ANA SƏHİFƏ / YAZARLAR

BAKIDA BİR ŞUŞA VAR

Zahid Abbasovun yubileyinə gecikmiş təbrik

20658    |   2017-03-30 14:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zamanın necə sürətlə getdiyini təsəvvür etmək çətindir. Elə həmin sürətlə də fikirləşəndə adam inana bilmir ki, bu sürətin içərisində nə boyda ömür əriyib. Və inana bilmədiyinə görə də adam öz-özünə heyrətlənir. Heyrətləndiyi anda da suallar gəlib durur gözünün qarşısında. Ən böyük və ən birinci sual isə bu olur:

- Görəsən bütün bunları yaşamışıqmı? Və görəsən bütün bunlar olub keçibmi?

Hə, doğurdan da bu suallardan qaçmaq mümkün deyil. Bu suallar həm gerçəkdi, həm tarixdi, həm də fələk... yapışır adamın yaxasından. Elə yapışdığı məqamda da sanki yaddaşın, ağlın özünə qayıdır. Başqalarını deyə bilmərəm, mən şəxsən yaxamdan yapışan gerçəyin, fələyin əlindən qurtula bilmirəm. Elə indinin özündə də həmin durumdayam. Və elə bilirəm ki, Şuşanın dolamalarını qalxıb şəhərin girəcəyindəki sonuncu döngədə avtobusdan düşmüşəm. Orda dayanıb üzü Xankəndinə tərəf, Ağakörpüsünə tərəf baxıram. Əslində düşüb dayandığım yer həm də Laçına gedən avtobusların sərnişinləri gözlədiyi, alıb apardığı məkandır. Mən Laçına getmirəm, mən Şuşaya gəlmişəm. Özü də ilk dəfə jurnalist kimi həmişə gəlib-getdiyim bu şəhərə üz tutmuşam. Və bax onda mənim Şuşada ilk tanıdığım, ilk təmasda olduğum insanlardan biri də O idi. Və mən Onu tanıdığım, təmas qurduğum anda hiss etdim ki, bu cavan oğlan heç də hər kəslə razılaşan, hər kəsin istəyini yerinə yetirən, necə deyərlər, üzü yola bir Allah bəndəsi deyil... Onun öz dünyası var… Onun öz arzusu, öz düşüncəsi özünə hakimdi…

İllər keçdi. Bizim Şuşada, sonra Xankəndində olan görüşlərimiz Şuşanın işğalından sonra dostluğa çevrildi. Elə bil ki, o fikir, o ruh yaxınlığımız daşıdığımız, yaşadığımız dərdin təsiriylə, ağırlığıyla bizi bir-birimizə daha da yaxınlaşdırdı, daha da doğmalaşdırdı. Çünki az qala nəslini, kökünü ovuc içi kimi tanıdığım bu insan bir qarabağlı, bir şuşalı kimi bütün varlığıyla Şuşalı günlərin hər məqamını, hər anını canında daşıyırdı, özündə, içində yaşadırdı. Və bu da mənə onu sevmək, ona bağlanmaq üçün stimul verirdi. Mən qarşımda sanki Şuşalı günləri, Şuşalı anları görürdüm. Elə bil mənimlə birlikdə bir Şuşa gəzirdi, bir Şuşa yeriyirdi Bakının küçələrində, Azərbaycanın bölgələrində...

Tam səmimiyyətlə əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, mənim üçün ən böyük qarabağlı, ən böyük şuşalı Vasif Quliyevdi. Onun Qarabağda olan haqqının önündə mən həmişə baş əyirəm. Amma indi barəsində yazdığım, içimdə olanları kağıza köçürdüyüm Zahid müəllim də mənim üçün Şuşa deməkdi. Çünki bu insan ruhuyla, düşüncəsiylə, xidmətləriylə olduğu hər yerdə şəxsən mənə Şuşanı xatırladır, mənə Şuşadan danışır. Elə bil ki, onun ovcunun içində də, baxışlarında da yerişində-duruşunda da bir Şuşa var. Həmin o həsrətini çəkdiyimiz, amma zamanında qədrini bilmədiyimiz, özünəməxsusluğunu dəyərləndirmədiyimiz Şuşa… Yumoruyla, təbiətiylə, koloritiylə, coğrafiyasıyla, hətta istiqanlılığıyla seçilən Şuşanı biz Şuşasız günlərimizdə anlamağa, duymağa başladıq. Şəxsən mənə həmin o anlayışı, o duyğunu çatdıranlardan birincisi də Zahid Abbasov oldu…

Mən Şuşada çox olmuşam. Amma Şuşanı onda gəzmək, istirahət emək məkanı kimi görüb sevmişəm, tanımışam. Elə ki, Şuşanı itirdik, onda anlamağa başladım ki, Şuşa kimiymiş, Şuşa nəyimiş, Şuşa haraymış? Bu üç sualın cavabını mənə Şuşanı canı, qanı bilən insanlar, ilk öncə isə Zahid Abbasov söylədi, öyrətdi. Lap açığını desəm, həzm etdirdi. Mən də bu cavabların içərisində şuşalı dostlarımı, xüsusilə Zahid müəllimi daha yaxından tanıdım. Onu özümə bir köynək də yaxın hesab etdim. Və…

Onunla Qarabağda tanış olmuşdum. Çalışdığı, daha doğrusu, tutduğu vəzifələrdə özünü saydırmaq xüsusiyyətini yadımda saxlamışdım. Və görmüşdüm ki, həqiqətən də Zahid müəllim istər vilayət komsomol təşkilatında, istər Şuşa rayon partiya komitəsində çalışdığı, yəni daşıdığı vəzifələrdə çox çevik, zamanla ayaqlaşan bacarıqlı kadrdır. Elə ki, Dağlıq Qarabağ problemi başladı, onda digər şuşalılar kimi Zahid müəllimin də vətəndaş yanğısı, torpaq sevgisi, üstəlik də hadisələrə qiymət vermək bacarığı bir addım da qabağa çıxdı. Bunu həmin zamanlarda Şuşaya səfər etmiş qələm adamlarının demək olar ki, hamısı etiraf edir və hamısı da xatırlayır ki, Zahid müəllim Şuşada təkcə tutduğu vəzfəni yox, həm də bir şuşalının çiynində olan məsuliyyəti, yükü axıra qədər daşımaq əzmində idi. Elə o əzmin, o qətiyyətin nəticəsidir ki, düşmən Şuşa mədəniyyətinə aid olan sərvətlərin hamısını məhv edə bilmədi. Məhz Zahid Abbasovun rəhbərliyi və təşəbbüsüylə daşınması, çıxarılması mümkün olan həmin nümunələrin böyük əksəriyyəti Bakıya gətirildi. Bu gün Bakıda bir Şuşa var. Qədim ənənəsi, özünəməxsus tarixi olan Şuşa. O Şuşanı Bakıda Zahid müəllim öz memarlığı, öz arxitektorluğu, öz musiqişünaslığı, öz ədəbiyyatşünaslığı fonunda yaradıbdı. Həmin Şuşaya daxil olanda adamı o Şuşa aurası qarşılayır. Rəssamların fırçasıyla çəkilmiş Şuşa tabloları adamın əlindən tutur, onu şəhərin küçələriylə dolaşdırır, gəzdirir. Qarşına Xan qızı Natəvan çıxır… Molla Pənah Vaqif çıxır… Bülbül çıxır, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski çıxır… Orda İsa bulağının zümzüməsi… orda Xarı bülbülün ətri ovsunlayır adamı. Sonra Zahid müəllimin iş otağında əlindəki pulta toxunursan, indi də ekranda salamlayır səni Şuşa… Bax, bütün bunları gəzib yaddaşımda təzələyə-təzələyə təkrar şuşalı oluram, təkrar şuşalı günlərini yaşayıram. Mən o məqamların içində Zahid müəllimn səsini eşidirəm:

- Buranı tanıyırsan?

Dillənməyə macal tapmamış Zahid müəllim özü deyir:

- Bu Şuşa məscididi… Bu Karvansaradı… bu da Xan qızının çəkdirdiyi bulaqdı… Bu, Şuşadakı qonaq evidi…

Bax, beləcə təqdimat uzanır. Və mən o təqdimatın içərisində öz-özümə düşünürəm. Görəsən, hər gün Şuşada olan, hər gün Şuşada yaşayan Zahid müəllimin neçə yaşı var? Özüm də özümə cavab verirəm. Yaşı rəqəmlə ifadə etmək mümkün deyil. Çünki 1992-ci ilin may ayının 8-dən bugünə qədər olan tarixdə Zahid Abbasov hər bu mənzərənin önündən keçdikcə, hər Bakıdakı Şuşanı gəzib dolaşdıqca yaşının üstünə yaş gəlir. İndi o anları, o günləri, o illəri üst-üstə gəlin, cəmləyin. Görün nə qədər yaşayıb?!

Bəli, mən təsadüfdən yaş söhbətinə toxunmadım. Çünki mən Şuşada cavan bir oğlanla tanış olmuşdum. Şuşalı bir oğlanla. Bakıda da bir şuşalıyla o tanışlığı dostluğa çevirdk. Amma hər görüşümdə gördüm ki, bu cavan oğlan yaşlaşır, bu cavan oğlan hər anın içərisində yaşının üstünə yaş əlavə edir. Özü də nümayəndə heyətinin tərkibində Ermənistana, Şuşaya səfər edib gələndən sonra onun yaşlaşması daha da sürətləndi. Bax, o səfərdən sonra biz mövzunu təkrar-təkrar müzakirə etdik, xatirələri çözdük, elə həmin o günlərdə də mən Zahid müəllimə ünvanlanan bir şeir də yazdım. Amma ona oxumadım. Bilmirəm niyə? İndi isə o şeiri bu yazıya əlavə edirəm. Onda yazmışdım ki:


İzinə qoşulacam

Sözünə qoşulacam

Özünə qoşulacam-

Gedəcəm Qarabağa

Gedəcəm Xan Şuşaya!


Üzü Allaha tərəf

İçimdə ümid-fərəh!

Əlimdə bayraq şərəf-

Gedəcəm Qarabağa

Verəcəm qan Şuşaya!


Diz çökəcəm, öpəcəm

Gözlərimə təpəcəm

Xarı bülbül səpəcəm-

Gedəcəm Qarabağa

Deyəcəm can, Şuşaya!


Övlad haqqı canımda

Döyüş haqqı qanımda

Zamanın bir anında

Gedəcəm Qarabağa

Qeyrət və şan Şuşaya!


Bəli, Zahid müəllim, onda bəlkə də bu şeiri sənə oxusaydım səfərdən sonrakı ağrılarını bir az ovutmuş olardım. Amma istəmədim ovudam. Çünki biz ovuna-ovuna çox şeylərə laqeydləşirik. İndi isə sənin yaşının, ömrünün elə çağıdır ki, mən bir anlıq düşündüm. Dostluğumuza, bir-birimizə bağlılığımıza və bir də içindəki mənəvi borca görə sənin yubileyinlə bağlı öz hisslərimi kağıza köçürüm. Çünki indi zamanın sürətinə mənim ümidim qalmayıb. O mənada ki, olum-ölüm məsələsi qaçılmazdı. Mən səni bir şəxsiyyət kimi, bir şuşalı kimi, bir dost kimi, evini, ailəsini, işini yaxından tanıyıb bildiyim bir insan kimi bağrıma basıram. Bilirəm ki, sən Şuşasız yubiley keçirmirsən… bilirəm ki, sən Şuşasız keçən hər anın acısını, sızıltısını heç dərmanlarla da ovutmaq gücündə deyilsən. Amma onu da bilirəm ki, sən mənim üçün gözümün önündəki Şuşasan. Bax, gözümün önündə olan Şuşaya üzümü tutub deyirəm:

- Yubileyin mübarək, Zahid müəllim! Kimlər bilməsə də mən sənin Şuşa üçün etdiklərini, Şuşa mədəniyyəti üçün göstərdiyin xidmətləri yaddaşıma və bir də «Ədalət» qəzetinin səhifələrinə yazmışam. Bundan sonra da qismət olarsa yazacam. Amma ən böyük arzum Bakıdakı Şuşanı Qarabağda, öz yerində, öz zirvəsində görməkdi. İstəyirəm ki, Bakıdakı Şuşa məni öz yerində, öz ünvanında gözləsin, qarşılasın. Elə o ümidlə də bir də səni təbrik edirəm.


Dost-qardaş sevgisiylə Əbülfət Mədətoğlu




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK