hacklink Adalet.az | "GÖY YERƏ ZƏNG ELƏYİR" Adalet.az | "GÖY YERƏ ZƏNG ELƏYİR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"GÖY YERƏ ZƏNG ELƏYİR"

Əbülfət MƏDƏTOĞLU

8854    |   2017-02-13 14:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İbrahim Yusifoğlunun yeni kitabı

Bəri başdan deyim ki, İbrahim Yusifoğlu Naxçıvanda, bir az da dəqiq desəm, qədim Şərurda yaşayır və elə burada da yazıb yaradır. Bir-birindən maraqlı kitabların müəllifidir. Amma bu marağın içərisində məni ən çox çəkən İbrahim müəllimin həm də uşaqlar üçün böyük ürəklə, böyük sevgiyə yazdığı söz, sənət nümunələridir. Oxuculara xatırladım ki, mən İbrahim müəllimin kitabları ilə təmasda olanda onun sözü təqdim etmək, sözü oxucuya həzm etdirmək məharəti qarşısında susuram. Çünki İbrahim Yusifoğlu təkcə şair yox, həm də pedaqoq kimi sözlə elə rəftar edir, sözü elə cilalayır ki, yaşından asılı olmayaraq hər bir oxucu o sözü, o ifadələri özününküləşdirə bilir.

Bu gün uşaq ədəbiyyatı ilə bağlı səslənən fikirlərə cavab olaraq mən bircə onu deyə bilərəm ki, İbrahim Yusifoğlu öz yaradıcılığının böyük bir hissəsini uşaqlara həsr edib. Demək olar ki, onun şeirlərinin hamısının mövzusundan asılı olmayaraq canında, qanında uşaqlara aid olan məqamlar, vurğular, hətta ayrı-ayrı parçalar yer alır. Şeirləri oxuyanda tutaq ki, mövzu təbiətdi, həmin o təbiətə uşaq sevgisi, uşaq baxışı peşəkarcasına ştrixlənir və bu da oxucunun özünün özünə baxışında bir dəyişiklik yaradır, onu öz dünəninə də qaytara bilir.

Mən İbrahim Yusifoğlunun bugünlərdə Naxçıvandan mənə göndərdiyi "Göy yerə zəng eləyir" kitabını böyük maraqla oxudum. Tam səmimiyyətimlə vurğulayıram ki, buradakı şeirləri təkcə özüm yox, həm də nəvələrim üçün də oxudum və onların təbəssümündən bir oxucu olaraq, bir baba olaraq hiss etdim ki, nəvələrim bu şeirləri yaxşı bir hədiyyə kimi qəbul edirlər. O ki qaldı kitaba... "Göy yerə zəng eləyir" kitabının ön sözünün müəllifi akademik İsa Həbibbəyli vurğulayır ki, "İbrahim Yusifoğlunun uşaq şeirləri maarifçi şeirlərin aparıcı qanadını təşkil edir". Bu başlıqla hörmətli akademikimiz həm də onu vurğulayır ki, İbrahimin uşaq şeirləri müasir mərhələdə uşaq ədəbiyyatının inkişaf etdirilməsinə böyük töhfədir. Eləcə də zəhmət və istedad bu şeirlərin yaranışında öz qətiyyətini, öz keyfiyyətini sərgiləyə bilir. Bu kitabın oxuculara təqdim edilməsində əməyi olan, yəni oxucu ilə İbrahim Yusifoğlu arasında münasibətləri şaxələndirən filologiya üzrə fəlsəfə doktoru şair Həsənəli Eyvazlı yazır ki, "İbrahim Yusifoğlu uşaq şeirlərində sözləri mənalandırmağı bacarır". Bu da o deməkdir ki, şair sözün bütün qatlarını vərəqləyə bilir, sözün bütün qatlarını oxucu qarşısında açır. Bu rəngarənglik də uşaqların həm könlünü oxşayır, həm də diqqətini çəkir. Məsələn:


Baba can, ay baba can,

Nənəmi də tez çağır.

Göydə olan ulduzlar,

Qar olub yerə yağır.


Və yaxud:


Çayın sahilindədir

Saragilin evləri.

Su daşıyır güllərə,

Yorulmayır əlləri.

Bir mahnı haray kimi,

Dolaşsa da elləri.

Saranı qorxutmayır,

Arpa çayın selləri.


Bu sonuncu şeirdəki sətiraltı təqdimatın arxa planı təbii ki, yaşlı oxuculara məlumdur. Ancaq bunu uşaqlar üçün oxuyanda, onların fikirlərinin şaxələnməsi və maraq dairələri çərçivəsində Saranın, yəni Arpa çayının aşıb-daşıb Saranı alıb aparması ilə bağlı qədim bir mahnının təbliği də reallaşır. Bu artıq övladlarımızın milli-mənəvi dəyərlərə bağlılığına göstərilən xidmətdir. Və yaxud vətənlə bağlı İbrahim Yusifoğlunun yazdığı:


Nəğmələrin ən qədimi, ulusu,

Meyvələrin ən şirini, sulusu,

Bulaqların ayna kimi durusu -

Vətən nəğməsi!


Zənnimcə, bu misralardakı axıcılıq, bu misralardakı söz oyunu, üstəlik, həmin fikirlərin bilavasitə oxşar mənzərə ilə bağlılığı uşaqlar üçün həm maraq dairəsinin genişlənməsi, həm də müqayisə etmək imkanının ortaya qoyulmasıdır. Təbii ki, hər bir uşağın öz dünyagörüşü var. Amma onlara bulaq suyunun, meyvələrin şirinliyini, nəğmələrin qədimliyini məhz bu formada təqdim etmək bilavasitə onların əlindən tutmaqdır, onların könlünə işıq salmaqdır. Düşünürəm ki, İbrahim Yusifoğlu məhz bu üsullardan istifadə etməklə yurdun dərdlərini də öz kiçik oxucularına çatdırması təqdirəlayiqdir. Məsələn:


Üzlərə baxmağa gözüm utanır,

Təsəlli verməyə sözüm utanır.

Halına yanmağa üzüm utanır,

Namərdlər əlində qalan torpağım,

Xocalım hey, Xocalım...


Özünüz də fikir versəniz görərsiniz ki, burda da sözün axıcılığı ilə yanaşı, fikir tutumu uşaqlara dərdi təqdim etmək baxımından çox orijinaldı. Çünki balalarımız, nəvələrimiz bu sözlərin mahiyyətini az-çox bilirlər. Elə o bildikləri sözlərdən də istifadə edib Xocalı dərdini çatdırmaq məhz İbrahim Yusifoğlu kimi qələm ustadlarımızın peşəkarlığıdır, bacarığıdır.

"Göy yerə zəng eləyir" kitabındakı bütün şeirlər, poemalar, həmçinin mənzum pyeslər demək olar ki, mövzu baxımından bir-birilə bağlıdır, bir-birini tamamlayır. Çünki İbrahim Yusifoğlu bütün kitablarını uşaqlara həsr edib və onun qəhrəmanları da uşaqların dilini, sirrini, təbiətini bilən obrazlardır. İstər müsbət, istər mənfi olmasından asılı olmayaraq, bütün obrazlar uşaq təfəkkürüylə, uşaq diliylə düşünüb danışır, amma onların bir fərqli cəhəti var ki, müsbət qəhrəmanlar özlərini sevdirir, mənfi qəhrəmanlar isə nifrət qazanırlar. Burada xüsusi vurğulamaq yerinə düşər ki, şairin mənfi qəhrəmanları torpaqlarımızı işğal etmiş düşmənlərimiz və onların prototipləridi.

Bəli, bu gün sizə təqdim etdiyim bu kitab bütün mənalarda övladlarımızın oxuması üçün yaxşı bir mənbədi, yaxşı bir vəsaitdi. Ən azından həm əqlin inkişafı, həm dilin zənginləşməsi baxımından bu kitabda uşaqlarımızın, nəvələrimizin öyrənəcəyi çox şey var. Bax elə Akifin dəcəlliyini ifadə edən bu məqamdakı kimi.


Çöldə yağış başladı,

Üst-başını yaşladı.

Akif qaçdı eyvana,

Damcıları daşladı.


Və yaxud:


Güllərə bax, güllərə,

Gülər baxır güllərə.

Deyir güllər gecədən

Yamanca qorxubdular.

Doyunca ağlayıblar,

Baxın, göz yaşlarını,

Ləçəklər saxlayıblar.


Bəli, düşünürəm ki, oxucular, xüsusilə övladının, nəvəsinin mənəvi dünyasının zənginləşməsini arzulayan hər kəs övladlarına balacalar üçün bu kitabı arayıb axtaracaq və onlara nəfis tərtib olunmuş "Göy yerə zəng eləyir"i hədiyyə edəcəklər. Bu hədiyyə də həm balacaların, həm də böyüklərin ürəyincə olacaq.





İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK