hacklink Adalet.az | CANIMIZA HOPMUŞ AZADLIQ EŞQİ Adalet.az | CANIMIZA HOPMUŞ AZADLIQ EŞQİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

CANIMIZA HOPMUŞ AZADLIQ EŞQİ

Fəridə RƏHİMLİ

46408    |   2017-01-19 18:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz zaman-zaman dərdlərdən, qəmlərdən qurtulmağa, qaçmağa, qorunmağa can atmışıq və çalışmışıq ki, savaşlardan uzaq olaq, baş verənlərə bir az soyuqqanlı yanaşaq, onu saf-çürük edək. Təbii ki, bütün bunlar da bizə heç də asan başa gəlməyib. Çünki istəklərə doğru addımlamaq qarşı tərəfin, yəni, mane olan qüvvələrin, bütövlükdə isə əks-təsirin gücü ilə üz-üzə gəlir. Deməli, belə olduğu haldı biz də təbii ki, daha çox güc, daha çox enerji səf etməli oluruq. O vaxta qədər ki, istəyimizə qovuşaq.

Müstəqillik verilmir, zorla alınır! - deyiblər. Bu mənada biz bir dövlət, bir xalq olaraq həmişə can atdtğımız azadlığımızı, müstəqilliyimizi heç vaxt hədiyyə kimi, bəxşiş kimi əldə etməmişik. Yəni, onu bizə bağışlayan, əta edən olmayıb. Biz onun üçün qan tökmüşük, vuruşmuşuq. Tökülən qanlar da şəhid ruhların, arzuların, istəklərin göyərməsinə, çiçəklənməsinə səbəb olmaqla və bizim özümüzdə, öz mənimizdə yenidən həyat vəsiqəsi qazanıb.

Düz 27 il bundan öncə müstəqillik və azadlıq naminə meydanlara yığışan insanlar, yəni bütövlükdə bir araya gələn Azərbaycan, əldə etmək istədiyi o böyük AZADLIGI qan bahasına qazandı. İmperiyanın süngüsü, topu, tüfəngi qarşısına əliyalın çıxdı, gözünü də qırpmadı. Çünki, onun içindəki yatmış şir oyanmışdı. İndi o qəfəsinə sığmırdı. Topu-tüfəngi görmürdü və yaxud da görmək istəmirdi. Zaman onun Zamanı idi, Meydan onun Meydanı idi, Söz onun, Qərar onun idi!

İnsan o vaxtı güclü, əyilməz olur ki, məhz içindəki həmin o istəyi, o şiri oyada bilir. Onda heç nə gözə görünmür, yalnız son məqsəddən başqa. Tökülən qan onda səni daha da mətinləşdirir, daha da cəngavər edir. Daxilindəki o şir qisası qiyamətə qoymur, səni qanın, topun-tufəngin üstündən keçirib son mənzilə, son məntəqəyə aparır. O yerə ki, orada sənin bayrağın dalğalanır. Daha doğrusu, o yerə ki, sən Müstəqilliyinin, Azadlığının bayrağını sancırsan.

20 Yanvar 1990-cı il. Bu tarix bizdən nə qədər uzaqlaşsa da, bir o qədər də yaxınlaşır. Və mən həmin gün meydanlarda şəhid olanların ruhu qarşısında baş əyməklə heç də öz çiynimə düşən yükü necə daşıdığımı etiraf etmirəm. Çünki bu daşınan yük haqq yüküdü. Bir millətə, bir torpağa aid olan yükdü. Onu hər kəs özünün gedib çata biləcəyi yerə qədər aparmalıdı. Özü də kimlərəsə minnət qoymadan. Sadəcə bu gün həmin şəhidlərin adını bir-bir saymaq, xatırlamaq zənnimcə o qəhrəmanlığı, o xidməti kiçiltmək demək olardı. Çünki o qəhrəmanlıq bütöv bir xalqa məxsusdu. O qəhrəmanlıq bütöv Azərbaycana aiddi. Şəhid olanlar da bu millətin, bu Azərbaycanın bir parçasıdı. Yəni, günəşin zərərrələridi.

27 ilin uzaqlığı bizi o günə daha çox yaxınlaşdırmaqla o günün canımızda, qanımızda olan təlaşını, həyəcanını ağrı-acısını və ən vacibi isə bəxş etdiyi böyük Xoşbəxtliyi, yəni Azadlığı həyatımıza, qayəmizə çevirdi. Biz Müstəqlilliyimizi, Azadlığımızı qram-qram deyil, qanımız bahasına bütöv aldıq. Bunu bizə Bütöv Azərbaycan və onun zərrələri olan, Azərbaycanın şəhidlik zirvəsində yaşayan övladları bəxş etdi. Ruhunuz şad olsun, Şəhidlər!!!


f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK