adamdan güclü və ağıllı insan çətin ki, tapılar…

Yəqin ki, hər iki fikrə müxtəlif bucaqlardan baxan insanlar da var. Yəni kimsə birmənalı deyə bilməz ki, birinci haqlıdır, yoxsa ikinci? Amma məsələnin görünən tərəfi ondan ibarətdir ki, oxuyan, öyrənən, gəzən insanlar çox dünyagörüşlü olurlar. Onlar hər şeyi dərk eləyirlər, ağı qaradan seçməyi bacarırlar. Savadlı və elmli olduqlarına görə, düşdükləri çətin andan da çıxmağa nail olurlar…

… İndi biz qalmışıq odla su arasında: kitab oxumaq bizə yaraşır, ya yaraşmır?! Deyirlər ki, kitab oxuyan elmli insanlar əsl adam olurlar. Amma mən elmlər doktoru, professor tanıyıram ki, onun elmi olsa da, adamlığı yoxdu. Elmi olmayıb adamlığı olan insanlar da tanıyıram: elə bizim kənddəki rəhmətlik Seyid Əli Ağa. Ömrü boyu kitab oxumamışdı, qəzetə baxmamışdı. Amma bu adam başdan-ayağa nur və işıq idi. O, dünyasını dəyişəndə də kənd bir-birinə dəydi. Və bu gün də Seyid Əli Ağanın yeri görünür. Deməli, əsas məsələ kitab oxumaqdan çox insanın qanında, içində, kökündə müəyyən genlərin olmasıdır. Əgər qanında, kökündə mərdlik, dəyanət, qürur, namus, qeyrət yoxdusa, çətin ki, qəzet oxumaqla, kitab oxumaqla o boşluğu doldurasan və adam olasan…

Ancaq bizə kitab oxumaq, qəzet oxumaq hər zaman, hər an lazımdı. Necə ki, avropalılar kitab oxudu, elm öyrəndi və başqa planetlərə gedib çıxdı, bizimsə başımız cəhalətə, avamlığa qarışaraq çox şeyi yaddan çıxardıq. Böyük bəstəkar və publisist Üzeyir Hacıbəyovun qələmə aldığı bir məqalə yadıma düşür: «Qərəz, getdim…». Həmin məqalədə Üzeyir bəy yazır: «…Qərəz, getdim axundun yanına. Ordan-burdan söhbət elədik, çay içdik, yenə söhbət elədik. Danışdıq, axırda soruşdum ki, axund, qəzet oxumaq nə tövrdür? Buyurdu ki, qəzet oxumaq haramdır. Dedim: Axı, qəzet bir yaxşı şeydir, adama nəfi çoxdur, gözümüzü açır. Buyurdular ki, qəzet oxumaq haramdır…

… Müsəlman intelligentini tapdım. Bir az ordan-burdan danışdım və sonra dedim ki, sən allah, görürsənmi, axund buyurur ki, qəzet oxumaq haramdır. İntelligent güldü, dedi:

- Əlbəttə, axund elə deyər, amma mən qəzet oxumamış çay içə bilmərəm. Və vodkasız da abed eliyə bilmərəm…

… Ona görə bir qədər dinləyib sonra dedim ki, lotu, bəs vodka necə? Müsəlmana vodka yaraşırmı? Dedi: «Vodka yaraşır. Çünki ruslar və rus arvadları görəndə ki, mən müsəlman vodka içirəm, onlara çox xoş gəlir. Daha mənə «vəhşi müsəlman» demirlər».

Hələ ötən əsrin əvvəllərində intelligentlər belə müsəlman qəzetlərini xoşlamayıblar. Çünki müsəlman qəzetlərini, o cümlədən «İrşad»ı oxuyanlara onlara «obrozovonnu» adam kimi baxmayıblar. Deyiblər ki, gör bu nə qədər geridə qalıb ki, gedib müsəlman qəzetləri oxuyur. Ancaq gürcülərin, ermənilərin öz qəzetlərini oxumasına heç kəs qəmbərqulu qoyulmayıb. Və bizim «millətsevrələr» özlərini başqalarına nümayiş elətdirmək üçün kişinin oğlanları ancaq rus qəzetləri oxuyurmuş. Qoy kim nə istəyir onu oxusun. Və bugünün özündə də elə bəzi «obrozovonnular» öz yazıçılarımızı, publisistlərimizi bəyənmirlər. Onlar beş-altı Nobel mükafatı almış yazıçılardan dəm vururlar. Biz demək istəmirik ha, dünyaşöhrətli yazarların romanları, povestləri bir şey deyil. Adamı yandıran odur ki, bəzi «obrozovonnularımız» bir-iki Nobel mükafatı almış o məşhur yazarların adlarını və soyadlarını yadda saxlayaraq həmişə onlardan danışırlar. Həqiqətə gələndə isə heç bizim «obrozovonnular» Nobel mükafatı almış yazıçıların əsərlərini oxumayıblar da. Ən yaxşı halda olsa-olsa bir-iki əsər haqqında kimlərinsə danışdığını yadda saxlayıblar. Elə bunu da əldə bayaraq eləyərək harda gəldi öz yaxşı yazarlarımızın da qabırğalarına döşüyürlər. Guya bizdə yaxşı yazıçı olmayıb və üstəlik də onlar bir çox mövzuları xarici yazarların əsərlərindən oğurlayıblar.

Deyəsən, axı onlar zarafat eləyirlər. Bizim millətin də əlindən çox şey gəlir. Heç avropalılar onların bir işini belə başa çatdıra bilməz. Məsələn, avropalı heç vaxt bir boşqab xaşla bir litr arağı yeyib-içə bilməz… Avropalı bizim millətin söyüş söyələri kimi yeddi mərtəbəli söyüş eləyə bilməz… Bizim millətin yalan danışanı kimi avropalı heç vaxt yalan danışmağı bacarmaz…

Hələ mən qeybət eləməyi demirəm. Bu gün arvadlar yaddan çıxıblar. Kişilərimiz hər hansı avropalı ilə qeybət eləmək sarıdan yarışa girsə, onun dizin qatlayıb qoyar ayağının altına. Və avropalının gözü xortlamış ölünün gözü kimi bərəli qalar…

Bilmirəm, kitab oxumaq bu qədər matah olub?! Elə yerindən duran deyir ki, kitab oxumaq lazımdır. O gün internet saytlarında istedadlı bir müəllifin kitabla bağlı yazısını oxudum. Və o kişinin oğlu da bu qənaətə gəlib ki, kitabı oxumaqdan çox istirahətə gedəndə özünlə aparmalısan ki, sənin köməyinə çatsın. Məsələn, kabab bişirmək istəsən, odun tapasan kitabı cır, vərəqi yandır qoy yaş odunun altına. Gör necə ocaq qalanacaq? Ya da üzr istəyirəm, meşədə harasa getdin, təbii ehtiyacını ödəyəndə yenə kitabı cır, vərəqindən istifadə elə. Hələ bu da yetərli deyil, gördün ki, stolun bir tərəfi yerdə yaxşı oturmur, o dəqiqə kitabın vərəqlərini cır qoy stolun altına. Bax, onda stol öz yerində daha rahat duracaq…

Görürsünüzmü, bizim millətin bu gün kitaba münasibəti belədir. Bir neçə gün bundan əvvəl metronun «Elmlər akademiyası» stansiyasının yaxınlığındakı parkda kitab sərgisinə rast gəldim. Bütün kitablara diqqətlə baxdım. Hamısı poliqrafiya baxımından çox orijinal və gözəl çap edilib. 10-15 dəqiqə orda gəzdim, amma bir kitab alan görmədim. Orta yaşlı bir neçə adam yaxınlıqdakı köşkdən 5-6 pivə almışdılar və içə-içə gedirdilər. Pivəni içib şişman qarınlarını əlləriylə sığallayırdılar. Heç orta yaşlı adamın da bu yekəlikdə qarnı olar? Deməli, bəzi cavanlar və orta yaşlılar ancaq qarınlarını düşünürlər…

Ay rəhmətliyin uşaqları, indi kitab oxuyan çox az adam tapılar. Çünki kitab oxumayanların varı, dövləti, hər şeyi var, kitab oxuyanların isə çox şeyi yoxdur. Bax, görün indi müsəlmana kitab oxumaq yaraşır, yoxsa yaraşmır?




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO